İzmirdə Xocalı soyqırımı abidəsinin açılışı olub - VİDEO
Dunya
Oxunub: 639
28 fev 2017 | 05:53
İzmirdə Xocalı soyqırımı abidəsinin açılışı olub - VİDEO










Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən "Azərbaycan–Qarabağ–Xocalı” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Açılış mərasimində rəsmi şəxslər, Azərbaycan və Türkiyədən millət vəkilləri, tanınmış ziyalılar, İzmir ictimaiyyətinin görkəmli nümayəndələri, bu bölgədə yaşayan və işləyən Azərbaycan vətəndaşları, Karabağlar rayonunun sakinləri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub. Açılışdan əvvəl "Azərbaycan–Qarabağ–Xocalı” Parkında keçirilən toplantıda Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı Sadettin Bayır, Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu və başqaları çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının səbəbləri, bu cinayəti törədən erməni vandalların iyrənc məqsədləri, bu faciənin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrdən bəhs olunub.

Natiqlər işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işlərə töhfə verməyin yollarından danışıblar. Əminliklə ifadə olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusu düşməni yerinə oturtmaq üçün bütün imkanlara malikdir. İştirakçılar açılışı keçirilən abidə önünə qərənfillər düzüb, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar. Mərasimdən əvvəl Azərbaycan nümayəndə heyəti ilə Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu arasında görüş olub. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və perspektivləri yüksək qiymətləndirilib. Vurğulanıb ki, bölgədə sülhə və əmin-amanlığa zəmin yaradan Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da əzmlə qorunacaqdır.


Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO