Erməni baş nazirdən aprel məğlubiyyəti ilə bağlı ŞOK AÇIQLAMA
Dunya
Oxunub: 781
2 mar 2017 | 16:53
Erməni baş nazirdən aprel məğlubiyyəti ilə bağlı ŞOK AÇIQLAMA











Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı 2016-cı ilin aprel müharibəsi ilə bağlı şok açıqlama verib.
Cebhe.info- xəbər verir ki, baş nazirin Ermənistanın ötənilki məğlubiyyətinin səbəbləri barədə söylədiyi fikirlər ölkədə siyasi rezonans doğurub.

Karen Karapetyanın sözlərinə görə, aprel müharibəsi günlərində Ermənistan ordusunda dizel yanacağı çatışmayıb. Bu səbəbdən də hərbi texnikadan istifadə etmək mümkün olmayıb: "Dizel yanacağına kerosin qatılır və nəticədə keyfiyyətsiz yanacaq alınır. Baş verənləri xəyanətdən başqa cür adlandırmaq olmaz. Çünki belə fırıldaqların ucbatından hərbi texnika işləməyib, nəticədə çoxsaylı insan tələfatı baş verib. İndi sual yaranır, bu vaxta qədər nə üçün bu məsələ ilə bağlı cinayət işi açılmayıb? Ümumiyyətlə, buna görə kim cavabdehlik daşımalıdır? Hər halda Serj Sarkisyan hələ ali baş komandan olaraq qalır, həmin dövrdə müdafiə naziri olan Seyran Ohanyan müxalifətə keçib, fəaliyyətdə olan müdafiə naziri Viqen Sarkisyan isə şəxsi piarı ilə məşğuldur”- baş nazir belə deyib.

Karen Karapetyanın qeyd edilən açıqlaması əslində bir neçə hədəfə siyasi zərbə endirməyə istiqamətlənmiş gediş hesab oluna bilər. Son vaxtlar Serj Sarkisyanla münasibətləri gərginləşən baş nazirin prezident kürsüsünə iddialı olduğu deyilir. O, ali baş komandanı ordudakı maxinasiyaya göz yummaqda ittiham etməklə aprel müharibəsindəki məğlubiyyətə görə Sarkisyanın məsuliyyət daşıdığını sübuta yetirməyə çalışır. Yəni, K.Karapetyanın dediyi faktlar daha çox ictimai rəyə hesablanıb. Hakim Respublikası Partiyası aprel ayında keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə, Kremlin adamı sayılan baş nazir vəzifəsinə yenidən Karen Karapetyanın namizədliyni irəli sürəcəyini bəyan edib. Serj Sarkisyanın bu addımı hakim siyasi elita daxilində özünün əsas rəqibini zərərsizləşdirməyə, digər tərəfdən isə Rusiyanın siyasi dəstəyini qazanmağa xidmət edir. Ancaq baş nazirin son açıqlamaları onun Sarkisyanla münasibətlərindəki soyuqluğun aradan qalxmadığına işarədir. Əksinə, baş nazir getdikcə daha iddialı təsir bağışlayır. Bu baxımdan, Karen Karapetyanın digər hədəfi seçkilərdə əsas siyasi fiqurlardan biri sayılan sabiq müdafiə naziri Seyran Ohanyandır.

Qeyd edək ki, Seyran Ohanyan hazırda Qarabağ klanının lideri sayılan Serj sarkisyanın əsas alternativi hesab olunur. Parlament seçkilərində S.Ohanyanın liderlik etdiyi siyasi blok qalib gələrsə və ya ikinci yeri tutarsa, o zaman keçmiş müdafiə naziri 2018-ci ildə səlahiyyət müddəti başa çatacaq prezident Sarkisyandan sonra hakim Qarabağ klanının liderinə çevrilə bilər. Karen Karapetyanın isə Əsgəran rayonunda anadan olduğunu nəzərə alsaq, onun Sarkisyanı və Ohanyanı xəyanətdə ittiham etməsi Qarabağ klanının liderliyi uğrunda mübarizədə rəqiblərini "vurmaq” cəhdi kimi başa düşülə bilər.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...