3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək
Dunya
Oxunub: 6 778
14 mar 2017 | 19:07
3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək















Parlamentə göndərilən yeni qanun layihəsində çoxuşaqlı ailələrlə bağlı maraqlı təkliflər yer alıb


Rusiya Dövlət Dumasına analıq kapitalı (hamiləliyə və doğuma görə verilən müavinət) ilə birlikdə ailələrin dəstəklənməsi üçün daha çevik sistemin yaradılması təklif edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, belə bir təşəbbüslə Dumanın Əmək, sosial siyasət və veteranların işləri üzrə Komitəsinin üzvü Sergey Vostretsov və Milli Valideyn Komitəsinin sədri İrina Volınets çıxış edib. Layihə müəlliflərinin fikrincə, analıq kapitalı sistemi özünü doğrultmayıb. Bununla birlikdə, doğma və övladlığa götürülmüş uşaqların həddi-buluğa çatmasına qədər təminatı üçün aylıq müavinətlərin verilməsi təklif edilir: 1 uşaq üçün 3 min, 2 uşaq üçün 8 min, 3 uşaq üçün 15 min rubl (təqribən 445 manat). “Analıq kapitalı kimi psevdodəstək tədbirləri aradan qaldırılmalı, insanlara konkret pul təklif olunmalıdır. Çünki dövlət əhali artımında maraqlıdır. Uşaqların dəstəklənməsi üçün konkret maddi yardım – müavinət lazımdır” – deyə deputat Vostretsov bildirib. İrina Volınets isə qeyd edib ki, müavinətlər 3 və 3-dən artıq uşağı olan ailələr üçün nəzərdə tutulub. Beş və beşdən artıq uşağı olan ailələr üçün layihə müəllifləri bütün infrastrukturu olan və müvafiq kommunikasiya sisteminə qoşulmuş torpaq sahəsi verməyi təklif edir. Yeddi və daha artıq uşaqları olan ailələrə isə qanun layihəsində həm də əlavə olaraq “Qazel” avtomobilinin verilməsi nəzərdə tutulur. Layihədə dövlət dəstəyi proqramının icrası üzərində nəzarətin qubernatorlara həvalə olunması nəzərdə tutulub. Sözügedən qanun layihəsi martın 23-də Dövlət Dumasında keçiriləcək dəyirmi masada müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Konstitusiya qanunvericiliyi üzrə Federasiya Şurası Komitəsinin sədr müavini Yelena Mizulina analıq kapitalının müavinətlər və avtomobillə əvəz edilməsinin əleyhinə çıxış edib. Onun fikrincə, analıq kapitalı proqramı özünü tamamilə doğruldub. Yeni təşəbbüslər isə hökumətin sosial sahədə əldə etdiyi bütün nailiyyətləri inkar edir. Həmçinin bu cür təşəbbüslərlə çıxış edərkən, Rusiya ailələrinin əsas tələbatını öyrənmək lazımdır.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb