Oliqarxların London sirləri açılır
Dunya
Oxunub: 701
10 apr 2017 | 00:50
Oliqarxların London sirləri açılır













Böyük Britaniya hökuməti korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaradır.

Virtualaz.org xəbər verir ki, bu barədə "The Times” yazıb. Reyestrə Londonda offşor şirkətlərin vasitəsilə Londonda mülk və mənzillər alan oliqarxların, xarici hökumət məmurlarının ad və soyadları daxil ediləcək.

Bildirilir ki, Londonda mənzil alan oliqarxlar və xarici məmurlar onları əsasən Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş hansısa offşor şirkətlərin adlarına rəsmiləşdirirlər. Bu səbəbdən onların əsl sahibinin kimliyini bir çox hallarda müəyyənləşdirmək mümkün olmurdu. İndi isə yeni qanuna görə Londonda dəbdəbəli mülklərin və mənzillərin sahibi olanlar öz kimliklərini açıqlamaq məcburiyyətində olacaqlar.

Korrupsiya ilə mübarizə üzrə milli Agentlikdə hesab edirlər ki, yeni qaydalar daşınmaz əmlak bazarında şəffaflığı yüksəldəcək. Xüsusən Londonun mərkəzi rayonlarında mülk sahibi olan xaricilərin kimlikləri üzə çıxacaq və çirkli pulların yuyulmasına qarşı mübarizə aparmaq mümkün olacaq.

Britaniyanın biznes işləri üzrə nazirinin müavini Marqo Ceyms deyib ki, təmiz, vicdanlı biznesmenlər bu qaydadan narahat olmasınlar. Qəzetin yazdığına görə xarici oliqarxlar və məmurlar əsasən londonun Vestminister, Kensinqton və Çelsi rayonlarında mülk alırlar. Elə bu yaxınlarda Londonda 14 yeni malikanə satılıb ki, onların da 80 faizini xaricilər alıb.

"The Times” onu da xəbər verir ki, Londonun elit "The London City İsland” yaşayış kompleksindəki çoxmərtəbəli binalardakı mənzillərin sahiblərinin əksəriyyəti xaricilərdir. Məsələn, yaşayış kompleksindəki yeni istifadəyə verilən 29 mərtəbəli, 289 mənzilli binada mənzillərin cəmi ikisi Böyük Britaniya vətəndaşına məxsusdur. Bu binadakı qalan mənzillər Azərbaycan, Çin, Yaponiya, Zimbabve də daxil olmaqla 18 xarici ölkənin vətəndaşları tərəfindən alınıb.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE