“5 rayonu Çavuşoğlu ilə şəxsən müzakirə etmişəm” - Kremlin ideoloqundan sensasion açıqlama
Dunya
Oxunub: 682
5 may 2017 | 10:08
“5 rayonu Çavuşoğlu ilə şəxsən müzakirə etmişəm” - Kremlin ideoloqundan sensasion açıqlama

















Rusiyanın “B planı” - Moskva kartları açır...; Aleksandr Duqinin Azərbaycanda verdiyi şifrəli mesajların pərdəarxası; Moskvanın gizli erməni “xofu”; rusiyalı politoloq: “Nə qədər ki, Rusiya Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıyır...”

Rusiyalı tanınmış politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin Azərbaycana səfəri davam edir. Dünən o, İsmayıllı rayonunda rusdilli əhalinin (molokanlar) yaşadığı İvanovka kəndində olub. Buradakı əhalinin güzəranını, yaşam tərzini, milli adət-ənənələrini qoruyub saxlamasını öz gözləri ilə görərək məmnun qalıb.

Duqinin səfərinin Azərbaycanın maraqları baxımından ən əhəmiyyətli məqamı əslində elə budur. Bir var ki, biz özümüz dünyaya car çəkək ki, Azərbaycan tolerant ölkədir, burada onlarla millət, o cümlədən ruslar və ermənilər dinc-yanaşı yaşayır, bir də var, bunu Duqin kimi Rusiya ictimai rəyinə təsir imkanı olan xadimlər, hətta Kremlə yaxın odioz birisi öz gözü ilə görüb də bəyan eləsin.

Fərq sözsüz ki, ortadadır. Məsələ də ondadır ki, biz gərək Dağlıq Qarabağ uğrunda savaşın həm də və ilk növbədə informasiya müharibəsi şəklində getdiyini heç vaxt unutmayaq, bu müharibədən qalib çıxmaq üçün dost-tərəfdaşlarımızın sayını durmadan artıraq.

Bu təbliğat savaşının əsas elementi isə - dünyanı polietnik Azərbaycanın tərkibində Dağlıq Qarabağ ermənilərinin də təhlükəsiz, xoşbəxt yaşamasına inandırmaqdır. Duqinin Azərbaycan səfərinin ən böyük əhəmiyyəti zatən, bundadır. Çünki işğalçı Ermənistan SSRİ dağılan kimi monoetnik respublikaya çevrilib. Burada hətta son illər rusdillilər də sıxışdırılmağa başlayıb ki, bütün bunları kim bilməsə də, Duqin yaxşı bilir.

***

Duqinin səfərində diqqət çəkən digər mühüm detal onun Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasını söyləməsi və bunu ikitərəfli münasibətlərdə çox mühüm, həlledici arqument kimi qabartması oldu. Politoloq onu da bildirdi ki, tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qaytarılması ilə bağlı razılığa gəlsə, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq. Onun sözlərinə görə, Qarabağ və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və çox vaxt tələb edə bilər.

Düzdür, bu fikri o, bir qədər təhdidedici tonda söylədi. Yəni belə çıxdı ki, hansı ölkə Rusiyanın yanındadırsa, onun ərazi bütövlüyünə zəmanət veriləcək, yanında deyilsə, yox. Bir növ, Ukrayna, Gürcüstan kimi.

Acı və çılpaq da olsa, bizə həqiqətin özü lazımdır. Moskvanın Azərbaycana münasibətdə real olaraq nə düşündüyünmü, nə plan qurduğunu bilməmiz isə olduqca vacibdir. Çünki Kreml rəsmiləri Azərbaycanla bağlı gerçəyi adətən açıq demirlər.

Gerçəyi bilmədən isə Rusiya ilə bağlı, Qarabağla bağlı doğru siyasət qurula bilməz. Bir növ tibdə dəqiq diaqnozun qoyulması kimidir - dürüst diaqnoz yoxsa, düzgün müalicə də ola bilməz.

Bu xüsusda Duqinin Bakıda “ərazi bütövlüyü” məsələsinin ardınca söylədiyi “birinci mərhələdə 5 rayon Azərbaycana qaytarılmalıdır” fikri də kifayət qədər təzə rakurs kimi görünür və Rusiyanın Qarabağ planlarına müəyyən işıq salır. Buna Kremlin “A planı” da demək olar.

Özündə “Kazan formulu”nun elementlərini daşıyan bu plan haqda zaman-zaman yazmışıq. Ancaq Kreml ideoloqu A.Duqin Bakıda faktiki şəkildə “B planı”na da işarə vurdu. Bu da ondan ibarətdir ki, Rusiya onun yanında olmayan, daha betəri, Rusiyaya qarşı hərbi-siyasi bloklarda təmsil olunan postsovet ölkəsinin ərazi bütövlüyünə qarantiya verməyəcək. Duqinin mühüm və şifrəli Bakı mesajlarından birinin qayəsini məhz bu xəbərdarlıq təşkil edir yazsaq, yanılmarıq.

***

Yazı hazırlanarkən A.Duqinin “Novaya epoxa” portalına müsahibə verdiyi məlum oldu. Müsahibədə o, yuxarıdakı fikirlərini daha da inkişaf etdirib və Qarabağ kontekstində bəzi maraqlı, hətta ilginc sayılacaq detallara toxunub.

Musavat.com-un məlumatına görə, politoloq bu xüsusda öncə deyib: “Azərbaycan artıq baş tutmuş dövlətdir. Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, indi bu münasibətlər yüksəliş dövrünü yaşayır. Bu, hələ zirvə də deyil, ona doğru bir hərəkətdir. Əlaqələrimiz ildən-ilə daha da yaxşılaşır. Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin ”Şərq tərəfdaşlığı" proqramından imtina etməklə çox güclü və mühüm bir jesti etdi. Mən onun Rusiya ilə yaxınlaşması yönündə aktiv səylərini görürəm".

Politoloqun sözlərinə görə, artıq ikitərəfli əlaqələrdə yeni səhifə açmaq zamanıdır və Kremlin Dağlıq Qarabağ nizamlanmasında, o sırada heç olmasa, Azərbaycanın 7 rayonundan 5-nin qaytarılmasında rolu həlledici mövzu olacaq. “Biz praktik olaraq, buna yaxınlaşmışıq. Buna müvafiq şəkildə də transmilli ittifaqlar üçün əməkdaşlıq yolunda bütün əngəl və maneələr məhv ediləcək. Bu - Avrasiya İttifaqı şəklində də ola bilər, başqa təşəbbüslər formasında da”, - deyə o qeyd edib.

Duqin daha sonra deyib: “Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu başa düşmək çox vacibdir. Nə qədər ki, Rusiya Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, belə də qalacaq. Dağlıq Qarabağa kimin nəzarət etməsindən asılı olmayaraq, bu, çox prinsipial məsələdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantı Rusiyadır”.

Politoloqa görə, 5 rayon məsələsi “Lavrov planı”nın əsasını təşkil edir və ən yaxın gündəmin məsələsi kimi nəzərdən keçirilir. “Bizim qrupumuz da bu plana öz əlini qoyub. Şəxsən mən bu planı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə müzakirə etmişəm. Bu məsələ təkcə Qarabağla da bağlı deyil. Bu məsələ bu gün Rusiya-Azərbaycan-Ermənistan diplomatiyasında Türkiyə və İranla tam anlaşma layihəsi kimi durur. Bütün regional oyunçular bununla razıdır - Qərbdən başqa”, - deyə Kreml ideoloqu əlavə edib.

***

Amma bütün bunlar Rusiya Qarabağ məsələsinin həlli üçün real hərəkətə keçənədək daha çox versiya olaraq qalacaq. Bəs Rusiya hərəkətə keçib nəhayət, “A planı”nın reallaşmasına çalışacaqmı? Bunu nə vaxt görəcəyik?

“Moskva hələ qəti qərar verməyə tələsmir”. Bunu axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib. O, Duqinin Bakı səfərini belə şərh edib: “Duqin bütün hallada araşdırmalarla məşğul olan elm adamıdır, tədqiqatçıdır. Bəli, onun maraqlı fikirləri var və bu fikirlər bu və ya digər şəkildə Rusiyanın Avrasiya məkanı ilə bağlı ideologiyasına daxil edilir. Rusiyada qərar qəbul edən insanlar zaman-zaman onun ideyalarından bəhrələnirlər. Əslində Duqinin Bakı səfəri Azərbaycanı tanımaq və ölkəmizlə bağlı prosesləri təhlil etməkdən irəli gəlir. Bax, bu mürəkkəbliyi nəzərə alaraq hələ dəqiq deyə bilmərik ki, Duqinin Bakıda Qarabağla bağlı səsləndirdiyi fikirlər birbaşa Kremlin, yaxud da hansısa siyasi dairələrin mövqeyini əks etdirir”.

Ekspertin sözlərinə görə, əslində, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması daha çox praqmatik əsaslarla zəngindir: “Bəs onda Rusiya rayonları niyə Azərbaycana qaytarmaq istəmir? Ona görə ki, Moskva Ermənistanı itirməkdən qorxur. Ermənistan rəhbərliyi Rusiyanı ittiham edir ki, əgər rayonlarla bağlı addım atılsa, ermənilər rusları siyasi səhnədən silə, əvəzində onların yerini qərbyönlü qüvvələrə verə bilərlər. Eyni zamanda Rusiyanın Gümrüdəki 102-ci bazasının taleyi də sual altında qala bilər. Ona görə də Moskva hələ qəti qərar verməyə tələsmir. Əsas məsələ məhz bundan ibarətdir”.

Maraqlıdır, deyilmi? Rusiya da qorxarmış. Özü də kimdən - ermənilərdən! Görünür, bu da yaşadığımız hazırkı qəliz dönəmin paradokslarından biridir. Hərçənd buna daha çox bəhanə demək lazım gəlir. Çünki Kreml iradə ortaya qoysa, erməni bir şey edə bilməz və Qarabağ məsələsi doğrudan da çözülər, “B planı”na isə lüzum qalmaz. Nədən ki, o halda Azərbaycan da Duqinin arzuladığı Avrasiya layihələrinə könül xoşluğu ilə qoşular.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE