Ermənistandan Bakıya atom bombası hədəsi
Dunya
Oxunub: 689
5 may 2017 | 11:12
Ermənistandan Bakıya atom bombası hədəsi

















Azərbaycan ikiyə bölünür, yarısı suyun altında qalır və s…

İrəvanda yenə də Bakını atom silahı ilə vurmaq barədə hədələr səslənib.

İstiPress-in məlumatına görə, “Aravot”a müsahibə verən erməni hüquq müdafiəçisi Karen Ohancanyan bir zərbə ilə Bakını yerlə yeksan edə biləcəklərini vurğulayıb:

“Bizim əlimizdə olan sursatla Bakını tamamilə boşluğa çevirə bilərik. Bu etibarsız şəhərin üzərini su ilə örtə bilərik”, - deyən Karen Ohancanyan Azərbaycan rəhbərliyinin də bu məsələdən xəbərdar oluğunu vurğulayıb.

Son bir ildə bu məsələ Ermənistan siyasətçiləri tərəfindən bir neçə dəfə vurğulanıb. Məsələn, keçmiş baş naziri Hrant Baqratyan aprel döyüşlərindən az sonra erməni KİV-lərinə bildirmişdi ki, Ermənistanın artıq atom silahı var.

İndi dünyasını dəyişmiş erməni hərbi jurnalist Levon Melik-Şahnazaryan iki il qabaq yazdığı məqaləsində hətta Ermənistanın nüvə texnologiyasının sirrlərini açmışdı:

“Texniki baxımdan bu elə də mürəkkəb deyil: sadəcə, içi radioaktiv tullantılarla dolu raketi üç-beş kilometr yüksəkdə partlatmaq yetərlidir ki, yüzlərlə kvadrat kilometr ərazidə həyatı məhv etmək mümkündür. Bu cür raketlər bizdə yüzlərlədir, radioaktiv tullantılar isə onlarla tondur”.

Erməni sosial şəbəkə təmsilçiləri bu bəyanatları həddindən ciddi qəbul edirlər və Bakının atom bombası ilə vurulmasından sonra Azərbaycanın hansı ərazilərini su basacağı barədə xəritələr belə işləyiblər. Həmin xəritələrə görə, Bakı yoxa çıxır, Azərbaycan iki bölünür, yarısı suyun altında qalır və s.

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində bu cür iddiaları gülünc adlandırıb:

“Bu həmin Karen Ohancanyandır ki, təxminən 15 il qabaq absurd ifadələrinə görə, Bakı hava limanında onu şəhər sakinlərindən biri şapalaqlamışdı. İndi yenə də absurd danışmaqda davam edir. Mən sizi əmin edirəm ki, Ermənistanın heç bir atom silahı yoxdur, sadəcə blef edirlər”.

Hərbi ekspert adətən Ermənistanda belə bəyanatları diletantların verdiyini bildirir:

“Bu bəyanatı Arkadi Ter-Tadevosyan və ya başqa bir hərbçi səsləndirsə idi, başa düşmək olardı. Amma hansısa hüquq müdafiəçisinin, yaxud keçmiş baş nazir Hrant Baqratyanın səsləndirməsini heç cür başa düşmək olmur. Yəqin ki, daxili siyasət üçün nəzərdə tutulmuş əsassız iddialardır”.

Bu məsələ Karen Ohancanyanın “Aravot”a müsahibəsindən də açıq görünür. O, müsahibənin girişində aprel döyüşlərindən sonra ermənilər arasında böyük təşviş olduğunu vurğulayır. Sonra isə bu təşvişi yox etmək üçün onları əmin etməyə çalışır ki, erməni ordusunda atom silahı var.

Amma Karen Ohancanyan və Hrant Baqratyan bir şeyi unudurlar ki, atom silahı barədə uydurduqları bu cəfəngiyyatlar Azərbaycana Dağlıq Qarabağda antiterror əməliyyatları həyata keçirməyə imkan yaradır. Lazım gələrsə, atom silahı ilə öyünən Ermənistanı cəzalandırmaq üçün beynəlxalq koalisiya da yaradıla bilər. İrəvanın bu məsələdə Rusiyaya güvənməsi də boş şeydir. Ermənistan rus hərbi bazası yerləşən Suriyadan heç nə ilə fərqlənmir.

Göründüyü kimi, müxtəlif supergüclər müxtəlif silahlı birləşmələr yaradaraq bu ölkəni parçalayıblar. Ermənistanı da parçalmaq elə çətin olmaz. Nə bilmək olar, sabah işğal edilmiş Azərbaycan torpaqlarında hansısa qərb ölkəsinin dəstəyi ilə yaradılmış İŞİD tipli hansısa qruplaşma Qarabağ İslam Dövləti adı altında Ermənistanın da xeyli hissəsini işğal edə bilər. Yəni, ermənilər bu perspektivi də unutmamalıdırlar.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!