Üçüncü Dünya Müharibəsinə lap az qalıb - Bu savaş daha şiddətli, qəddar və sürətli olacaq
Dunya
Oxunub: 687
10 may 2017 | 13:40
Üçüncü Dünya Müharibəsinə lap az qalıb - Bu savaş daha şiddətli, qəddar və sürətli olacaq















Məşhur Anonymous haker qrupu Üçüncü Dünya Müharibəsinin bu il, ya da uzağı gələn il başlayacağının proqnozunu verib

BBC verdiyi məlumata görə, “Qarşıdan gələnlərə hazırlaşın, – deyilir qrupun YouTube kanalında yaydığı videoda, – Bu müharibə həm ətraf mühit, həm də iqtisadi səviyyələrdə qlobal dağıntıya səbəb olacaq”, deyə “The İndependent” qəzetində dərc olunmuş məqalədə qeyd olunur.

Bunun ardınca videoda qarşıdan qaçılmaz şəkildə gələn müharibənin indi baş verən əlamətlərindən söz açılır. Qrupun fikrincə, dünyanın ayrı-ayrı yerlərində baş verən strateji hərəkətlər müharibənin Koreya yarımadasında başlayacağını göstərir.

Anonymous bildirir ki, bu müharibədə də quru qoşunlarının olacağına baxmayaraq, Üçüncü Dünya Müharibəsi bundan əvvəlki iki cahan savaşından köklü şəkildə fərqlənəcək. Onların sözlərinə görə, bu müharibə daha şiddətli, daha qəddar və daha sürətli olacaq.

“Bu qlobal nəticələri ilə real bir müharibə olacaq və burada üç superdövlət bir-birinə qarşı duracaq. Başqa ölkələr tərəf seçmək məcburiyyətində qalacaq” – videoda deyilir.

Videoda Guy Fawkes-in maskası arxasında gizlənərək danışanın nitqi robot səslənişinə bənzəyir. Videoda deyilir ki, Çinin öz vətəndaşlarını Şimali Koreyanı tərk etməyə çağırması, ABŞ-ın Minuteman III qitələrarası raketlərini sınaqdan çıxarması və Avstraliyaya qoşun yeritməsi təsadüfi deyil.

Daha sonra aparıcı bildirir: “Çinlilər müharibənin qarşısını almağa çalışırlar, çünki bu ölkəni nəhəng qaçqın axını və iqtisadiyyatın dağıdıcı müharibə nəticəsində xaraba qalması gözləyir.

“Yalnız bu həftə həm ABŞ-a, həm də Şimali Koreyaya onilliklər ərzində mövcud olan gərginliyi eskalasiya etməkdən çəkinmələri üçün dəfələrlə müraciət etmiş Çin rəsmiləri onları bir-birini qıcıqlandırmamağa çağırıblar. Lakin praqmatik çinlilərin də, deyəsən səbri tükənir”, deyə videoda qeyd olunur.

Anonymous bunu da bildirir ki, Şimali Koreya ballistik raketlərinin potensial hədəfi və ABŞ-ın müttəfiqi olan Yaponiyanın Pxenyana önləyici zərbələr endirməsi mümkündür.

Videoda deyilir ki, “proqnozlaşdırılmayan Tramp Şimali Koreya lideri Kim Jong-un-la görüşməyi özünə şərəf biləcəyini desə də, bu görüşün nə vaxtsa baş tutacağına inanmaq çətindir”.

“Lakin əgər prezident Tramp Filippin prezidenti Rodrigo Duterte kimilərinə müraciət edib, onları öz tərəfinə çəkmək istəyirsə, doğrudan da şübhələnməyə dəyər” – videoda deyilir.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi