Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Dunya
Oxunub: 1 394
20 dek 2014 | 14:17
Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib


















“Kanada Ukrayna xalqına dəstəyində əyilməz qalacaq”.

Kanada hökuməti Rusiya dövlətinə, eləcədə bu ölkənin və Ukraynanın daha 20 vətəndaşına qarşı növbəti sanksiyalar tətbiq edib.

Azerinfo.az APA-ya istinadən xəbər verir ki, Kanadanın baş naziri Stiven Harper Rusiyaya qarşı Arktikada neft və şist qazı tədqiqatlarında və hasilatında istifadə oluna biləcək texnologiyaların ixracını qadağan etdiklərini açıqlayıb.

S. Harper bildirib ki, Kanada Krımın qanunsuz işğalı və Ukraynanın şərqində provokasion hərbi fəaliyyətlərlə barışmayacaq:

“Beləliklə, biz əlavə iqtisadi sanksiyaların tətbiqini və bir sıra Rusiya, Ukrayna vətəndaşlarının səfərlərinə qadağa qoyulmasını elan edirik. Biz həm də Rusiyada neft yataqlarının kəşfiyyatında və hasilat sənayesində istifadə olunan texnologiyaların ixracına məhdudiyyət tətbiq edirik. Kanada Ukrayna xalqına dəstəyində əyilməz qalacaq, çünki ukraynalılar sülh və azadlıq uğrunda və Putin rejimi ilə mübarizə aparmağa davam edir. Biz lazım gələrsə, öz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə əlavə tədbirlər də görə bilərik”.

Kanadanın sanksiya tətbiq etdiyi fiziki şəxslərin siyahısında Rusiya Dövlət Duması sədrinin 1-ci müavini İvan Melnikov, sədr müavinləri Nikolay Leviçev, İqor Lebedev, Vladimir Vasilyev, Dumanın Xarici işlər komitəsi sədrinin birinci müavini Leonid Kalaşnikov, MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir Nikitin, həmin komitənin sədr müavini Oleq Lebedev, Dumanın deputatı Viktor Vodolatski, Federasiya Şurasının sədr müavini Yuri Vorobyov, eləcə də Donetsk və Luqansk separatçılarının adları var.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...