Raqqada azərbaycanlı canlı bombaların görüntüləri yayıldı (FOTO/VİDEO)
Dunya
Oxunub: 777
1 avq 2017 | 12:28
Raqqada azərbaycanlı canlı bombaların görüntüləri yayıldı (FOTO/VİDEO)















İyulun 30-da İŞİD terror qruplaşmasının informasiya bürosu hazırda ABŞ-ın dəstəklədiyi kürd koalisiyası tərəfindən hücum altında olan Raqqa şəhərindən 30 dəqiqəlik təbliğat videosu yayıb. Virtualaz.org xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən və internetdə cihad və terrorçuluq təhlükəsi ilə bağlı müntəzəm monitorinq aparıb nəticələri xüsusi xidmət orqanlarına təqdim edən “Middle East Media Research Institute” həmin videoroliki araşdırıb.

Kifayət qədər yüksək keyfiyyətdə hazırlanan videorlikdə Raqqada yaşayan qəbilələrə xəbərdarlıq olunur ki, kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDF) və “PKK ateistləri” ilə əməkdaşlıq etməsinlər. Videoroikdə İŞİD-in baş təbliğatçısı Əbu Muhammed Əl-Adnani danışır, onun nitqi İŞİD-in Raqqada apardığı döyüş əməliyyatlarına dair kadrlarla müşaiyət olunur. Kadrlarda kürd qüvvələrinin mövqelərini atəş altında saxlayan İŞİD snayperləri, SDF mövqelərinə bomba atan dronlar, partlayıcı yüklü avtomobillər və onları idarə edən intiharçı-terrorçular görmək olar. Habelə SDF-ə informasiya ötürməkdə ittiham olunan bir nəfərin edamı da videorolikdə əks olunub.

İŞİD-in videorolikində bu terror qruplaşmasının tərkibində döyüşən xarici ölkə vətəndaşlarına da xüsusi yer verilir. Məsələn, Somalidən olan terrorçu Əbu İşak əl-Somali ABŞ prezidenti Donald Trampa ingilis dilində səslənərək onu “bu günün fironu” adlandırır. “Donald Tramp, sən Raqqaya və Mosula göz dikə bilərsən. Ancaq biz İstanbula və Romaya göz dikmişik. Bi idn Allah, Bi İdn Allah, biz sizi öz evlərinizdə öldürəcəyik”-qaradərili terrorçu bildirir.

Videorolikdə Azərbaycandan olan terrorçular “Cundullah əl-Azəri” və “Əbdu əl-Əziz əl-Azəri” dini ləqəbli iki İŞİD terrorçusu da gözə dəyir. Kadrlardan görünür ki, aşağı ətrafı döyüşlərdən birində aldığı xəsarət nəticəsində iflic olan “Cundullah əl-Azəri”ni başqa İŞİD döyüşçüsü qucağında aparıb partlayıcı yüklü avtomobilə əyləşdirir.

Daha sonra “Cundullah əl-Azəri” avtomobili işə salaraq SDF mövqelərinə tərəf sürür. Başqa kadrda isə “Əbdu əl-Əziz əl-Azəri” bomba yüklü digər avtomobillə kürd mövqelərinə hücum edir.

Azərbaycan vətəndaşı olan bu İŞİD terrorçularının sonrakı aqibətinin partlayıcı yüklü avtomobillərin partladılmasından sonra necə olduğu aydındır. Onların şəxsiyyəti isə məlum deyil.
Bununla belə 2004-cü ilin aprelində məlumat yayılmışdı ki, Suriyada gedən döyüşlərdə İŞİD-in tərkibində olan iki Qax sakini öldürülüb. Bunlardan biri “Cundullah Azəri” ləqəbli idmançı, 1981-ci il təvəllüdlü Kərimov İbrahim Aslan oğlu v 1987-ci il təvəllüdlü Samir Sadəddin oğlu Məmmədovdur. İ.Kərimovun Suriyaya arvadı və üç uşağı ilə birlikdə getdiyi bildirilirdi.

Lakin həmin “Cundullah Azəri”nin İŞİD-in indi yaydığı videorolikdə haqqında bəhs edilən “Cundullah Azəri” olduğu dəqiq deyil. Çünki İŞİD terrorçuları öldürülmüş döyüş yoldaşlarının dini ləqəblərini özlərinə götürə bilərdi.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb