21-08-2017, 10:52

İŞİD-in terror aktları Britaniyadakı şirkət tərəfindən maliyyələşdirilib — Avropada qalmaqal

İŞİD-in terror aktları Britaniyadakı şirkət tərəfindən maliyyələşdirilib — Avropada qalmaqal














İŞİD terror qruplaşmasının Kataloniyadakı hücumları Britaniyanın Uels qraflığındakı şirkət tərəfindən maliyyələşdirilib


"Ölkə.Az" xəbər verir ki, bu barədə nüfuzlu "The Times" qəzeti məlumat yayıb.

Qəzet məlumatı ABŞ-ın FTB qurumundan əldə edib. Cinayət üçün "İbacstel Electronics" şirkəti də istifadə edilib. Şirkətlər vaasitəsi ilə ABŞ-ın Merilend ştatının 32 yaşlı sakini, ekstremist Məhəmməd Elşinavinin hesabına minlərlə funt sterlinq pul köçürülüb.

Eyni zamanda terrorçular İspaniyanın Kardiff şəhərindəki şirkət vasitəsi ilə müşahidə üçün PUA-lar əldə ediblər. PUA-lar 2015-ci ilin yay ayında Madrid şəhərindəki ünvana təslim edilib.

İlkin məlumata görə qurğunu göndərən şirkətlərdən biri-"Advance Technology Global" Peter Soren adlı uydurma adam adına qeydiyyatdan keçib. O, şirkətin əsas səhmdarıdır.