Güclü geomaqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
Dunya
Oxunub: 718
13 sen 2017 | 16:36
Güclü geomaqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ














Dünəndən etibarən növbəti geomaqnit qasırğası başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Onun sözlərinə görə, gün ərzində G2 sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir): "Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 sinifli geomaqnit qasırğası ilə müşayiət olunacaq).
Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur). Günəş diskinin görünən səthində 1 aktiv ləkə qrupunda (AR) 11 ləkə müşahidə olunur. 10 sentyabrda əvvəlki güclü geomaqnit qasırğasının "günahkarı” olmuş AR 2673-dan X8.2 rentgen sinifli Günəş alışması generasiya olunub, lakin bu qrup Günəş diskinin arxasında olduğundan, baş vermiş Tac Kütlə Atılmalarının (CME) təsirləri geoeffektiv olmayıb (bilavasitə Yerə doğu yönəlməyib). Hazırda Günəş plazma küləyinin sürəti 525 km/san-dir və getdikcə artmaqdadır. Cari geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və orta ölçülü "tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. "Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda "günahkar” plazma küləyini sürəti 525 km/san-dir və getdikcə artmaqdadır".
E.Babayev əlavə edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator” rolunu oynayır. Onun sözlərinə görə, atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Direktor müavini vurğulayıb ki, qasırğa yuxarı en dairələrində daha effektiv olur, rəngarəng qütb parıltlarının ("Aurora borealis”) şəkilləri yenə də tezliklə mediada yayılacaq: "Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur
Kosmik hava şəraiti yenə də əlverişsizdir. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan - xroniki ürək-qan-damar xəstəliklərindən əziyyət çəkənlər, ahıllar, eyni zamanda uşaqlar gərginlikdən qaçmalı, qabaqlayıcı tədbirlər görməlidirlər".
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...