Münaqişə dondurulur: 3 ölkə razılığa gəlir
Dunya
Oxunub: 718
17 sen 2017 | 11:48
Münaqişə dondurulur: 3 ölkə razılığa gəlir













ABŞ Donbasda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifini dəstəkləyir. Rəsmi Vaşinqton bəyan edib ki, Ukraynanın şərqindəki işğal olunmuş ərazilərdə münaqişənin nizamlanması üçün təhlükəsizliyin genişləndirilməsi ilk addım ola bilər. Birləşmiş Ştatların açıqlamasında qeyd edilir ki, beynəlxalq sülhməramlılar Donbasın bütün ərazilərində, o cümlədən Ukrayna-Rusiya sərhədinə yerləşdirilməlidir. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert keçirdiyi brifinqdə deyib.

“Xüsusilə qeyd etmək istəyirəm ki, Ukraynanın işğal olunmuş ərazilərində parçalanmanın dərinləşdirməsindən və möhkəmlənməsindən qaçmaq üçün Rusiya ilə sərhəd də daxil olmaqla sərhəd xəttinə qədər sülhü və təhlükəsizliyi təmin edən hər hansı qüvvə bu mandatı ala bilər”-deyə xanım Nauert bildirib.

ABŞ hökumətinin sözçüsü onu da vurğulayıb ki, Avropa dövlətlərindən Almaniya artıq bu təklifə razıdır: “Biz inanırıq ki, BMT sülhməramlılarının Ukraynanın şərqində yerləşdirilməsi öyrənilməsi vacib olan ideyadır. Hesab edirik ki, bu, milliyyətindən asılı olmayaraq, Ukrayna vətəndaşlarını qorumağın mümkün üsuludur. “Bizim fikrimizcə, bu Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün potensial yaradır. Bizim məqsədimiz sadədir: biz Ukraynanın ərazi bütövlüyünü, həmçinin dinindən, milliyyətindən və dilindən asılı olmayaraq ukraynalıların hüquqlarını müdafiə etmək istəyirik”.

Amerika rəsmisi həmçinin, Rusiyanı əsl və davamlı atəşkəs rejiminə əməl etməyə çağırıb. “Biz istərdik ki, Rusiya təmas xəttində öz qüvvələrini ayırsın, ağır silahları ərazidən çıxartsın, sərhəddə beynəlxalq müşahidəçilərə tam, maneəsiz və təhlükəsiz çıxışı imkan yaratsın”.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək sessiyasında Donbasda beynəlxalq sülhməramlıların yerləşdirlməsi məsələsini qaldıracağını söyləyib.

Sentyabrın 5-də isə Rusiya prezidenti Vladimir Putin ATƏT-in xüsusi monitorinq missiyasının müşahidəçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün Donbasdakı ayırıcı xəttdə BMT sülhməramlılarının Ukraynada yerləşdirilməsinə razı olduğunu deyib. Lakin o, bildirib ki, bu məsələ Donbasdakı Rusiyapərəst silahlıların nümayəndələrinin iştirakı olmadan birbaşa həll edilə bilməz.

Bundan sonra Rusiya BMT rəhbərliyinə Donbasda sülhməramlıların yerləşdirilməsinə dair qətnamə layihəsi təqdim edib. Öz növbəsində Ukrayna prezidenti Poroşenko bildirib ki, BMT –nin “mavi dəbilqəliləri” Rusiya ilə sərhəddə nəzarətdən çıxmış məntəqələr də daxil olmaqla işğal olunmuş bütün ərazilərdə yerləşdirilməlidir. Ukrayna tərəfi də sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair qətnamə layihəsini BMT-nin mənzil- qərargahına təqdim edib.

Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Putinin sözlərinə sonra bir qədər aydınlıq gətirməli olub. O, bildirib ki, söhbət BMT-nin tabeliyindəki silahlı qüvvələrdən deyil , ATƏT müşahidəçilərinin qorunmasına yardım üzrə sülhməramlılardan gedir. Bu isə Minsk razılaşmasının məntiqinə tam uyğundur.

Qeyd edək ki, Ukrayna 2014-cü ildən etibarən münaqişə bölgəsinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifini irəli sürsə də rəsmi Moskva buna razılıq verməyib. Ancaq ilk vaxtlar Ukrayna rəhbərliyi sülhməramlıların tərkibinin Rusiya hərbçilərindən formalaşması təhlükəsinə ehtiyatla yanaşırdı. Ona görə də 2014-cü ildə Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Pyotr Poroşenko “Bizə indiki şəraitdə sülhməramlılar lazım deyil”-deyə bu mövqeyindən bir növ geri çəkilmişıdi.

“Minsk-2” sazişinin imzalanmasından sonra, yəni 2015-ci ilin fevral ayında Dobalseva ətrafında gərgin döyüşlər gedəndə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov Rusiya ilə sərhəddə, həmçinin nəzarətdən kənar qalmış sərhəd məntəqələrinə sülhməramlıların yerləşdirilməsi üçün Kiyevin BMT-yə müraciət etmək istədiyini bəyan etdi. Beləliklə, 2015-ci il martın 13-də Ukrayna qeyd edilən missiyanı təmin etmək üçün BMT-nin sabiq baş katibi Pan Gi Muna müraciət edib. 2015-ci ilin aprel ayından 2016-cı ilin aprel ayına qədər bu məsələ Pan Gi Munla P.Poroşenko arasında aparılan danışıqlarda ən azı üç dəfə qaldırılıb. Ancaq Ukraynanın xarici işlər naziri Pavel Klimkinin də BMT-nin tribunasından səsləndirdiyi bu çağırış sükutla qarşılanıb. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko bu biganəliyi belə izah etmişdi: “Bu olduqca çətin məsələdir. Bu BMT-nin büdcəsinə çox baha başa gələr. Ukraynaının işğal edilmiş və nəzarətdən çıxmış ərazilərinə sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün ən azı 25 min nəfər hərbçi lazımdır. Bu isə il ərzində milyardalarla dollar deməkdir”.

2015-ci ilin sonlarında ümidi azalan Kiyev sülhməramlılar məsələsində fəallığını dayandırdı. Danışıqlarda Donbasa “mavi dəbilqəli” əsgərlərin gətirilməsi ideyası ümumiyyətlə gündəmdən çıxdı. 2016-cı ilin may ayında “Normand dördlüyü”nə daxil olan ölkələrin həmin təklifi yenidən müzakirəyə çıxartdığı barədə məlumatlar yayılsa da anlaşmaya nail olunmadı. Ukrayna tərəfi hesab edir ki, sülhməramlı kontingentin tərkibi 7-11 min nəfər təşkil etməlidir. Moskva isə yarıya qədərini istəyirdi. Ukrayna və Rusiya sülhməramlıların yüngül silahlarla təmin olunması barədə razılığa gəlsələr də təchizatla bağlı detallarda ciddi fikir ayrılığı yarandı. Kiyev hərbçilərin avtomat silahlar və zirehli tranportyorla, Moskva isə tapança və silahsız hərbi texnika ilə təmin olunmasını təklif edirdi. Rusiya həmçinin münaqişə bölgəsinə yeridilən sülhməramlıların separatçı Donetsk və Luqansk xalq respublikaların göstərişi ilə yerləşməsi şərtini irəli sürürdü. Nəticədə danışıqlar yenidən dalana dirəndi.

ABŞ-da baş vermiş prezident seçkilərindən sonra isə vəziyyət yenidən dəyişib. Bölgəyə BMT sülhməramlı kontingentinin gətirilməsinin vacibliyi P.Poroşenkonun ABŞ-ın dövlət katibi Reks Tillerson, Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster və müdafiə naziri Ceyms Məttslə müzakirə edilib. Danışıqların detalları məlum olmasa da Vaşinqtonla Kievin “mavi dəbilqəlilər”i bütün münaqişə zonasına yerləşdirmək barədə razılığa gəldiyi güman edilir. Ancaq sülhməramlı qüvvələrin yerləşdirilməsi geniş hüquqi bazanın yaradılmasını tələb edir. Ukrayna Ali Radası Donetsk və Luqansk vilayətləri də daxil olmaqla işğal edilmiş ərazilərin statusu haqqında qanun qəbul etməlidir. BMT Təhlükəsizlik Şurasının və Prezident Administrasiyasının mütəxəsisslərihazırda qanun layihəsinin üzərində işləyir. Eyni zamanda, xarici silahlı qüvvələrin Ukrayna ərazisində yerləşdirilməsi, sülhməramlıların silahla təmin edilməsi qaydalarını müəyyən edən qanunlar qəbul olunmalıdır.

Sülhməramlıların yerləşdirilməsi Ukrayna üçün həm müsbət, həm də mənfi nəticələr doğura bilər. Əgər Donbasa nəzarət Ukraynadan alınıb BMT-nin hərbçilərinə verilsə, o zaman həmin ərazidə bir müddətdən sonra Kosovo presedenti tətbiq oluna bilər. Ona görə də Ukrayna Donbasa inzibati nəzarət səlahiyyətlərindən imtina etməməlidir. Rusiya ilə sərhəddə düzülən “mavi dəbilqəlilər” Moskvanı oyundan kənar qoysa belə, Ukrayna qondarma Donetsk və Luqansk respublikalarını legitim tərəf kimi qəbul etmək təhlükəsi ilə üzləşə bilər. Əgər Donbasa nəzarət səlahiyyəti beynəlxalq missiyaya həvalə edilsə, Rusiyanın güzəştə gedəcəyi və BMT Təhlükəsizlik Şurasında bu təklifə səs verəcəyi proqnozlaşdırılır.

Siyasi müşahidəçilərin fikrincə, Donbasa sülhməramlıların gətirilməsi ilk növbədə, münaqişəni dondurulmuş müstəviyə keçirəcək. Bu da həm Qərbin, həm Rusiyanın, eləcə də prezident Poroşenkonun siyasi maraqlarına cavab verir. Donbas münaqişəsinin dondurulması hələ Ukraynaının ərazi bütövlüyünün təmin edilməsi anlamına gəlmir. Buna baxmayaraq, hazırda Rusiyanın təcavüzünün qarşısının alınması və münaqişənin dondurulması 2019-cu ildə prezident seçkilərinə hazırlaşan Pyotr Poroşenkoya müharibədən yorulmuş elektoratını toparlamaq üçün çox lazımdır. Poroşenkoya indi getdikcə güclənən müxalifətə qalib gələ bilsə, Donbası qaytarılacağına dair vədləri növbəti müddətə saxlayacaq.
Mənbə: cebhe.info
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb