22-09-2017, 10:49 Oxunub: 94

Ərdoğanla Tramp arasında çox vacib görüş — FOTO, VİDEO

Ərdoğanla Tramp arasında çox vacib görüş — FOTO, VİDEO













Türkiyə prezidenti Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü başlayıb.

Görüş planlaşdırıldığı kimi Nyu-Yorkda baş tutub. Görüş Türkiyə vaxtı ilə saat 22:00-da başlayıb. İki lider görüş öncəsi qısa açıqlama verib.

Tramp bildirib ki, hazırkı görüş həm iki ölkə, həm də dünya üçün çox önəm daşıyır: "Hazırda bu görüş çox önəmlidir. Əvvələ baxdıqda, indi çox çətin məqamda yaşayırıq. Bu çətin proseslərdə Türkiyə yaxşı siyasət yürüdür. Ən qaynar nöqtələrdə, şiddətli döyüşlərdə Türkiyə hərbçiləri yaxşı nəticələr verir. Ərdoğan çox doğru qərarlar qəbul edir. Eyni zamanda, ABŞ ilə də çox yaxşı münasibətləri var”.

Ərdoğan da öz növbəsində Trampla bu görüşün vacibliyini vurğulayıb: "Trampla bu görüşümüz çox vacib xarakter daşıyır. İnanıram ki, danışıqlarımız Türkiyə-ABŞ münasibətlərinin daha da sıxlaşmasına səbəb olacaq. Eyni zamanda, bu görüşdən sonra bölgədəki problemlərin həllində qarşılıqlı münasibətlər çərçivəsində işləyəcəyik. Görüşdə terrorla birgə mübarizə və digər məsələlər barədə danışacağıq. Bu görüşün baş tutmasına görə Trampa minnətdaram”.

Daha sonra Ərdoğan görüş zamanı Amerikanın kürd yaraqlılarına yardım etməsi, Suriya hadisələri, PKK və İŞİD-lə mübarizə barədə ətraflı danışılacağını qeyd edib.