Yeni "peyğəmbər" peyda oldu: Şeyx Teymur
Dunya
Oxunub: 696
24 sen 2017 | 13:20
Yeni "peyğəmbər" peyda oldu: Şeyx Teymur














"Tacikistandan olan gənclərin Suriya konfliktində iştirakının arxasında duran başlıca səbəblər lazımi bilik səviyyəsinin olmaması və pis həyat şəraitidir" - Tacikistanın Dini Məsələlər üzrə Komitəsinin sədri bu fikirdədir.


Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, komitə sədri Abdurahim Holiqzoda ötən ay Düşənbədə çıxış edib. Bildirib ki, yaxşı dini biliklərə malik bir kəs belə bir konfliktdə iştirak etməz:


"Gəncləri Suriya müharibəsində iştiraka cəlb edənlər, hər şeydən öncə, onların İslama yaxşı bələd olmamasından istifadə edirlər".

Holiqzoda Tacikistanda gənclərin islami biliklərini harada artıra bilmək imkanlarına toxunmayıb. Belə bir ehtimal var ki, Tacikistanda 2010-cu ildən hökumət ölkədən kənarda İslamı öyrənənləri geri qaytarmağa çalışır.


Onlar Tacikistanda İslamla bağlı nə öyrənə bilərlər?


Qeyd etmək lazımdır ki, Tacikistanda həqiqətən də mömin insanlar, İslamı dərindən bilənlər var və onlar hörmətə layiqdirlər.


​YENİ "PEYĞƏMBƏR" ŞEYX TEMUR


Bu kateqoriyaya aid edilə bilməyənlərdən biri "peyğəmbər" Şeyx Temurdur.


Şeyx Temur Tacikistanın Hissar əyalətində yaşayanları özünün peyğəmbər olmasına inandırıb. Sakinlər qızlarını ona ərə verir, üstəlik, xeyli də pullarını bağışlayırdılar, əks-halda Temur onlara göydən qarğış tökəcəyini iddia edirdi.


İnsanlar "peyğəmbərləri"nin maşınına toxunmaq, əlindən öpmək üçün necə uzun növbələrə düzülürlər. Bir qrup insan Şeyx Temur-un olduğu otaqdan çıxarkən elə edirlər ki arxalarını ona çevirmiş olmasınlar.


Bu, Mərkəzi Asiyada qədim adətdir, amma əsasən xanlara və əmirlərə qarşı tətbiq edilir.


Çoxları üçün Şeyx Temur fırıldaqçıdır, hazırda o, ev dustaqlığındadır.

Amma Tacikistanda İslamla bağlı biliklərin lazımi səviyyədə olmamasının günahkarı Şeyx Temur deyil. Bu daha çox hökumət və onun həyata keçirdiyi siyasətə bağlı bir şeydir.


REJİMİ DƏSTƏKLƏYƏN DİN


Tacik hökuməti İslamın elə bir xüsusi formasını istəyir ki, onlar üçün heç bir təhlükə yaratmasın və rejimi dəstəkləsin. Əslində, bu istək Mərkəzi Asiyada hakimiyyət səlahiyyətlilərinin yüzilliklərdən gələn istəyidir, sadəcə prezident Emomali Rahmon və onun hökuməti bu zəncirin sonuncu halqasıdır.


On ildən çoxdur ki, tacik hökuməti qeyri-qanuni fəaliyyət adı altında məscidləri bağlayır. Bu cür qapadılan məscidlərin sayı yüzlərlədir.

2013-cü ilin sonlarında Tacikistanın şimalındakı Soqd vilayətində doqquz mədrəsədən beşi bağlanıb. Bu da gənclərin İslamı öyrənməsini bir qədər də çətinləşdirib. Tacikistan əhalisinin 40 faizi məhz bu vilayətdə yaşayır.


Eyni vaxtda Tacikistanın digər vilayətlərində də mədrəsələr qapadılıb. Dini öyrənmək istəyənlər üçün yeganə seçim paytaxt Düşənbədəki İslam Universiteti və İslam Gimnaziyasıdır. Bu il başlayanı təxminən 400 nəfər məktəbdən çıxıb, 348 nəfər isə kənarlaşdırılıb.


​CÜMƏ İBADƏTLƏRİNDƏ PREZİDENTƏ TƏRİF


2011-ci ildə qəbul olunmuş qanuna görə, 18 yaşına çatmayanlar Cümə ibadətlərinə qoşula bilməzlər. Cümə ibadətlərinə qadınların qoşulması 2004-cü ildən qadağan edilib.


Son tendensiyaya görə isə, Tacikistanda imamlar hökumətə, xüsusən də prezident Emomali Rahmon-a da tərif oxumalıdırlar.

2013-cü ilin oktyabrında Tacikistan İslam Dirçəliş Partiyasının aparat rəhbəri Vokhidkhon Kosiddinovu polis saxlayıb, səbəb isə onun imamın ibadətinə müdaxilə etməsi olub. O, imam ibadət zamanı prezidentə tərif yağdırmağa başlayanda, etiraz edibmiş.


Tacikistanda gənclərin əsas gileylərindən biri də odur ki, imamların müasir bilgilərdən qətiyyən məlumatları yoxdur. Onlar ancaq və ancaq İslamın tarixindən danışırlar, dünyadakı çağdaş dəyişikliklər və problemlər onlar üçün aydın deyil.


Ona görə də Holiqzoda "yaxşı dini maariflənmə" və "İslama bələd olmamaq"dan danışanda, dövlət siyasətinin bu yöndə böyük bir problem olduğunu qeyd etməkdən yayınır.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)