Səddam devrilməzdən öncə anons edilən “Kürdüstan dövləti” – düyməyə niyə məhz indi basıldı?
Dunya
Oxunub: 575
28 sen 2017 | 10:53
Səddam devrilməzdən öncə anons edilən “Kürdüstan dövləti” – düyməyə niyə məhz indi basıldı?














Orta Şərqə “demokratiya” vəd edib hakimiyyətləri devirən, qanlı toqquşmaların əsasını qoyan güclərin bölgənin xəritəsini dəyişmək planı; politoloq: “Türkiyədə baş verən çevriliş cəhdi də sübut elədi ki, bu proseslərin arxasında dayanan qüvvələrin məqsədi demokratiya, insan hüquq və azadlıqları deyil”

İraqın şimalında “Kürdüstan dövləti” qurmaq cəhdi ilə bağlı keçirilən referendum dünyanın gündəmindəki baş mövzulardan biridir. Belə bir durumda Türkiyənin 33-cü (1996-1997-ci illər) baş naziri Nəcməddin Ərbakanın 26 il əvvəlki çıxışı son günlər yenidən sosial şəbəkələrdə tirajlanmaqdadır.

Söhbət ondan gedir ki, Türkiyənin sabiq baş naziri hələ 26 il əvvəlki çıxışında “kürd dövləti” ideyasının masada olmasından və böyük güclərin dəstəyi ilə reallaşdırılması istiqamətində aparılan proseslərdən bəhs edir. N.Ərbakanın həmin çıxışından bəzi özətləri diqqətinizə çatdırırıq: “İsrailin xarici işlər naziri David Levi nə deyir? ”ABŞ-ın kürdlərə ərzaq yardımı etməsi, sadəcə, kürdlərin ac qarına deyil, tox qarına ölmələrinə yarar. ABŞ-ın kürdlərə yemək yardımı deyil, əslində silah yardımı göstərməsi lazımdır". Bunu kim deyir? Bugünkü İsrail xarici işlər naziri David Levi. Nə zaman deyir? 1991-ci ildə. İndi terrorun arxasında kim var? Açıq şəkildə ortadadır".

Ərbakan daha sonra davam edir: “Körfəz savaşı 13 ay əvvəl başladı. Amerikalı yarbay (polkovnik-leytenant) bizim bir qəzetçimizə xəritədə Kərkük və Mosul göstərib bunları deyir: ”Kürd dövləti burada qurulacaq. Savaş bitəcək, Səddam çökmüş olacaq, burada dövlət qalmayacaq. Kürdlər bir dövlət quraraq buradakı boşluğu dolduracaq. Bəlkə də Türkiyədən torpaq istərlər. Hələ Körfəz müharibəsi bitməmiş, hərbdən öncə deyib".

Image result for Nəcməddin Ərbakan

N.Ərbakan jurnalistin “kürdlər İran, Türkiyə, Suriya kimi böyük güclərə qarşı necə çıxa bilər” sualına cavabında amerikalı yarbayın özünə çox arxayın şəkildə belə cavab verdiyini xatırladıb: “İraqın şimalındakı kürdlərin də yaxında çoxlu silahları olacaq. Səddamın buraxdığı silahlar onlara qalır. Bəlkə də sizdən çox təyyarələri, tankları, helikopterləri, hava limanları və s”. “Hələ Körfəz savaşı başlamamış bunlar söylənilib. Bütün bunlar onu göstərir ki, ABŞ, İsrail bütün bu olayların hamısını planlı şəkildə edir. Onların uzunmüddətli planları var” - N.Ərbakan deyib.

Sabiq baş nazirin dedikləri heyrətamizdir. Bölgədə son onilliklərdə baş verən proseslər və sonucda “Kürdüstan dövləti”nin yaradılması ilə bağlı Şimali İraqda referendumun keçirilməsinə sükutlu reaksiya projenin masa üzərində olduğuna şübhə yeri qoymur. Əslində ötən illərdə Qərbin hətta NATO-da müttəfiqi olan Türkiyəyə qarşı sayğısız davranışları, Ankaraya qarşı haqsızlıqlar, 3 milyonluq qaçqına sahib çıxan ölkəyə qarşı sərgilənən münasibətin arxasında məkrli planın olmasından xəbər verirdi. Nəhayət, kürd referendumuna Qərbin ikibaşlı reaksiyaları şübhələri doğrultdu. Demək, Türkiyəyə qarşı yaradılan PKK-nın davamlı şəkildə silahlandırılması, daha sonra PYD, PEJAK kimi törəmə terror təşkilatlarının önə çıxarılması, onlara hər cür dəstək verilməsi, qardaş ölkənin mərkəzlərində terror aktlarının həyata keçirilməsi, daha sonra İŞİD adlı vahiməli qüvvənin ortaya çıxarılması və s. olaylarda bir məqsəd var imiş: kürd dövlətinin qurulmasına nail olmaq.

Image result for Səddam Hüseyn

Müşahidəçilər şübhə etmir ki, N.Ərbakanın dediyi kimi, İraq diktatoru Səddam Hüseynin “kimyəvi silah” iddiası ilə devrilməsi, İraqa qoşun yeridilməsi, daha sonra viranə qoyulmuş İraqda məzhəb davası toxumunun səpilməsi də sonda bu ölkənin parçalanması projesinin tərkib hissəsi olub. Getdikcə o da aydın olur ki, “Ərəb baharı” adı ilə Orta Şərq ölkələrindəki hakimiyyətlərin devrilməsi, burada vətəndaş müharibəsinin qızışdırılmasında da məqsəd regionun xəritəsini dəyişdirməkdən ibarət olub. “Kürdüstan dövləti” təkcə İraqın bütünlüyünün alt-üst edilməsi deyil. Bunun ardınca Türkiyə, İran və Suriyanı parçalanması planının da reallaşdırılması üçün yeni layihələr işə salınacaq.

Bir daha təsdiqləndi ki, 2016-cı ilin 15 iyulunda Ərdoğan hakimiyyətini silahlı yolla devirmək istəyən FETO və digər qüvvələrin məqsədi əslində Türkiyəni parçalamaq, “Kürdüstan” iddiasında olanların, bu xain projeyə dəstək verənlərin arzularını çin etmək olub. Ekspertlərə görə, indiki məqamda R.T.Ərdoğanın hakimiyyətinin davamı həm də Türkiyənin bütövlüyü deməkdir.

Bəzi müşahidəçilərin iddiasına görə, hətta İranda hakimiyyət dəyişikliyi bu ölkədə arzuolunmaz proseslərə gətirib çıxara bilər. Söhbət İrandakı kürdlərə dəstək verilməsi, nəticədə vətəndaş müharibəsinin qızışdırılması təhlükəsindən gedir. Xatırladaq ki, hələ illər öncə İran kürdlərinin İraqla sərhəddən silahlar daşıdığı iddiası var idi. Milyonlarla soydaşımızın yaşadığı qonşu ölkədə silahlı toqquşmalar arzuolunmazdır. Amma artıq bir reallıq var ki, İŞİD-in sıxışdırıldığı bir dönəmdə böyük dövlətlərin laboratoriyalarında yeni “qan çanağı” hazırlanır ki, burada da kürdlər “maşa” rolunu oynaya bilərlər.

“Bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də reallıqlara və proseslərə beynəlxalq hüquq, ədalət prinsipləri çərçivəsindən və təbii ki, məntiqlə yanaşılmasının tərəfdarıyam. Çünki məntiqsiz nə hüquq var, nə də ədalət... İndiki şəraitdə ”Kürdüstan dövləti"nin yarandığı barədə fikir söyləməyi doğru hesab etmirəm".

Image result for Elçin Mirzəbəyli

Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında söylədi. Qeyd etdi ki, İraqdakı kürd muxtariyyəti ölkə konstitusiyasının tələblərini pozaraq, separatçı davranışlar sərgiləyib: “Dövlətlərin ərazi bütövlüyünün pozulmasına cəhd və separatizmin formasından asılı olmayaraq bütün təzahürləri təqdir oluna bilməz və olunmamalıdır da. Şübhəsiz ki, İraqda və bir sıra digər ərəb ölkələrində baş verən iğtişaşlar, mərkəzdənqaçma meylləri, terrorizm və digər bu kimi neqativ amillər bölgəyə kənar müdaxilədən qaynaqlanır. İstər İraq kampaniyaları, istərsə də ”ərəb baharı" adı altında həyata keçirilən müdaxilə Qərbin öz geosiyasi maraqlarını təmin etmək, bölgənin nəhəng enerji resurslarını nəzarətə götürmək niyyətindən qaynaqlanır. İstər Səddam Hüseynin devrilməsi ilə nəticələnən və davam etməkdə olan İraq kampaniyalarında, istərsə də qanlı ərəb baharında məqsəd bölgəyə demokratiya gətirməkdən ibarət olmayıb. Həmin ölkələrdəki problemlər müdaxilə öncəsi kampaniya və real müdaxilə üçün bəhanə rolunu oynayıb. Bu bəhanələrin meydana gəlməsində də Qərbin öz maraqları olub. ABŞ və müttəfiqləri ərəb ölkələrinin devrilən liderləri ilə uzun müddət əməkdaşlıq ediblər, o cümlədən Mübarək və Qəddafi ilə... Bölgəyə müdaxilə ssenarisinin işə düşmədiyi və prosesə hazırlığın başlamadığı zaman kəsiyinə diqqət edin və bu dövr ərzində həmin ölkələrdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı ciddi bir hesabata rast gəlməzsiniz. Yəni nə ABŞ-ın nə də müttəfiqlərinin hədəflərində heç zaman başqa bir xalqın daha yaxşı, demokratik şəraitdə yaşaması məsələsi olmayıb. Nə üçün bir amerikalı, yaxud ingilis, fransız Məhəmmədin, Əlinin daha yaxşı yaşaması üçün onun yerinə fədakarlıq etməlidir ki? Əgər Qərb dövlətlərinin hədəfi ərəb ölkələrində demokratiya yaratmaq idisə, o zaman elə yaxından əməkdaşlıq etdikləri monarxiya-dövlətlərdən başlayardılar da".

Politoloq xatırlatdı ki, İraq, Misir, Suriya, Liviyada pis-yaxşı respublika tipli quruluşlar var idi, parlament, məhkəmə hakimiyyəti mövcud idi, hökmlər ehkamlara söykənən fətvalara deyil, qanunlar əsasında çıxarılırdı: “Burada həmin ölkələrdəki rejimlərin nə dərəcədə ədalətli olub-olmadığı şübhəsiz ki, mübahisə mövzusu ola bilər. Amma nə baş verdi, İraqda, Liviyada, Suriyada daha ədalətli idarəetmə sistemimi formalaşdı? Yüz minlərlə günahsız insan qətlə yetirildi, ölkələr darmadağın edildi, milyonlarla insan öz evlərindən didərgin düşdü. Məsələ burasındadır ki, hər bir xalqın potensialı onun yaratdığı dövlət idarəçiliyi sistemində özünü büruzə verir. Təhsili, mədəniyyəti yüksək olan xalq heç vaxt pis idarəçiliyə imkan verməz. Əgər Qərb dövlətləri doğrudan da ərəb ölkələrində daha yaxşı idarəçilik sisteminin formalaşmasını istəyirdilərsə, ilk növbədə həmin ölkələrin əhalisinin təhsil səviyyəsinin yüksəldilməsinə dəstək verməliydilər. Minlərlə, on minlərlə ərəb gəncinin təmənnasız olaraq ABŞ-ın, Avropanın universitetlərində təhsil almalarına şərait yaradılmalıydı. Amma bu, baş vermədi. Hakimiyyətlərin zorla dəyişdirilməsi heç bir halda təqdir oluna bilməz. İnqilablar, üsyanlar xalqları onillərlə geri atır, cəmiyyəti parçalayır, insanların arasına ixtilaf toxumu səpir. Bu baxımdan, hakimiyyətin zorla dəyişdirilməzinə cəhd, dövlətlərin ərazi bütövlüyünü təhlükə altına alan separatizm, terrorizm heç bir halda təqdir olunmamalıdır”.

E.Mirzəbəylinin fikrincə, Türkiyədə baş verən çevriliş cəhdi də sübuta yetirdi ki, bu proseslərin arxasında dayanan qüvvələrin məqsədi demokratiya, insan hüquq və azadlıqları deyil: “Əks təqdirdə, Türkiyə kimi demokratik dövlət idarəçiliyi sahəsində regionun ən təcrübəli dövlətində kənardan müdaxilə nəticəsində çevrilişə cəhd olmamalı idi. İrana gəldikdə isə, məsələ bir az fərqlidir. Burada dünyanın gəlmiş-getmiş heç bir siyasi sisteminə uyğun gəlməyən bir dövlət idarəçiliyi var. Bununla yanaşı, qeyd edim ki, heç bir dövlətin, o cümlədən İranın da ərazi bütövlüyünün pozulması beynəlxalq hüquq çərçivəsində dəyərləndirmələr üçün müzakirə mövzusu ola bilməz. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kompleks anlayışdır və bu anlayışın fərqli ölkələrə fərqli şəkildə tətbiqi ikili standartlara və yeni prezidentlərə yol aça bilər. Mən İranda yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin, farsların, ərəblərin və digərlərinin təhsil, eləcə də intellektual və mədəni səviyyə baxımından hazırda kataklizmlərin baş verdiyi ərəb ölkələrinin əhalisindən xeyli yüksəkdə dayandığına əminəm. Həmçinin hesab edirəm ki, dəyişikliklər tədrici islahatlar yolu ilə, xalqın potensialı və iradəsi nəzərə alınmaqla, vətəndaş qarşıdurmasına, zorakılığa qol verilmədən baş verməlidir”.

“Referendumdan sonra İraqda qurulacaq ”Kürdüstan dövləti" Türkiyənin, İranın, İraqın və Suriyanın dövlət maraqlarına və ərazi bütövlüyünə təhlükə yaradır". Bu fikirləri ölkə.az-a eksklüziv açıqlamasında Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib. K.Atılgan deyib ki, bölgədə qondarma “Kürdistan dövləti” yaratmaqla Türkiyənin, İranın, İraqın və Suriyanın ərazi bütövlüyünə qarşı məkrli planlar hazırlanır: “Ona görə də Türkiyə ilə bərabər İran, İraq və Suriya hökumətləri ”Kürdüstan dövləti" planına qarşı birgə hərəkət etməlidir. Çünki “Kürdüstan” layihəsi bu coğrafiyanı müharibə meydanına çevirmək istəyənlərin planıdır. Qərb burada kürd məsələsindən sui-istifadə etməyə çalışır. Əslində isə “Kürdüstan dövləti referendumu” nə kürdlərin, nə də digər xalqların firavanlığı üçün atılan addım deyil. Birinci Dünya müharibəsindən sonra bu coğrafiyaya istənilən nəzarəti etmək planının iflasa uğradığını görən xarici qüvvələr yeni bir plan hazırlayıblar. Həmin plana uyğun olaraq da İraqda “Kürdüstan dövləti”nin yaradılması ilə bağlı “referendum” keçirilib. Ancaq bu, vəziyyəti daha da alovlandıracaq".

Bu fikirlər bir daha qorxulu təxminləri təsdiqləyir. Ümumilikdə düyməyə basılıb və bölgəmizə doğru da uzanan çox dəhşətli planlar işə salınıb. “Demokratiya” vədi ilə bölgəyə gələnlər artıq özləri gəlmir, onların qurbanlıq saydıqları toplumlara hədiyyə etdikləri silahlar qanlı hadisələrin miqyasını artırdıqca, bölgənin sərvətlərinin daşınması daha rahat həyata keçirilir. Neftlə zəngin bu bölgədə sabitliyin tezliklə yaranacağına isə ümidlər çox azdır. Ən azı neft ehtiyatları tükənənə qədər qarşıdurmalar qaçılmaz olacaq...
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"