23-10-2017, 10:24 Oxunub: 65

Misirdə ata vəhşiliyi — Dərsə görə qızını ölümcül döydü

Misirdə ata vəhşiliyi — Dərsə görə qızını ölümcül döydü














Misirdə dəhşətli hadisə baş verib.

Misirli ata ev tapşırığını yerinə yetirməyən 5 yaşlı qızını ölümcül döyüb. Hadisə Əl-Giza şəhərində baş verib. Baxçada verilən tapşırığı yerinə yetirməyən körpə atasının vəhşiliyi ilə qarşılaşıb.

Misir mətbuatı bildirir ki, bütün bədəni gömgöy olan körpə xəstəxanaya yerləşdirilib. Həkimlər baş verən hadisəni dərhal polisə bildiriblər. Qonşular polisə məlumat veriblər ki, uşağın qışqırığını eşitsələr də, onu müdafiə edə bilməyiblər.
Qatil ata həbs edilib. O, qətli törətdiyini etiraf edib amma qızını öldürmək niyyəti olmadığını bildirib.