14-02-2018, 13:34 Oxunub: 140

Anası narahat olmasın deyə yalan danışan əsgər şəhid oldu - FOTO

Anası narahat olmasın deyə yalan danışan əsgər şəhid oldu - FOTO















Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı anti-terror əməliyyatının 15-ci günündə - 3 fevralda - şəhid olan çavuş Fevzi Gürsunun atışmadan bir gün əvvəl anası ilə danışdığı və anası silah səsindən qorxmasın deyə ona yalan danışdığı məlum olub.

Milli.Az xəbər verir ki, məlum olub ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra toy etməyi düşünürmüş.

Şəhid anası Fevziye Gürsu açıqlamasında deyib:

"Nişanlı idi. Toy etməyi planlayırdı. Qonaqpərvər və yardımsevər idi. Zarafatlarından qalmırdı. Aslan kimi idi oğlum. Oradakı "mehmetcik"lər oğlumun intiqamını alsınlar. Dualarım onlarladır. Zəfər bizim olacaq.

Axırıncı dəfə telefonla danışanda narahat olmayım deyə mənə yalan deyib. Silah səsləri eşitdim. O, nə səsləridi soruşanda mənə, "təlimdəyik, boş şüşələri vururuq" dedi. Zeytun budağı əməliyyatında iştirak etdiyini bilmirdim.

Toyumda adam çox olacaq deyirdi, yasında oldu".

Qeyd edək ki, 25 gündür davam edən "Zeytun budağı" anti-terror əməliyyatı nəticəsində ümumilikdə 1485 terrorçu öldürülüb.
“Zeytun budağı” əməliyyatında terrorçulara ağır zərbə — 616 nəfər öldürüldü “Zeytun budağı” əməliyyatında terrorçulara ağır zərbə — 616 nəfər öldürüldü Dunya "Zeytun budağı" əməliyyatında Qarabağ mesajı - FOTO Dunya “Zeytun budağı” əməliyyatında terrorçulara ağır zərbə — 306 terrorçu öldürülüb “Zeytun budağı” əməliyyatında terrorçulara ağır zərbə — 306 terrorçu öldürülüb Dunya “Zeytun budağı” əməliyyatından sonra Afrin ərazisini gündə 700-dən çox adam tərk edir — Suriyada vəziyyət gərginləşib “Zeytun budağı” əməliyyatından sonra Afrin ərazisini gündə 700-dən çox adam tərk edir — Suriyada vəziyyət gərginləşib Dunya "Zeytin budağı"nda 4-cü gün — Afrində yeni cəbhə açıldı - VİDEO / FOTO Dunya