23-02-2018, 10:49 Oxunub: 205

Porno izləmək sağlamlığa ziyanmış

Porno izləmək sağlamlığa ziyanmış














Porno izləmək milyonlarla insanın sevimli məşğuliyyətidir. Bu halın doğru və ya yalnış olmasını deyə bilmərik, lakin ABŞ-ın Florida ştatında qəbul edilən qərarlar bütün dünyada müzakirə mövzusuna çevrilib.
“Ölkə.Az” xəbər verir ki, müzakirələrdə tərəzinin bir gözündə silahlanma, digərində isə pornoqrafik videolar izləmək durub.

Floridada bir neçə gün bundan qabaq dəhşətli hadisə yaşanmışdı. Ştatdakı bir məktəbə hücum edən Nikolas Kruz adlı gənc 17 nəfəri öldürmüşdü.

Bu hadisədən dərhal sonra sağ qalan uşaqların ailələri silahların qadağan edilməsi barədə yerli orqanlara təzyiq göstərmişdi. Onlar, qanunla silah və sursatların qadağasını tələb etmişdilər. Bu qanun layihəsi 36-71 nisbətindəki səs azlığı ilə qəbul edilmədi. Əvəzində isə qalmaqallı bir qanun layihəsi məclisdə qəbul olundu.
Hücum silahlarını və 17 nəfərin ölməsini sosial təhlükə olaraq görməyən Florida parlamenti pornoqrafiyanın sosial sağlamlıq təhdidi olduğuna dair qanun hazırladı. “Uşaqlarımızı və gənclərimizi pornodan qorumalıyıq” başlıqlı qanun layihəsi geniş polemikaya səbəb olub.

Independent qəzeti isə belə bir açıqlama yayıb:
“Pornoqrafiyanın sağlamlığa təhdid olduğunu elan etməyə çalışaraq vaxtımızı mənasız yerə itiririk. Davamlı olaraq bu mövzuda iş görülür, lakin silahların qadağan edilməsi haqqında heç bir müzakirə eşitmirik. Bu çox təəssüfedicidir, cünki uşaqlarımızı pornoqrafiya yox, silahlar öldürür”.
ABŞ-da məktəbdə silahlı insident — 17 ölü, 50 yaralı (YENİLƏNİB) ABŞ-da məktəbdə silahlı insident — 17 ölü, 50 yaralı (YENİLƏNİB) Dunya Porno ulduzlar nə qədər qazanır? Porno ulduzlar nə qədər qazanır? Maraqli Bu ölkədə abort qadağan edilir - Qadınlar küçəyə axışdı Bu ölkədə abort qadağan edilir - Qadınlar küçəyə axışdı Dunya Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib Iqtisadiyyat Rusiyada pornoqrafiya qadağan edildi Rusiyada pornoqrafiya qadağan edildi Dunya