İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub — FOTO
Dunya
Oxunub: 508
26 fev 2018 | 09:38
İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub — FOTO














İstanbulun Bağçılar rayonu ərazisində Azərbaycan Dostluq Parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.
AZTB.info "APA"ya istinadən xəbər verir ki, parkın ərazisində ermənilərin törətdiyi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə abidə ucaldılıb. İstanbul metropol bələdiyyəsi, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğu və Bağçılar bələdiyyəsinin əməkdaşlığı və birgə fəaliyyəti nəticəsində açılan parkın ərazisi 0.33 hektardır.

Azərbaycan Dostluq Parkının açılması və Xocalı abidəsinin ucaldılması münasibəti ilə keçirilən mərasimdə çıxış edən Bağçılar bələdiyyə başqanı Lokman Çağrıcı abidənin təkcə Xocalı şəhidlərinin deyil, Türkiyə və Azərbaycanda həyatını itirən bütün şəhidlərin xatirəsini əbidləşdirdiyini vurğulayıb.

İstanbul metropol bələdiyyəsinin başqanı Mevlüt Uysal açılış mərasimindəki çıxışında Azərbaycanın Türkiyə üçün təkcə strateji dost və qardaş ölkə deyil, tale ölkəsi olduğunu deyib: ”Azərbaycan - bizimlə eyni coğrafiya deməkdir. Bölgədə cərəyan edən proseslər liderlərimizi və ölkələrimizi daha sıx əməkdaşlığa sövq edir. Xocalı abidəsi tarixi şüuru yaşatmaq və canlı saxlamaq məqsədi daşıyır. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, Qarabağ məsələsində biz də ən azı onlar qədər kədərlənir, əziz Vətən torpaqlarının işğaldan azad edilməsini istəyirik”.

Mərasimdə çıxış edən İstanbul valisi Vasip Şahin “Xocalı abidəsinin İstanbulun Bağçılar bölgəsində ucaldılmasından təbii bir şey ola bilməz”- deyib.
Azərbaycan Dostluq Parkının açılışı və Xocalı abidəsinin ucaldılması mərasiminin açılışında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə-Azərbaycan münasibətlərində maraq birliyinin durmadığını, iki ölkə arasındakı dostluğun-qardaşlığın təməlində tale birliyinin durduğunu vurğulayıb: "Əminəm ki, burada salınmış Türkiyə-Azərbaycan Dostluq Parkı gələcək nəsilləri də bir-birinə bağlayacaq və buraya gələn insanlara qardaşlığın əbədi olduğunu xatırladacaq”.

Əli Həsənov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl dediyi “Azərbaycanın yaşanan bu faciənin közü bizim də ürəyimizi odlayır”- sözlərini xatırladıb. “Biz türklər dünyada qan axıdılmasını istəmirik, biz dünyada qan axıdılmasının dayandırılmasını istəyirik. Burada ucaldılan Xocalı abidəsi də insanlara sülh, barışıq aşılayacaq. İstanbul meqapolisdir, buraya 100 milyonlarla insan gəlir. Onlar gəlib burada bizim etdiyimizin mahiyyətini anlayaraq türklərin nə qədər ulu, mötədil, nə qədər multikultural xalq olduğunu öz gözləriylə görəcəklər”- sözləri ilə çıxışını davam etdirən Əli Həsənov, imperializmin əməllərinə xidmət məqsədiylə ermənilərdən son 200 ildə necə istifadə edilməsinə və imperializmin o planları çərçivəsində türklərin öz tarixi yurdlarından didərgin salınmasına, ermənilərin həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasətinə dair faktlar sadalayıb.

“Nədən Türkiyəyə qarşı böhtan xarakterli qərarlar qəbul edən ölkələr 200 ildən çoxdur ki biz türklərə qarşı yapılan soyqırımlara və qətliamlara qiymət vermirlər?”- sualı ilə çıxışına davam edən Əli Həsənov, tarixi məsələləri obyektiv şəkildə araşdırmaq üçün dünya dövlətlərini öz arxivlərini açmağa çağıraraq, “Bizə dost kimi gələn- dost kimi qarşılanacaq, düşmən kimi gələn-düşmən kimi öz cavabını alacaq”- deyə vurğulayıb.

Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Dostluq Parkının lent kəsmə mərasimi olub. Daha sonra Əli Həsənov, Mevlüt Uysal və Vasip Şahin Azrbaycan Dostluq Parkında ucaldılan Xocalı abidəsini açıb və parkda ağac əkiblər.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb