11-03-2018, 13:02 Oxunub: 258

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır














ABŞ-da Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin komandası azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun Putinə çatdırdığı məktubu araşdırır.

AZTB.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post” sənədlə tanış olan bir neçə mənbəyə istinadla yazır. Həmin məktub Tramp tərəfindən 2013-cü ildə göndərilmişdi.

Qəzet qeyd edir ki, bu Trampın Rusiya prezidenti ilə birbaşa əlaqə qurmağa yönəlmiş ilk cəhdi olub. Həmin məktubda Tramp Putini Moskvada keçiriləcək "Dünya gözəli” yarışmasına dəvət edirdi. Ağalarov isə həmin yarışmanın təşkilatçısı idi. Həmin məktubun məzmunu barədə məlumat verilmir. Amma məlumdur ki, o vaxt Tramp Tvitter-də belə yazmışdı: "Necə düşünürsünüz, Putin Moskvada keçiriləcək "Kainat gözəli” müsabiqəsinə gələcək? Əgər gəlsə o mənim ən yaxşı dostum olacaq”.

Bildirilir ki, Putin əvvəlcə dəvəti qəbul edib, amma son anda yarışmaya qatılmayıb və Trampa "dost məktubu” göndərib. Trampın vəkili isə qəzetin informasiyasını "absurd” adlandırıb, bildirib ki, həmin məktubun məzmunu ilə tanış deyil.

Bundan əvvəl xüsusi prokuror Robert Müllerin 2017-ci ilin yanvarında, Trampın səlahiyyətlərinin icrasına başlaması ərəfəsində Seyşel adalarında onun nümayəndəsinin Kremlə yaxın nüfuzlu şəxslə gizli görüşünü araşdırdığını yazmışdı. Həmin görüşdə Trampın komandası ilə Rusiya arasında gizli əlaqə kanalının qurulması müzakirə olunub.

Bu arada Ağ evdəki mənbələr bildirir ki, Tramp Müllerlə əməkdaşlıq etməyə və onun suallarına cavab verməyə hazırdır. Bir şərtlə ki, xüsusi prokuror Rusiya təhqiqatını tez yekunlaşdırsın.
Seyşel adalarında gizli görüşün üstü açıldı -“The Washington Post”dan sensasion İDDİA Seyşel adalarında gizli görüşün üstü açıldı -“The Washington Post”dan sensasion İDDİA Dunya Tramp Putinə minnətçi düşdü Tramp Putinə minnətçi düşdü Dunya Tramp Putinə diplomatları ölkədən qovduğu üçün təşəkkür etdi Tramp Putinə diplomatları ölkədən qovduğu üçün təşəkkür etdi Dunya Prezidentin istefası qaçılmazdır: Rusiya ilə əlaqələr şübhə altındadır Prezidentin istefası qaçılmazdır: Rusiya ilə əlaqələr şübhə altındadır Dunya Araz Ağalarov: Araz Ağalarov: "Trampın nömrəsini heç kimə verə bilmərəm" - MÜSAHİBƏ Medeniyyet
XƏBƏR LENTİ
17:41 | Səfər Mehdiyev BDU-nun diplomunu NECƏ ƏLDƏ EDİB? - İLGİNC 17:18 | Masallı təhsilində acınacaqlı durum... - GİLEY 16:48 | Ağdamın icra başçısı narazılıq yaradır... - GİLEY 16:17 | Paşinyan Kremlə meydan oxudu: - “Bizimlə hamı hesablaşacaq!..” 15:46 | Özəl klinikalarda qəsdən vaxtından əvvəl keysəriyyə edirlər ki, günü 350 manatdan küvezə qoysunlar - Perinatal Mərkəzin direktorundan şok açıqlama 15:17 | Abel Məhərrəmovun qardaşının da içki biznesi ortaya çıxdı - Bahalı Avropa pivələri TƏKLİF EDİR — FOTOLAR 15:00 | Əli Əlirzayev: “Vaxtilə nazirlər məni qəbul edirdi, indi mühafizəçi belə görüşmür” 14:45 | AZƏRBAYCANDA KREDİT BORCLARI ONA GÖRƏ SİLİNMİR Kİ… – “Müharibə şəraitindəyik!” 14:15 | Sosial şəbəkədə canlı yayım edərək 16 yaşlı qızı zorladı - Məhkəmədən GÖZLƏNİLMƏZ QƏRAR 14:00 | Bakının mərkəzində NƏHƏNG PARK SALINIR - Bəzi yerləri ikimərtəbəlidir - FOTOLAR 13:46 | Çinli alimlərdən MÜKƏMMƏL TÖVSİYƏ: xəstəlikləri aradan qaldıran ƏN EFFEKTLİ ÜSUL 13:28 | Xalq borc içində, kredit bağışlanması gündəmdə: deputatlardan reaksiyalar 13:13 | Madrid səfərində olan deputatlar Abel Məhərrəmovla bağlı niyə susur? - Video 13:00 | Niyazi Bayramov ölüm işlərində adı çıxmış Əhmədovu gənc kadrın yerinə niyə qoydu? - Müdhiş araşdırma 12:50 | Novruz Məmmədovun adını hallandıran Masallı təhsil şefinə şok ittihamlar - Məktub...