22-03-2018, 17:44 Oxunub: 123

Ərdoğan Trampa çağırış edib

Ərdoğan Trampa çağırış edib
















Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın Menbic bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini bəyan edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan PYD/YPG terrorçularının və ABŞ əsgərlərinin Menbicdən çıxmayacağı barədə ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin bəyanatına sərt reaksiya verib.

Türkiyə prezidenti bildirib ki, ABŞ əsgərlərinin ümumiyyətlə, Menbicə olmağa haqqı yoxdur: ABŞ-ın əsgərlərinin Menbicdən çıxmayacağını bəyan edirlər. ABŞ-ın Menbicdən çıxmağı bir kənara, ABŞ-ın ümumiyyətlə, orada olmağa haqqı yoxdur? 11-12 min kilometrdən bura niyə gəlirsən? Bu torpaqlar sənindir? Bu torpaqlarla nə əlaqən var? ABŞ o torpaqlara PYD/YPG terrorçularını yerləşdirib, oradan ərəbləri qovdu. Türkiyə Menbic başda olmaqla, sərhədində terror təhdidi aradan qaldırılana qədər dayanmayacaq. Biz bu yola baş qoyduq. Kimin cəsarəti varsa, buyursun, meydana çıxsın. Mən artıq ABŞ prezidenti Donald Trampdan həddini aşan bu bəyanatların qarşısını kəsməsini gözləyirəm. Medianın kölgəsində verilən bəyanatlarla biz bu işi apara bilmərik".
Ərdoğandan ABŞ-a SƏRT CAVAB — Ərdoğandan ABŞ-a SƏRT CAVAB — "Terrorçulara verdiyiniz silahlar əlimizə keçir" Dunya Mövlud Çavuşoğlu: Mövlud Çavuşoğlu: "ABŞ terrorçuların dili ilə danışır" Dunya ABŞ-ı sərt tənqid edən Ərdoğan — “Fransaya səfər edəcəyəm” ABŞ-ı sərt tənqid edən Ərdoğan — “Fransaya səfər edəcəyəm” Dunya Ərdoğan: ABŞ-ın siyasəti bizi məyus etdi Ərdoğan: ABŞ-ın siyasəti bizi məyus etdi Dunya Ərdoğan: PKK-nın hücumlarının arxasında Gülənin təşkilatı durur Ərdoğan: PKK-nın hücumlarının arxasında Gülənin təşkilatı durur Dunya