Putin Suriyanı neftə satmadı
Dunya
Oxunub: 1 080
8 fev 2015 | 10:35
Putin Suriyanı neftə satmadı Səud rejimi Moskvanı necə şantaş edib?

Putin Suriyanı neftə satmadı. İslaminsesi.org-un verdiyi xəbərə görə, ötən ilin noyabr ayında Səudiyyə Ərəbistanı Rusiya prezidenti Vladimir Putinə Suriyaya dəstəkdən əl çəkməsi müqabilində neftin qiymətlərinin yüksəldilməsi təklifini etdiyi aşkarlanıb. Putin bu təklifi rədd edib.
ABŞ-ın istəyi ilə bütün gücünü Bəşər Əsədi devirməyə səfərbər edən Səudiyyə Ərəbistanının Rusiyaya təsir etmək üçün ciddi diplomatik cəhdlər etdiyi ortaya çıxdı.
ABŞ-ın "New York Times" qəzetinin məlumatına əsasən, Səudiyyə Ərəbistanı neft qiymətlərinin çökdüyü bir zamanda qlobal neft bazarlarındakı hakimiyyətindən istifadə edərək, Suriya prezidenti Bəşər Əsədə dəstəyini kəsmək barədə, böyük əks-səda yaradacaq bir təklif üçün Rusiya prezidentinin qapısını döyüb. Hər iki dövlətin son bir neçə ayda bu mövzuda bir neçə dəfə apardıqları müzakirələr isə nəticə verməyib.
Lakin qəzet, Səudiyyə rəsmilərinin danışıqlarda neft və Suriya məsələsi arasında necə bir əlaqə qurduğunun naməlum olduğunu yazıb.

Rusiya vecinə belə almadı

"New-York Times"-ın xəbərinə görə, noyabr ayında Moskvada səfərdə olan Səudiyyə Ərəbistanının nümayəndə heyəti üçün Suriya mövzusu başlıca məsələ olub. Səudiyyə belə bir təkliflə davamlı olaraq İrana da müraciət edir, lakin rəsmi Tehran tərəfindən də rədd edilir. Bu ölkənin xarici işlər naziri şahzadə Feysəllə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun görüşündən sonra Rusiya rəsmisi beynəlxalq siyasətin neft qiymətlərinin təyin olunmasına təsirinin yolverilməz olduğunu bildirdi. Lavrov "biz qiymətlərin neft bazarının tələbinə uyğun təyin olunmasını lazımlı hesab edirik. Siyasi və geosiyasi məqsədlərlə bazarın istiqamətləndirilməsinin əleyhinəyik", -dedi.
Ekspertlərin fikrincə, bu təklif neft bazarında son dövrlər yaşanan qarışıqlığın qlobal məsələlərin həllində bir silah kimi istifadə olunmasıdır. Halbuki, Səudiyyə Ərəbistanı daha əvvəllər söylədikləri rəsmi açıqlamalarda, neftin qiymətinin qlobal tələbə görə nizamlandığını bildirirdi. Dünya neft ehtiyatının 1/5-nə sahib olan Səudiyyə Ərəbistanı yaxın keçmişdə də neft qiymətlərinin təyin olunmasında mühüm rol oynayıb. Bu arada neft qiymərlərinin aşağı düşməsi bu ölkəyə də mənfi təsir edir, lakin illərlə yığılmış sərvəti və neft ehtiyatları ilə bu itkiləri kompensasiya edə bilirlər. Rejimin ölkənin xaricində aşağı riskli aktivlərə yatırılmış təxminən 733 mlrd. dollar sərvəti var. Amma bununla belə Səudiyyə Ərəbistanına da büdcəsinin tarazlıqda olması üçün neftin bir barrelinin qiymətinin 100 dollar olması lazımdır. Əgər qiymətlər bugünki səviyyədə qalarsa, 2015-ci ildə ölkə büdcəsi təxminən 39 mird. dollar itirəcək.

Putin boyun əymir

Rusiya Ukrayna, Krım və Suriya məsələlərində qarşısına çıxan bu cür şantajların heç birinə boyun əyməyib. Hələ 2013-cü ildə Rusiya mətbuatında yer alan məlumata görə, müharibə Moskvanın küçələrinə gəlib çatsa belə, Əsədi dəstəkləməkdən əl çəkməyəcəm,-deyən Putin tez-tez xarici təzyiqlərə boyun əyib ölkə siyasətini dəyişməkdənsə, iqtisadi çətinliklərə dözməyi üstün tutduğunu bildirib. O cümlədən, ABŞ və AB-ın Ukrayna məsələsində Moskvaya tətbiq etdikləri sanksiyalar da Putini geri addım atmağa məcbur edə bilmədi. Eyni zamanda, nə Rusiyanın büdcə gəlirlərinin yarısının qaynağı olan neftin qiymətinin 110 dollardan 48 dollara düşməsi, nə Ukrayna ilə bağlı sanksiyalar nə də, Əsədə dəstək məsələlərində Putin öz mövqeyindən çəkilmədi.
Moskvadan Əsədə mühüm dəstək
Rusiya Suriya böhranının başladığı 2011-ci ildən bəri Bəşər Əsəd hakimiyyətinə hərbi, hüquqi, iqtisadi və diplomatik dəstək verir. Bu ölkə BMT-nin Təhlükəsizlik Şurasında Əsədə qarşı çıxarılan bütün qərarlara veto qoyub. Rəsmi Moskva canlı qüvvədən tutmuş tanka qədər hər cür hərbi dəstəyini bu günədək davam etdirir. Hətta Suriya helikopterlərini və döyüş təyyarələrini rus texniki heyəti idarə edir.
Rusiyanın hərbi mütəxəssisləri Suriya ordusuna təlimlərini davam etdirir. Ekspertlər Rusiyanın dəstəyinin olmaması təqdirdə, Suriya ordusunun çökəcəyini bildirir.
Hərcənd ki, İran da Əsəd hökumətini hərbi və iqtisadi olaraq dəstəkləyir, lakin Rusiyanın hərbi himayəsi çox fərqlidir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO