Paşinyana Bakıdan gözlənilməz zərbə - qurduğu tələyə özü düşdü...
Dunya
Oxunub: 663
11 may 2018 | 15:15
Paşinyana Bakıdan gözlənilməz zərbə - qurduğu tələyə özü düşdü...















Xəbər verildiyi kimi, Associated Press, Agance France Press və bir qrup digər aparıcı media orqanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət edərək ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etmək üçün icazə istəmişdilər.

Musavat.com-un xəbərinə görə, Ermənistanın yeni baş naziri Paşinyan Yerevan meydanlarında yaşadığı populizmi Qarabağa da daşımaq istəyirdi. Amma beynəlxalq media bu addımı ilə Azərbaycanın qanunlarına, ərazi bütövlüyünə hörmətini nümayiş etdirdi. Azərbaycan tərəfi də ölkə qanunlarına hörmət əsasında media azadlığına hörmətini və dəstəyini bir daha nümayiş etdirmiş oldu.

Musavat.com -un rəsmi qaynaqlara istinadən əldə etdiyi məlumata görə, məlum hadisələr vaxtı İrəvanda olan BBC, CNN, Əl-Cəzirə, Wall Street Journal, Euroasia.net və digər media qurumları Paşinyanı müşayiət etmək üçün işğal olunmuş ərazilərə getməyəcəklərini Azərbaycan tərəfinə açıq bildirib. Başqa sözlə desək, getməyənlər getməyib, gedənlər isə Azərbaycanın razılığı ilə gediblər.

Paşinyanın Qarabağda keçirdiyi mətbuat konfransında onun qarşısına qoyulan mikrofonların sayından kimin Qarabağa gedib - getmədiyini müəyyən etmək çox asandı. Oradakı mikrofonların sanki hamısını elə erməni mediası təşkil edirdi.

Bizə görə, Azərbaycana qarşı informasiya savaşında Paşinyan ilk zərbəsini aldı. Bunun ardınca isə növbəti zərbə gəldi. Paşinyanın Qarabağda keçirdiyi mətbuat konfransında işğal olunmuş ərazilərə Azərbaycanın razılığı ilə səfər edən xarici jurnalistlərdən biri ona Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması barədə gedən danışıqlar barədə sual verdi. Bunu özünə qarşı provokasiya adlandıran Paşinyan özündən çıxaraq hətta qərb jurnalistini təhqir etməkdən belə çəkinmədi. Dünənə qədər özü jurnalist olan adam indi məmur qiyafəsində jurnalisti kobud cavabla təhdid etdi.

Ən maraqlısı isə Azərbaycanın icazəsi ilə işğal olunmuş ərazilərə səfər edən Associated Press agentliyinin müxbiri Davit Keytonun hazırladığı reportajdır. Nəzərə almaq lazımdır ki, AP -in hazırladığı reportajlar dünyanın bütün aparıcı media orqanları tərəfindən dərhal götürülür və istinadla yenidən çap edilir.

Davit Keyton Paşinyanın Qarabağa səfərini Azərbaycana qarşı provokasiya adlandırır. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə öz reportajında yer verərək, Ermənistanın yeni baş nazirinin ilk addım kimi ölkə əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək, siyasi təbliğata üstünlük verdiyini yazır.

Ən vacibi isə AP-in bütün dünyaya yayılan bu reportajında Ermənistanın Azərbaycana qarşı təcavüz törətdiyi qeyd olunur. Müəllif Azərbaycan XİN-ə istinadən yazır: “Azərbaycana qarşı birbaşa hərbi təcavüzün məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək prinsipini təhrif edir”.

Müəllif yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanın iqtisadi problemlərini şərtləndirir və bu kimi məsələlər də Paşinyanın tərəfdarları üçün əsas mövzudur. Münaqişəyə görə Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistanın xarici ticarətini məhdudlaşdırır və Ermənistan özünü yarıtəcrid vəziyyətinə salır.

Musavat.com -a görə, hasil olan nəticə odur ki, Paşinyan propoqanda məqsədilə Azərbaycana qarşı planlaşdırdığı tələyə özü düşdü.
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...