Üçüncü Dünya Müharibəsi başlaya bilər — DƏHŞƏTLİ ÖNCƏGÖRMƏLƏR
Dunya
Oxunub: 781
11 may 2018 | 19:58
Üçüncü Dünya Müharibəsi başlaya bilər — DƏHŞƏTLİ ÖNCƏGÖRMƏLƏR














Bir çox qədim kitablarda yazılan məlumatlar üçüncü dünya müharibəsi barədə məlumat verir. Suriya münaqişəsində onlarla ölkənin iştirakı artıq üçüncü dünya müharibəsinin ilk siqnalları kimi qəbul edilə bilər.
“Ölkə.Az” xəbər verir ki, üçüncü dünya müharibəsinin başlanması barədə 5 əlamət var.

Albert Eynşetyn ABŞ prezidenti Harri Trumenə 1945-ci ildə yazdığı məktubda deyirdi:

“Mən üçüncü dünya müharibəsinin hansı silahla aparılacağını bilmirəm. Amma bilirəm ki, dördüncü dünya müharibəsində daş və ağacdan istifadə ediləcək”.

Bu sözlər bütün dünyanı qorxuya salsa da, heç bir ölkə hərbi siyasətindən vaz keçmir.

Üçüncü dünya müharibəsini Donald Tramp başlayacaq

2017-ci ildə portuqaliyalı mistik və falçı Orasio Vilyeqas bu barədə məlumat verib. O, deyir ki, ABŞ, Rusiya, Şimali Koreya və Çinin iştirakı ilə nüvə müharibəsi 13 may tarixində başlayacaq və 13 oktyabra qədər davam edəcək. Ötən il ABŞ Suriyanı bombaladı. Bir çoxları 2017-ci ildən söhbət getdiyini düşünürdü. Bu il isə Fransa və Böyük Britaniya Suriyanı bombaladı. İndi isə bir çoxları 2018-ci ilin nəzərdə tutulduğunu düşünür.

Orasio hələ 2015-ci ildə Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gələcəyini demişdi. Bir çoxları bu dövrdə Hillari Klintonu dəstəkləyirdilər. Vilyegas eyni zamanda Trampı “ilüminatilərin kralı” adlandırıb.

Şiptonun öncəgörmələri

Şipton XVI əsrdə İngiltərənin kiçik kəndində yaşayıb. Onun anası Aqata Sauteyl cadugərliklə məşğul idi. Kənd sakinləri onun evinə İblisin qonaq gəldiyini deyirdilər. Bu ziyarətlərin birindən sonra Aqatanın qızı Ursula dünyaya gəldi. Ursula çox çirkin idi və uşaq vaxtı qeyri-adi qabiliyyətə malik idi. 16 yaşından öncəgörmələrini deməyə başladı.

Onun öncəgörmələrinin bir çoxu yerinə yetib. 1665-ci ilin vəba epidemiyası, İspaniya armadasının hücumu, VIII Henrixin ordusunun Normandiyaya hücumu və s.

Ursulanın öncəgörməsinə əsasən, dəhşətli müharibə Şərqdə başlayacaq və ABŞ əsas dağıdıcı güc olacaq:
“Müharibə türklər və bütpərəstlər yaşayan yerdə başlayacaq. Dəhşətli savaş milyonların ölümünə səbəb olacaq. Şimal Cənubdan ayrılacaq, qartalın aslan çənəsi olacaq və qan, müharibə hər evə qonaq gələcək. Sarı adamlar qüdrətli ayıdan güc alacaqlar, bu onlara kömək edəcək. Tiranlar dünyanı iki yerə bölə bilməyəcəklər və bu, böyük təhlükə kəsb edəcək. Qızdırma xəstəliyindən çox insan öləcək. Qara qurd özündən sonra az insanı sağ buraxacaq”.

Nostradamusun öncəgörmələri

Nostradamusun məsələ ilə bağlı 12 katreni var:
“Oraq çay ilə Oxatanda birləşəcək. Vəba, aclıq və ölüm yüzillikdə yenilənəcək. Böyük bədbəxtlikdən sonra bəşəriyyəti daha böyük təhlükə gözləyəcək. Yüzillik dövr yenilənəndə qan, süd, aclıq, müharibə və xəstəlik yağış kimi yağacaq. Səmada alov görünəcək. Arxasında quyruqlu qığılcım çıxacaq. Mabus tezliklə öləcək, sonra isə insanların və heyvanların dəhşətli istirabı başlayacaq. Kometa ötəndə susuzluq və aclıq başlayacaq”.

Vanqanın öncəgörmələri

Vanqa da XX əsrin məşhur falçılarından sayılır. O, üçüncü dünya müharibəsinə aid bir sıra öncəgörmələr yazıb. Vanqa boşalan Avropa, kimyəvi zəhərlənmədən bəhs edib.

“Bəşəriyyət bir çox kataklizma və dəhşətli hadisələr görəcək. Çətin vaxtlar olacaq. İnsanları inancları parçalayacaq. Qədim elmlər dünyaya gələcək. Bu nə vaxt olacaq? Hələ var, Suriya hələ məhv olmayıb. Apokalipsis gələcək. Yerin altından çıxan şər dünyanı dağıdacaq. Təkcə Rusiya xilas olacaq. Rusiyada su və sülh olacaq.

Roma Papasının sözləri

2014-cü ildə Roma Papası Fransisk bəyan etdi ki, artıq üçüncü dünya müharibəsi başlayıb. Bu vaxta qədər Papa bir neçə dəfə dünyanın müxtəlif hissələrində-İraq, Ukrayna, Suriya, Qəzza sektoru və Afrika ölkələrində silahlı münaqişələri başa çatdırmağa səsləmişdi.

2017-ci ildə isə Fransisk bəyan etdiyi ki, şirin su çatışmazlığı yeni dünya münaqişəsinə səbəb ola bilər:
“Su bəşəriyyətin xilası və gələcək nəsillərin yaşaması üçün vacibdir. Deyəsən biz suya görə böyük dünya müharibəsinə sürüklənirik
”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi