Rusiya müdafiəsi keçilməz deyilmiş: İsrailin avizərbələri Moskvaya ŞOK YAŞATDI - VİDEO
Dunya
Oxunub: 899
11 may 2018 | 21:17
Rusiya müdafiəsi keçilməz deyilmiş: İsrailin avizərbələri Moskvaya ŞOK YAŞATDI - VİDEO














Suriyada İsrail tərəfindən İranın mövqelərinə zərbələr zamanı Rusiya tərəfindən çatdırılan “Pansir-S1” zenit raket-top kompleksi məhv edilib.

Publika.az xəbər verir ki, videoçarx İsrail ordusunun tvitter səhifəsində yerləşdirilib.

“Spike NLOS” raketində yerləşdirilən kamera ilə çəkilmiş videoda raketin kompleksə yaxınlaşması anı və onun məhv etməsi görünür.

“Suriyada İranın hərbi obyektlərinə genişmiqyaslı hücum çərçivəsində SA22 (SA22 NATO-nun kod sistemində “Pansir-S1” kompleksinə verilən adder –red.) məhv edilib”, - xəbərdə deyilir.

Qeyd edək ki, “Pansir-S1” kiçik fəaliyyət radiusuna malik, tırtıllı-şassi, təkərli-yük avtomobil şassisi üzərində yerləşdirilən qoşqu və ya stasionar quraşdırılan zenith raket-top kompleksidir. İdarəetmə iki və ya üç operator tərəfindən həyata keçirilir. Hava hücumundan müdafiə, radiolokasiya ilə izlənilən və infrqırmızı radiokomanda ilə tuşlanan, idarə olunan raketlər və avtomatik toplarla təmin edilir. Kompleks, kiçik ölçülü obyektlərin hava hücumu vasitələrindən (istər pilotla idarə olunan, istərsə də pilotsuz) müdafiəsi üçün təyin olunub. Bundan əlavə, kompleks yüngül zirehli yerüstü hədəflərlə, həmçinin düşmənin canlı qüvvəsi ilə mübarizə aparmağa qadirdir. Kompleks mülki və hərbi obyektlərin (taqım-briqada səviyyəli) və ya S-300/ S-400 tipli böyük radiuslu zenit-raket komplekslərinin qorunması üçün təyin edilib. Hava hədəflərinə helikopterlər, PUA-lar, qanadlı raketlər və yüksəksərrast aviabombalar, hətta əksetdirici sahəsi 2-3 sm2 və sürəti 1000 m/s olan, uçuş uzaqlığı 20 min metr və uçuş yüksəkliyi 15 min metr təşkil edən uçan aparatlar daxildir. Modul prinsipi sistemi istənilən şassi üzərində, o cümlədən tırtıllı şassi üzərində yerləşdirilməyə imkan verir.

Kompleks Rusiya ordusunun etibar etdiyi ən müasir silahlardan biri hesab olunur.

Xatırladaq ki, İsrail ötən gecə Suriyada İranın onlarla hərbi obyektinə zərbə endirib. Zərbələrin cavab xarakteri daşıdığı bildirilir. İsrailin Müdafiə Nazirliyinin məlumatına görə, İranın “Qüds” briqadasına aid Dəməşqin şimalında yerləşən hərbi düşərgəsi, müşahidə məntəqəsi, həmçinin digər mövqeləri bombardman edilib.

İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Suriyadakı bütün infrastrukturun bombalandığını bildirib.

“Ümid edirəm ki, bu hissə başa çatıb”, - nazir deyib.

Liberman İranın atdığı heç bir raketin İsrailin nəzarəti altında olan ərazilərə düşmədiyini vurğulayıb.

Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ