Erməni lobbisi ABŞ-da Azərbaycan tolerantlığına həsr olunan tədbirin keçirilməsinə mane olmaq istəyib - FOTOLAR
Dunya
Oxunub: 625
18 may 2018 | 18:22
Erməni lobbisi ABŞ-da Azərbaycan tolerantlığına həsr olunan tədbirin keçirilməsinə mane olmaq istəyib - FOTOLAR
















San Fransisko şəhərində yerləşən, ABŞ-ın ən qədim qurumlarından olan “Commonwealth Club” təşkilatında Azərbaycanın multikulturalizm, dinlərarası harmoniya və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Konsulluqdan APA-ya verilən məlumata görə, tədbir Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində baş tutub.

San Fransisko və ətraf rayonlarda fəaliyyət göstərən Birləşmiş Dinlər Təşəbbüsü, Kontra Kosta Vilayəti Dinlərarası Şurası, Presidio Dinlərarası Şurası, Marin Vilayəti Dinlərarası Şurası və Silikon Vadisi Dinlərarası Şurası kimi tanınmış təşkilatlar tədbirin təşkilində tərəfdaş kimi çıxış ediblər.

Tədbirdə yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər. Çıxışlardan öncə Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən, DQİDK tərəfindən çəkilmiş qısa film nümayiş etdirilib. Tədbir iştirakçıları həmçinin Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Amerika Yəhudi Komitəsinin (AYK) San Fransisko nümayəndəliyinin direktoru Matt Kahn və AYK-nin Şimali Kaliforniya üzrə regional direktoru Ravvin Serena Eisenberg tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən bu önəmli tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə ediblər. Natiqlər AYK ilə Azərbaycan arasında sıx dostluq əlaqələrinin qurulduğunu və hər il AYK rəhbərliyinin ölkəmizə səfər etdiyini qeyd ediblər.

Sonra Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanda müxtəlif dinlərə məxsus çoxlu sayda ibadət evlərinin sərbəst fəaliyyət göstərdiyini qeyd edən M.Qurbanlı ölkəmizdə yaşayan dini icmalara dövlət qayğısından danışıb. Natiq, Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm və tolerantlığı Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəltdiyini diqqətə çatdırıb.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Amerika Yəhudi Komitəsi ilə Kaliforniyada yaradılmış möhkəm dostluq münasibətlərinin böyük önəm daşıdığını və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib. Diplomat, tədbirin keçirildiyi məkanın da əlamətdar yer olduğunu, ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə məhz “Commonwealth Club” təşkilatında etdiyi çıxış zamanı Azərbaycan barədə müsbət fikirlərini bölüşdüyünü qeyd edib.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, ölkəmizdə uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.

Nümayəndə heyətinin üzvləri tədbir iştirakçıları və media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, radikal daşnak erməni lobbi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) San Fransisko bölməsi tədbirin keçirilməsinin qarşısını almaq üçün müxtəlif vasitələrlə səylər göstərsə də, buna nail ola bilməyib. Bu zaman, ANCA tədbirə nümayəndələrini göndərərək, Azərbaycan haqda yalan məlumatların əks olunduğu vərəqələr yaymağa cəhdlər göstərib. Bunun da qarşısı alındıqdan sonra, erməni lobbisi təmsilçiləri tədbirin gedişinə mane olmağa çalışaraq, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən təxribat xarakterli suallar veriblər. Cavab olaraq, DQİDK-in sədri M.Qurbanlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan çox soydaşımızın didərgin salınması, bu münaqişənin dinlərarası münaqişə olmamasını qeyd edərək, BMT TŞ-nin müvafiq qətnamələrinin nə üçün indiyədək Ermənistan tərəfindən icra olunmamasını sorğu edib. Öz təxribat niyyətlərini həyata keçirə bilməyən və digər tədbir iştirakçılarının da etirazı ilə üzləşən erməni lobbiçiləri rüsvayçılıqla tədbiri tərk ediblər.

Erməni lobbisi ABŞ-da Azərbaycan tolerantlığına həsr olunan tədbirin keçirilməsinə mane olmaq istəyib - FOTOLARErməni lobbisi ABŞ-da Azərbaycan tolerantlığına həsr olunan tədbirin keçirilməsinə mane olmaq istəyib - FOTOLARErməni lobbisi ABŞ-da Azərbaycan tolerantlığına həsr olunan tədbirin keçirilməsinə mane olmaq istəyib - FOTOLARErməni lobbisi ABŞ-da Azərbaycan tolerantlığına həsr olunan tədbirin keçirilməsinə mane olmaq istəyib - FOTOLARErməni lobbisi ABŞ-da Azərbaycan tolerantlığına həsr olunan tədbirin keçirilməsinə mane olmaq istəyib - FOTOLAR
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ