Bosniya və Herseqovina təhlükədə: Serb millətçiləri Putinə və... Trampa güvənirlər
Dunya
Oxunub: 588
27 may 2018 | 15:51
Bosniya və Herseqovina təhlükədə: Serb millətçiləri Putinə və... Trampa güvənirlər















23 il ərzində BMT öz ali nümayəndəsinin köməyi ilə Bosniya və Herseqovinaya nəzarət edir. Nümayəndəlik sayəsində beynəlxalq birlik bu çoxmillətli ölkəni etnik düşmənçiliklə bağlı yarana biləcək fəlakətlərdən qorumaq üçün cəhdlər göstərir.

BMT-nin Bosniya və Herseqovinadakı hazırkı nümayəndəsi Valentin İnjkodur.

Sayca 7-ci təmsilçisi olan V.İnjko Kanadanın “The Globe and Mail” qəzetinə verdiyi müsahibədə illərdir ölkədə qurulan sülhün gündən günə əridiyini, sabitliyin azaldığını əndişə ilə qeyd edib.

Valentin İnjko günahı Bosniya və Herseqovinanın tərkibindəki muxtar qurum sayılan tanınmamış “Serb respublikası”nın (Serbiya ilə qarışdırılmamalıdır-red.) prezidenti Milodrad Dodiki görür.

“Bu adam Bosniya müsəlmanlarının etnik təmizləməsini həyata keçirən Radovan Karaciç və Ratko Mladiç kimi cinayətkarları milli qəhrəman kimi təqdim edir. Üstəlik, öz polisini silahlandırmaq üçün Rusiyadan 2,5 min avtomat alıb”, - məqalə müəllifi Mark Makinnon yazır.

Müəllif Bosniya serblərinin öz niyyətlərin heç gizlətmədiyini bildirir:
“Prezident Dodik açıq şəkildə “Serb respublikası” üçün ordu qurulmasından danışır. O, 6 min polisinin əlində 6 min avtomat görmək istəyir”.

Bundan başqa, M.Dodik “Serb respublikası”nın müstəqilliyi haqqında referendum keçirəcəyini vəd edir. Yazıda Bosniya serblərinin 1992-ci ildə müstəqilliklərini elan etdikləri zaman bölgədə 100 mindən çox insanın həlak olduğu xatırladılır. Serb faşistlərinin törətdiyi cinayətlər isə beynəlxalq hüquq tarixinə etnik təmizləmə kimi düşüb.

Jurnalist Milodrad Dodikin də fikirlərini öyrənib.

M.Dodik əvvəlcə 2,5 min avtomatın ölkənin sabitliyini poza biləcəyi fərziyyəsinə güldüyünü söyləyib. Daha sonra o, BMT nümayəndəsini öz vəzifəsini qorumaq və 6 rəqəmli maaşından ötrü Bosniya serblərini qaralamqda günahlandırıb. O, hətta “The Globe and Mail”in müxbirinə müsahibəni bir şərtlə davam etdirməyə icazə verib ki, onun “İnjko müsəlmanların hüquqlarını müdafiə edən axmaqdır” sözləri mütləq qeydə alınsın.

Milodrad Dodik referendumun hansı vaxtda keçiriləcəyini deməyib. Lakin o, hər yerdə Vladimir Putinlə olan yaxın münasibətləri ilə öyünür. Dodikin fikrincə, beynəlxalq gündəmi Vladimir Putin və .. “xüsusilə heyran olduğu” Donald Tramp müəyyən etdiyi bu dövrlərdə Bosniya serblərinin müstəqilliyi üçün şansdır.

“Tramp və Putin böyük adamlardır. Fikirləşirəm ki, əgər onlar sərbəst şəkildə dünyanı yenidən qursalar, bu, ancaq sabtliyə xidmət edər. Mən hansısa zorakılığın əleyhinəyəm. Lakin bir şeyə əminəm ki, Bosniya və Herseqovina dağılana qədər mövcud olacaq. Bosniyada yeganə fəaliyyət göstərə biləcək qurum Serb respublikasıdır”, - M.Dodik jurnalist Makinnona deyib.

“The Globe and Mail” müxbiri bölgədəki kövrək tarazlığın Kosovonun Serbiyadan ayrılmasından sonra dəyişdiyini qeyd edib.
“Bölgədəki sülh “şirin kökə”lərin, yəni Avropa Birliyinə mümkün üzvlüyün və “qamçı”nın, yəni ABŞ ordusunun köməyi ilə birtəhər qorunub saxlanırdı. Lakin Avropa Bilriyi “Breksit”dən sonra daxili parçalanma və qaçqınlar problemi ilə üz-üzədir.

Ona görə “kökə”nin ardının gəlib-gəlməyəcəyi hələ bəlli deyil. Tramp isə çıxışlarında heç Balkanların adını da çəkmir. Bu da “qamçı”nın da getdiyinə işarədir. Yaranan boşluğu Serbiya ilə həmişə yaxın münasibətlərdə olan Rusiya və bölgədəki müsəlmanlara onların vaxtilə Osmanlı imperiyasının tərkibində olmasını xatırladan Türkiyə doldurur”,- məqalədə yazılıb.
Lakn Türkiyədən fərqli olaraq Rusiya olduqca fəal və dağıdıcı fəaliyyət göstərir.

Kreml keçən əsrin 90-cı illərindən bu yana serb quldur dəstələrini dəstəkləyir. “Vətənin şərəfi” adlı millətçi qrupun lideri

Branislav Okuka qruplarında keçmiş Yuqoslaviya ordusunun 17 min zabitini olduğunu deyir.

Belqradda yaşayan hərbi analitik Aleksandr Radiç bu cür qrupları Rusiyanın xüsusi əməliyyatlarının tərkib hissəsi sayır.

Onun sözlərinə görə, əgər Serbiya və Kosovo razılığa gəlsə və Bosniya serbləri ölkədəki durumlarından məmnun hala gətirilsələr, Moskvanın bölgədəki nüfuzu azalacaq: “Rusiya üçün bu Avropa Birliyinə həqiqi zərbə endirmək üçün son şansdır. Rusiyanın əməliyyat üçün olduqca az vaxtı qalıb”.

Belqradda fəaliyyət göstərən “Etnik münasibətlər üzrə forum”un prezidenti Duşan Yaniç həm Kosovonun, həm də Bosniya və Herseqovinanın Ukraynadakı kimi münaqişəyə cəlb oluna biləcəyini söyləyib.

“Ukraynada Rusiyanın tərəfində yüzlərlə serb silahlısı vuruşub. Bütün bunlar rusların eyni taktikanı Kosovonun şimalında serblərin yaşadığı ərazilərdə, habelə “Serb respublikası”nda həyata keçirəcəyi təhdidini yaradır. Əsas model isə Donbasdır”, - Yaniç bildirib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO