Xəstəlik əmələ gətirən “Rolton” – Bəd xassəli şişlər, yüksək qan təzyiqi
Dunya
Oxunub: 691
3 in 2018 | 22:16
Xəstəlik əmələ gətirən “Rolton” – Bəd xassəli şişlər, yüksək qan təzyiqi













Tələbələr, ailəsindən uzaqda yaşayanlar və ya sadəcə yemək bişirməyə tənbəllik edənlərin dadına hər kəsin “Rolton” adlandırdığı hazır əriştə yeməkləri çatır.

Qiyməti də olduqca münasib olan (40 qəpiklə 2 manat arası) hazır əriştələr içərisindəki sousların sayəsində, ədviyalı tamı ilə lap cəlb edici gəlir. İştahaçan qoxusu hazır əriştələri uşaqların da sevimlisinə çevirib. Hətta quru əriştəni yeyən məktəbliləri də az görməmişik.

Ancaq belə dadlı, aromalı, qaynar su tökəndə 5 dəqiqəyə hazır olan və içindəki məhsulların hamısı süni olan qida təbii ki, zərərsiz ola bilməz. Əvvəlcə əsl adı remen olan bu əriştələrin tarixinə nəzər salaq.

Qızardılmış əriştələri suda isladıb yeməyi çinlilər düşünüb. Onlar bu yeməyi küçədə ayaq üstdə yeyilən xörək kimi satmağa başlayıblar. Əslində bu adi xəmirdən hazırlanmış və demək olar qəhvəyi rəngə çalana qədər qızardılmış kiçik parçalar idi.

Çin-Yaponiya müharibəsi vaxtı bu yemək yaponların da diqqətini cəlb edib. Çünki bu tez və ucuz başa gələn yeməklə əsgərlərin qarnını doyurmaq mümkün idi. Artıq İkinci Dünya Müharibəsindən sonra yaponlarda ciddi ərzaq çatışmazlığı yarandı. Bu zaman Ando Momofuku adlı biznesmen anasının onların böyük ailəsini belə əldə düzəldilmiş əriştə ilə necə doyurduğunu xatırladı. Və beləcə o, ilk dəfə tez hazırlanan əriştə istehsal edən zavod tikdirdi. Bu ideya koreyalıların da xoşuna gəldi. Bu qidanın daha ucuz qiymətə başa gəlməsi üçün onun üzərində bəzi yeniliklər etdilər.

1994-cü ildə koreyalılar bu əriştələri Rusiyaya gətiriblər. Hələ də həmin məhsulların zavodunda koreyalılar çalışır. Hazırda dünyada hazır əriştələrin əsas istehsalçısı və ixrac edəni Rusiyadır.

Ölkəmizə də Rusiyadan gətirilən “Rolton”, “BigBon” hazır əriştələrinin içərisində onu ağız dadımıza uyğun edəcək hər şey var:

Əriştə – üçün ən aşağı keyfiyyətli buğda götürülür. O, son dərəcə narın üyüdülür və ondan boz rəngli toz alınır. Həmin boz rəngli una premiks — biokimyəvi mineral qatqı əlavə edilir. Ora həmçinin turşusu, fermentlər (enzimlər), dadlandırıcı və ətirləndirici süni əlavələr, kimyəvi terapevtik preparatlar qatılır. Bura əsas komponent — qalınlaşdırıcı emulqator da əlavə edilir ki, xəmir sıxlaşsın.
Əriştəyə yumurtalı makarona bənzəyən gözəl görünüş vermək üçün ora E-150 boyasını da əlavə edirlər. Adlandırmada “E” hərfi ilə qeyd edilən komponentlərin də orqanizmdə bəd xassəli şişlərin yaranmasında təsiri olduğu çoxlarına məlumdur.

Əriştənin özünün əsas tərkibi kəskin dadı olan natrium qlütamatdır. Bu isə özü-özlüyündə narkotikdir. Əriştənin özü adı halda dadsız və bərkdir. Məhz qlütamat sayəsində o dada gəlir və uşaqlar bu səbəbdən onu quru-quru yeməyi xoşlayırlar.



Britaniya alimləri artıq sübut ediblər ki, bir pay bu əriştədən yeyəndən sonra insanın əhval-ruhiyyəsi yüksəlir, ürəyin döyüntüsü yaxşılaşır, eyforiya baş verir. Bunlar isə yüngül narkotiklərin tipik əlamətləridir. Sonra isə adam o əriştələri təkrar-təkrar yemək istəyir. “Fast-food”-lar da eyni prinsiplə işləyirlər. Natrium qlütamat insanda asılılıq yaradır.

Qurudulmuş tərəvəzlər – Paketlənmiş göyərti, qarğıdalı, noxud kimyəvi üsullarla qurudulur və onlardan heç bir halda təbii dadını almaq mümkün deyil.
Souslar – Şorbaya o gözəl qoxunu, dadı verən sousların tərkibində qlutamat sodium mövcuddur. Bu maddə dilimizdə yerləşən dadbilmə reseptorlarının həssaslığını artırır. Qlutamat sodium təbiətdə mövcud olsa da, heç bir xeyri yoxdur. Toz halında və ya daha maye qatı şəklində olan şorba əlavələri süni qatqı maddələri ilə doludur. Bu maddələr mədə yanmasına, qastrit və mədə xorasına səbəb olur.
Ümumiyyətlə “Rolton” gec həzm olunur. Bu qidanın qəbulundan 2 saat sonra belə mədədə heç bir proses baş vermir. Həzminə saatlar lazım olan əriştədə həzm sistemi üçün vacib olan liflər demək olar ki, yoxdur. Nəticə olaraq qida mədədə xarab ola bilər ki, bu da insulin istehsalına və qanda şəkərin miqdarına ciddi təsir göstərir.

Xüsusilə qadınlarda maddələr mübadiləsinə ciddi təsir göstərən “Ramen” əriştəsi piylənməyə, şəkər xəstəliyinə, yüksək qan təzyiqinə və kardioloji problemlərə səbəb ola bilər. Hamilə qadınların istifadə etməsi isə heç tövsiyə olunmur.



Bir də paketin içində bir dəfəlik istifadə üçün çəngəl yer alır ki, bu da səfər zamanı çox insanın “Rolton”-a üz tutmasını təmin edir.
Azərbaycan bazarında özünə yaxşı yer etmiş “Rolton”, “BigBon”, “BigLanç” kimi məhsullar “Avrora” şirkətinin tərəfdaşlığı ilə gətirilir. Təbii ki, bütün “Fast-food”-lar zərərlidir. Bu səbəbdən oxşar tip qidalardan uzaq durmaq, cibimizin pulu ilə özümüzü zəhərləməmək lazımdır.

Burada digər problem budur ki, məhsulların üzərində Azərbaycan dilində məlumatın yoxluğudur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən istehlakçıların malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmə hüququ var və ixrac mallarının üzərinə Azərbaycan dilində vərəqə vurulmalıdır.

“Dövlət dili haqqında” qanunda da qeyd edilib ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO