Kremlin ideoloqu kartı açdı – aranı qatan “boz kardinal”...
Dunya
Oxunub: 678
6 in 2018 | 21:58
Kremlin ideoloqu kartı açdı – aranı qatan “boz kardinal”...
















Ötən həftə tanınmış rusiyalı telejurnalist və analitik, Dağlıq Qarabağ məsələsində obyektivliyi ilə seçilən Maksim Şevçenko maraqlı bir açıqlama verdi. Analitik Suriyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı qurumların “müstəqilliyini” tanımasını bilavasitə Rusiya XİN-də kök salmış erməni lobbisinin üzərinə qoydu, özfəaliyyət olduğunu dedi. Bu işin başında Rusiyadakı ermənilərin “boz kardinalı” sayılan xarici işlər naziri Sergey Lavrovun dayandığını xüsusi vurğuladı.

Onun qənaətincə, həmin lobbi Rusiya ilə Gürcüstan arasında hər hansı yaxınlaşmada maraqlı deyil və bu yolla regionda Ermənistanın Kremldən ötrü əvəzedilməz rolunu saxlamağa çalışır. Əvəzolunmaz Ermənistana isə Moskvanı şantaj eləmək daha asandır. Bundan əlavə, iki separatçı qurumun qəfildən Suriya tərəfindən tanınması nə vaxtsa eyni avantüranın Dağlıq Qarabağdakı separatçı rejimə münasibətdə də istifadə oluna biləcəyi riski yaradır. Başqa sözlə, Rusiya XİN-dəki məlum qruplaşma bu yöndə də Kremlin siyasi iradəsi ziddinə hansısa addımlar ata bilər...

*****

Bu günlərdə isə məlum oldu ki, Moskvada jurnalistlər üçün ənənəvi brifinqdə “Trend”in əməkdaşının Rusiya XİN katibinə erməni baş nazir Nikol Paşinyanla bağlı verdiyi sualın cavabı nazirliyin sayında yerləşdirilmiş stenoqramda tam təhrif edilib: Paşinyanın ünvanına səslənmiş tənqidi fikir azərbaycanlı jurnalistin adına “yazılıb”. Çünki cavab erməni maraqlarına uyğun deyildi.

Azərbaycan tərəfi bu biabırçı hərəkətə artıq XİN səviyyəsində sərt reaksiya verib. Qarşı tərəfdən isə hələ də adekvat və məntiqli cavab yoxdur. Nə söyləsinlər? Mətbuat konfransının videosu durur, stenoqram durur. Əlbəttə ki, “yuxarıdan” - nazirliyin rəhbərliyindən göstəriş olmasaydı, belə bir Gebbelssayağı erməni yalanına gedilməzdi.

Bütün bu işlərin başında isə Rusiyanın erməni kökənli baş diplomatı Sergey Lavrovun (Klantarov) durduğuna şübhə yoxdur. “Yeni Müsavat” xatırladır ki, hələ ötən ilin yayında prezident İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə məhz Sergey Lavrova işarə vuraraq, “Rusiyada Azərbaycanla münasibətləri korlamağa çalışan qüvvələr var” demişdi.

Belə görünür ki, bu qüvvələr, xüsusən də Rusiya XİN-də kök salmış erməni kökənlilər ötən müddətdə öz dayaqlarını nəinki qoruyub saxlayıb, hətta S.Lavrovun təzədən xarici işlər naziri təyin edilməsi ilə bir az da möhkəmlədiblər.

*****

Məsələyə Rusiyadan digər bir politoloji baxış da diqqət çəkir.

“Əlbəttə, Rusiya böyük ölkədir. Lakin siyasi və geosiyasi strategiya sona qədər müəyyənləşdirilməyib. Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir ayrılıqları mövcuddur. Buna misal kimi, elitada Avrasiya meylli şəxslərlə Qərb meylli şəxslərin qarşıdurmasını göstərmək olar”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri virtualaz.org-a müsahibəsində rusiyalı tanınmış politoloq, avrasiyaçı, Kremlin ideoloqlarından sayılan Aleksandr Duqin Rusiya XİN rəsmisinin Paşinyanın Qarabağla bağlı söylədiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun saytda dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edərkən bildirib.

“Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur! Moskvada bir çox məsələlər üzrə ümumi mövqe yoxdur. Bircə Krım istisnadır” - o vurğulayıb.

Ekspertin fikrincə, buna təəccüblənmək lazım deyil, reallıq belədir: “Bu günlərdə rusiyalı jurnalist və analitik Maksim Şevçenko ”Exo Moskvı" radiostansiyasının efirində bildirdi ki, Sergey Lavrov Rusiyada əsas erməni lobbiçisidir. Ola bilsin ki, bu şişirdilmiş ifadədir, lakin Şevçenkonun bu cür kəskin ümumiləşdirmələri bəzən hədəfi vurur. Düşünürəm ki, Lavrov ifadələrini dövlət başçısı ilə razılaşdırır. Bir diplomat kimi o, kəskin bucaqları hamarlaya bilər, lakin çətin ki, öz xəttini yeridə bilsin. Bir daha təkrarlayıram ki, Rusiyada güclü erməni lobbisi var, Azərbaycanınkı isə yoxdur", - ekspert bildirib.

Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində gözləntilərlə bağlı isə Duqin bunu deyib: “Yaranmış vəziyyətdə Azərbaycanın, Rusiyanın və Ermənistanın yeni rəhbərliyinin nə etməli olduğunu bilmirəm. Moskva hazırda münaqişənin həlli variantları ilə bağlı çaşqınlıq içindədir”.

*****

Duqinin yuxarıdakı fikirlərinin bir çoxu ilə razılaşmamaq mümkünsüzdür. O cümlədən onun “Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur” sözləri diqqət çəkir. Belə bir göstəriş həqiqətən Kremldən gəlir. Demək, Lavrov və dəstəsi son insidentlərlə faktiki şəkildə Rusiya liderinin Güney Qafqazla bağlı xarici siyasət kursunu sabotaj eləməklə məşğuldur. Kremlin ideoloqu bununla həm də İlham Əliyevin Soçidə söylədiyi məlum fikri təsdiqləmiş oldu, “kartı” açdı.

Aydındır ki, Ermənistanda çevrilişlə hakimiyyətə gələn və Ermənistanı Rusiya ağuşundan çıxarmaq niyyətini gizlədə bilməyən Nikol Paşinyan Rusiya XİN-dəki ermənilərin xidmətindən yararlanmağa çalışacaq. Necə? İstisna deyil ki, həmin qruplaşma Paşinyanla Putin arasında bir növ “bufer” rolu oynamağa, Moskvanın İrəvana qəzəbini yumşaltmağa səy edəcək. Paralel surətdə yeni dönəmdə Rusiya üçün Azərbaycanın artan geosiyasi önəmini nəzərə alıb, Bakı-Moskva əlaqələrinə qarşı yeni “sualtı daşlar” düzəcək...
“Yeni Müsavat”
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”