Rusiya mətbuatı: “Azərbaycan ordusu Ermənistan sərhədinə yaxınlaşır, Qarabağda isə inqilab yetişir”
Dunya
Oxunub: 719
7 in 2018 | 11:10
Rusiya mətbuatı: “Azərbaycan ordusu Ermənistan sərhədinə yaxınlaşır, Qarabağda isə inqilab yetişir”















Azərbaycan ordusunun Naxçıvan istiqamətində bir neçə yüksəkliyi azad edərək erməni kəndlərinə və Gorus-Laçın yoluna nəzarət etməsi Rusiya mətbuatının diqqətindən yayınmayıb.
Nüfuzlu “Rosbalt” nəşriyyatı “Azərbaycan ordusu Ermənistanla sərhədə yaxınlaşır, Qarabağda isə inqilab yetişir. Sülh şansı əriyir. Deyirlər ki, bunun günahkarı Rusiyanın XİN rəhbəri Lavrovdur” sərlövhəli məqalə dərc edib.

Bakıda və Yerevanda Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsi barədə danışıqlar səngimir. Azərbaycan ordusu 1992-ci ildən ermənilərin nəzarətində olan bir sıra yüksəklikləri azad edib. Nəticədə Bakı Yerevan-Gorus-Laçın yoluna nəzarəti ələ keçirib.

Ermənilər isə bildirir ki, Azərbaycan ordusunun bu həmləsi güc balansını dəyişir. Amma bununla yanaşı, erməni cəmiyyətini aldatmaq üçün “Əsas yüksəkliklər ermənilərdədir” yalanı uydurulub. Ermənilər buna inanırmı? Çünki 2016-cı ilin aprel döyüşlərində Ermənistan işğal etdiyi torpaqların bir hissəsini itirdi.

Rus mətbuatının fikrinə görə, hazırda münaqişə zonasında baş verənlər bunu deməyə əsas verir ki, Azərbaycan addım-addım itirdiyi torpaqları özünə qaytarır. Ermənistanda isə dondurulmuş münaqişənin həlli barədə heç bir addım atılmır.
Nikol Paşinyan isə danışıqlar formatında dəyişiklik tələb edir, separatçı rejimi tərəf kimi göstərir. Təbii ki, Bakı buna razılaşmır və heç vaxt da razılaşmaz. Bütün bunlar isə danışıqlar prosesinə ciddi ziyan vurur.

Belə bir fonda isə Qarabağda inqilab cücərtiləri yaşarır. Xankəndində mitinq iştirakçıları yolları tutur, güc strukturlarının istefasını tələb edir.
Ermənilər gözəl başa düşürlər ki, belə bir vəziyyət çox ciddi fəsadlara səbəb ola bilər. Hətta bütün ermənilərin katalikosu İkinci Qaregin də bu barədə danışıb.
Levon Ter-Petrosyan da mitinqlərin faciəyə səbəb olacağını bildirib.
Paşinyan isə sərsəm bəyanatlarla kifayətlənir. O, kimə ümid edir? Moskva artıq Ermənistanın yeni nazirlər kabinetini bilir. Paşinyan isə Rusiyanı qərb meylli olmamağına inandıra bilməyəcək. Çünki Sorosun qulaqları hər kabinetdə sallanıb. Belə halda Moskva kimə etibar edəcək? Paşinyana yoxsa Əliyevə?

Belə halda təbii ki, Moskva Əliyevə inanacaq və etibar edəcək. Amma Rusiyada bunu istəməyən qüvvələr də var və Azərbaycanla Rusiyanın arasını vurmağa çalışacaqlar. Artıq bəzi analitiklərin gurultulu bəyanatları səsləndirilir. Çünki Rusiyanın xarici işlər nazirliyində güclü erməni lobbisi var.

Bakı əvvəldən də substantiv danışıqlara hazır olduğunu bildirmişdi. Belə danışıqlarda şərt isə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması və qaçqınların evlərinə qayıtması olub. Amma Yerevana bu sərf eləmir. Amma hansı üzlə? Hansı şərtlə? Ermənilər tez-tez bildirirlər ki, Qarabağın müstəqilliyini tanıya bilərlər. Bu hərəkət isə Azərbaycanı daha da qıcıqlandıra bilər və müharibə səbəbi ola bilər. Sarkisyan bunu gözəl başa düşürdü.

Ermənistanın yeni hökumətindən isə danışıqlar prosesinə yeni yanaşma gözləmək sadəlövhlükdür.

İşin görünən tərəfi də odur ki, Azərbaycan xırda-xırda işğal edilmiş torpaqlarını özünə qaytaracaq.
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO