Paşinyan Əliyevin sözünü təsdiqlədi - Bakıdan İrəvana unikal fürsət
Dunya
Oxunub: 873
8 in 2018 | 15:16
Paşinyan Əliyevin sözünü təsdiqlədi - Bakıdan İrəvana unikal fürsət
















İyunun 7-də Ermənistan parlamentində yeni hökumətin fəaliyyət proqramı müzakirə edilib. Mayın 8-də küçə etirazlarının təzyiqi altında baş nazir seçilən Nikol Paşinyan dünən öz hökumətinin prioritet istiqamətləri haqda danışıb. Eyni zamanda bir daha ölkədəki ağır sosial-iqtisadi vəziyyətə, əhalinin miskin güzəranına görə Sərkisyan-Köçəryan rejimini ittiham edib.

“Ermənistanda indiyədək keçirilmiş parlament və prezident seçkilərinin, demək olar, hamısı saxtalaşdırılıb”. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, bu sözləri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.

“Mən hesab edirəm ki, 1991-ci ilin prezident və 1999-cu ilin parlament seçkilərindən savayı, bütün seçkilər saxtalaşdırılıb. Bundan ötrü bütün qanunsuz vasitələr - fiziki işgəncələrdən tutmuş, seçki prosesi zamanı rüşvət verilməsinədək - hər şey səfərbər edilib. Bunun nəticəsində Ermənistanda ”amoral atmosfer" yaranıb. Ölkədəki bütün neqativ hallar bununla birbaşa bağlıdır", - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, yeni hökumət belə proseslərin kökünü kəsməli və azad və demokratik parlament seçkiləri keçirməlidir.

*****

Ermənistanda gerçəkdən də illərdir amoral atmosfer hökm sürür. Bu atmosfer və onun ağır nəticələri - erməni xalqının səfil güzəranı, ölkədən ilbəil güclənən kütləvi köç, korrupsiya və inhisarçılıq, Qarabağ məsələsinin həll olunmamış qalması, total seçki saxtakarlıqları və xalqın iradəsinə təcavüz, şübhəsiz ki, müstəsna olaraq son 20 ildə Ermənistanda mövcud olan anormal və qəddar idarəçiliklə birbaşa bağlıdır.

Ermənistanın ardınca kriminal idarəçiliyin hökm sürdüyü Dağlıq Qarabağda da analoji etirazların başlanması göstərdi ki, 20 illik Sərkisyan-Köçəryan rejimi Qarabağ erməniləri də daxil, öz xalqına məhrumiyyətlərdən və fəlakətlərdən savayı heç nə verməyib. Yalnız varlanmaqla məşğul olub. İbrətamizdir ki, bunu indi təkcə sıravi ermənilər yox, onların rəsmiləri, yeni baş nazir də açıq şəkildə deyir, etiraf edir.

Bu yerdə “Yeni Müsavat” xatırladır ki, 2008-ci il martın 1-də İrəvanda Sərkisyan rejiminin seçki saxtakarlıqlarına etiraz edən dinc nümayişçiləri güllələtməsi nəticəsində 10 etirazçı öldürülüb. Bundan 9 il qabaq - 1999-cu il oktyabrın 27-də isə (o vaxt prezident Robert Köçəryan idi) Ermənistan parlamentinin gülləbaran edilməsi nəticəsində spiker Karen Dəmirçyan və baş nazir Vazgen Sərksiyan da daxil, 7 nəfər öldürülmüşdü. Nə mart hadisələri, nə də 27 oktyabr hadisələrinin üstü indiyədək açılıb. Bu da sizə erməni demokratiyası və hüquqi dövləti!

Ümumiyyətlə, Ermənistanın formal dövlət kimi mövcud olduğu 27 ildə orada hakimiyyət hələ bircə dəfə də olsun seçki yolu ilə dəyişməyib. 1998-ci ildə “Qarabağ klanı” Levon Ter-Petrosyanı devirərək hakimiyyəti ələ keçirib xunta rejimi qurmuşdusa, 20 il sonra - 2018-ci ilin mayında Nikol Paşinyan küçə hərəkatının təzyiqi altında “Qarabağ klanı”nı iqtidardan qovdu. Heç olmasa, hakimiyyətin bircə dəfə seçki yolu ilə dəyişmədiyi ölkələr isə demokratik hesab edilmir.

Bu mənada Paşinyanın söylədikləri acı etiraf olmaqla yanaşı, yeni məsələ də sayılmaz.

*****

“Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev srağagün Bakıda QMİ-nin təşkil elədiyi iftar süfrəsində çıxışı zamanlı söyləyib.

Ölkə başçısının aşağıdakı fikri də nə qədər qəribə olsa belə, hazırda Sərkisyan rejimini asıb-kəsən, onu erməni xalqını ağır duruma salmaqda suçlayan Nikol Paşinyanın, erməni KİV-lərinin, ekspert ictimaiyyətinin dedikləri və yazdıqları ilə üst-üstə düşür.

Azərbaycan prezidenti: “Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.

*****

Lakin aydındır ki, Nikol Paşinyanın acı etirafları ermənilərin dərdinə məlhəm olası deyil. Əsas odur ki, onun özü hansı kursu aparacaq, enində-sonunda sələflərinin yolunu təkrarlamayacaq ki? Axı, erməni xalqının üzləşdiyi bəlaların kökündə deyildiyi kimi, ən əvvəl həlli uzanan Qarabağ ixtilafı durur. İki böyük qonşu - Azərbaycan və Türkiyə əlaqələrin dondurulması dayanır.

Bu əlaqələrin “donu” açılmadan, Ermənistanda köklü islahatlar, iqtisadi tərəqqi və rifah mümkün olmayacaq. Bəs, Qarabağ “düyünü”nü yeni baş nazir necə açmaq fikrindədir? Bu problem çözülmədən öz xalqına verdiyi vədləri o, necə tutacaq?

Əfsus ki, baş nazir olandan sonra Paşinyanın Dağlıq Qarabağ mövzusunda açıqlamaları hələ ki, nikbinlik üçün əsas vermir. Parlamentdəki dünənki çıxışında o, öz destruktiv mövqeyini bir daha bəyan edib. Qarabağ ermənilərinin birbaşa danışıqlara qoşulmasının vacibliyini söyləyib. Odur ki, prezident İlham Əliyevin öz çıxışı zamanı bu mövzuda ona verdiyi tövsiyə əslində son xəbərdarlıq kimi də qəbul oluna bilər. Yəni bir növ, onun da, erməni xalqının da son şansı, son unikal fürsəti məsələsi.

Sitat: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək, imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik. Biz münaqişənin həllini tələb edirik. Bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.
“Yeni Müsavat”
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?