ŞOK: İŞİD orqan alveri edir
Dunya
Oxunub: 1 466
19 fev 2015 | 10:59
ŞOK: İŞİD orqan alveri edir



İraqın BMT-dəki səfiri İslam Dövləti yaraqlılarının özlərinə maliyyə yardımı üçün insan orqanları qaçaqmalçılığı ilə məşğul olması barədə xəbərdarlıq edib.


Azerinfo.az-ın Publika.az-a istinadən yaydığı məlumata görə, BMT Təhlükəsizlik Şurasında keçirilən brifinq zamanı səfir Məhəmməd Əli Əl-Hakim deyib ki, İslam Dövləti İraqdakı müxtəlif etnik və dini mənşəli iraqlılara qarşı ağır cinayətlər törədir. “Onların insanlığa qarşı soyqırım həyata keçirdikləri faktdır və onlar beynəlxalq ədalət qarşısında cavab verməlidirlər,” - səfir bildirib.

Törətdikləri cinayətlərin çoxunu İslam Dövləti özü sənədləşdirib. Əl-Hakim deyib ki, ən dəhşətlisi İslam Dövləti yaraqlılarının insan orqanlarının satışı ilə məşğul olmasıdır. İraq səfiri müxbirlərə son zamanlar hökumətinin 10-20 nəfərin dəfn edildiyi kütləvi qəbirlərdə insan orqanlarının alverini sübut edən dəlillər aşkar etdiyini deyib. “Kütləvi qəbirlər aşkar ediləndə, cəsədlər nəzərdən keçirilib. Onlardan bəziləri güllə, bəziləri isə bıçaqla qətlə yetirilib. Bəzi cəsədlərin isə böyrəklərinin olmadığı aşkar edilib.”

Onun dediyinə görə, İslam Dövləti orqanları beynəlxalq alıcılara çatdırmaq üçün nəzarətində olan Mosul və Hələb şəhərlərinin hava limanlarından istifadə edə bilər. Səfir onu da əlavə edib ki, son zamanlar İslam Dövləti yaraqlıları Mosulda insan orqanı çıxarmaqdan imtina edən çox sayda həkimi edam edib.

BMT-nin İraq üzrə baş elçisi Nikolay Mladenov də öz növbəsində insan orqanlarının qaçaqmalçılığ ilə bağlı məlumatların daxil olduğunu, lakin bunu təsdiq etmək üçün təhqiqat aparmağın mümkün olmadığını deyib. Belə məlumatları təsdiq etmək olduqca çətindir. Əsasən də ərazisinin çox hissəsi İslam Dövlətinin nəzarətindəki İraqda.

Oxşar ittihamlar 1990-cı illərdə Balkan Müharibəsi zamanı 5 il əvvəl qaldırılmışdı. Amma Kosovo Azadlıq Ordusunun serb əsirlərin orqanlarını satması haqda ittihamlar heç vaxt sübuta yetirilmədi.
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb