Hakimiyyətinin ilk ayını məğlubiyyətlə başlayan Paşinyan danışıqlardan yayınır - TƏHLİL
Dunya
Oxunub: 674
12 in 2018 | 15:17
Hakimiyyətinin ilk ayını məğlubiyyətlə başlayan Paşinyan danışıqlardan yayınır - TƏHLİL

















Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin may ayında mövqelərini irəli çəkərək 11 min hektara yaxın ərazini, o cümlədən Şərur rayonunun 1992-ci ildən düşmən nəzarətində olan Günnüt kəndini nəzarət altına alması Ermənistanda şok effekti yaradıb. İşğalçı ölkə Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatını etiraf etməyin daxildə etirazların baş qaldırması baxımından təhlükəli olduğunu anlayaraq absurd iddia ilə çıxış edib.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Günnüt kəndinin sakinlərinin 26 il sonra öz kəndlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət etməsinin “erməni komandanlığının icazəsi ilə baş verdiyini” iddia edib. Ovanisyan bildirib ki, iyunun 6-da və 7-də Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin komandanlığına müraciət edərək Günnüt kəndinin sakinlərinin yaxınlarının məzarlarını ziyarət etməsinə “mane olmamağı” istəyib. Və guya erməni tərəfi Azərbaycan tərəfdən ilk dəfə belə müraciət edildiyini nəzərə alaraq humanitar normaları əsas tutaraq müraciətə müsbət cavab verib. Ovanisyana görə, Azərbaycan tərəfi daha sonra həmin kadrları Naxçıvanda 11 min hektar ərazinin azad edilməsi kimi təbliğat məqsədi ilə istifadə edib. Bu iddia ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilk dəfə deyil bu cür absurd bəyanatlarla çıxış edir. “Onun yaydığı məlumatın heç bir əsası yoxdur, uydurmadır və erməni ictimaiyyətini aldatmağa yönəlib. Biz Azərbaycan ictimaiyyətini düşmənin bu təxribatına əhəmiyyət verməməyə çağırırıq”.

Xatırladaq ki, ermənilərin özlərinin də etiraf etdiyi kimi Azərbaycan ordusu mövqelərini 4-5 kilometr irəli çəkərək strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyi də daxil olmaqla 4 yüksəkliyi tutub. Nəticədə Günnüt kəndi atəş altından çıxarılıb. Habelə Ermənistanın Areni kəndi ordumuzun nəzarəti altında qalıb, o cümlədən Yerevan-Gorus-Laçın yoluna nəzarət etmək imkanı yaranıb (virtualaz.org).

Bunun ardınca Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindəki bölmələrinin itkilər verməsi də düşməni çıxılmaz vəziyyətə salıb. Bir neçə gün əvvəl təmas xəttinin şimal hissəsində ordumuzun sərrast atəşi ilə ağır yaralanan erməni hərbçinin durumu ağır olduğundan o, İrəvana aparılıb. İki gün əvvəl isə Xocavənd istiqamətində atəşkəs rejiminin pozulmasına cavab olaraq əsgərlərimizin açdığı atəş nəticəsində müqavilə ilə xidmət keçən əsgər 1992-ci il təvəllüdlü Vaan Eloyan öldürülüb. Ermənistan XİN bəyanat yayaraq, baş verənlərin məsuliyyətini Azərbaycan tərəfinin üzərinə qoymağa cəhd edib. Ancaq əslində baş verənlərin məsuliyyətini ilk növbədə Ermənistan XİN-in yeni rəhbəri və müdafiə naziri daşıyır. Onlar təyinatdan az sonra özlərini göstərmək üçün Naxçıvanla sərhəd bölgəyə getmişdilər, hətta bəzi erməni ekspertləri yeni XİN başçısını əvvəlki nazirlərə nümunə olaraq göstərmişdi. Lakin erməni diplomat sülh danışıqlarının pozulmasına yönəlik addımı ilə gərginliyi tətiklədi və cavabını aldı.

Düzdür, hazırda cəbhə xəttində müəyyən gərginliyin olması Nikol Paşinyan hökumətinə lazımdır. Ermənistanın ardınca Dağlıq Qarabağda da etiraz aksiyalarının keçirilməsi Ermənistan hakimiyyətini narahat edir. Hadisələrin qarşısını almağın yolu erməniləri Azərbaycanla qorxutmaqdır. Lakin bu da var ki, Paşinyan mahiyyət etibarilə danışıqlara meylli şəxs təsiri bağışlamır. Onun səsləndirdiyi bir neçə Qarabağ bəyanatı olub ki, bu bəyanatlar hətta sabiq prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryanın etirazına səbəb olub. N.Paşinyan Qarabağ ermənilərini danışıqlarda tərəf kimi oturtmaq üçün cəhdlər göstərir ki, bu da sadəcə, vaxtı uzatmağa xidmət edir.

Bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İrəvana səfəri olacaq. Vasitəçilərin Ermənistanın yeni hadkimiyyətinin Qarabağla bağlı hansı mövqedə dayandıqlarını yəqin ki, tezliklə Bakıya çatdıracaqlar. Bundan sonra isə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvaya gedəcəklər və açılış mərasimində iştirak edəcəklər. Mərasim iyunun 14-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək. Virtualaz.org bildirir ki, faktiki olaraq, bu, Ermənistan və Azərbaycan liderlərinin görüşdükləri ilk tədbir olacaq. Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Vladimir Putin futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya gələcək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Tədbir çərçivəsində Putinin vasitəçiliyi ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün baş tuta biləcəyi ehtimalı da səslənir. Ancaq gedişat göstərir ki, Ermənistan Qarabağ məsələsinin sülh yolu ilə ədalətli həllinə maraqlı deyil. Hər halda, bunu Paşinyan iqtidarının təbliğatçılarının mövqeyi də təsdiqləyir.

Paralel olaraq İrəvan Xankəndi ilə hansısa anlaşmalara getməklə Bakını fakt qarşısında qoymağa çalışır ki, bu da danışıqların pozulmasına yönəlik təxribatçı cəhddir. “Ermənistan dərhal Dağlıq Qarabağla hərbi ittifaq bağlamalıdır”. Moderator.az xəbər verir ki, bunu “Novosti-Armeniya” nəşrinə müsahibəsində “Realist” xəbər agentliyinin baş redaktoru Sarkis Saturyan bildirib. “Bu hərbi ittifaq bağlanarsa, yeni Paşinyan hökuməti Xankəndi ilə hərbi sazişin imzalanmasını vəd etmiş, ancaq bunu yerinə yetriməmiş Serj Sərkisyanın səhvini düzəltmiş olar. İkincisi, iki erməni dövləti arasında hərbi saziş Dağlıq Qarabağa qarşı növbəti təcavüzə hazırlaşan Bakı və Ankaranı ayıldar” - deyə jurnalist iddia edib. Saturyan hesab edir ki, İrəvan və Xankəndi arasında əlaqələrin rəsmiləşdirilməsi eyni zamanda Xəzər dənizi hövzəsində ABŞ və Böyük Britaniyanın neft və qaz maraqlarına uyğun olaraq Qarabağda sabitliyin pozulmasına çalışan beynəlxalq qüvvələrə bir siqnal olacaq. Onun fikrincə, Qarabağdakı təmas xəttində ən təhlükəli dövr iyunun 12-dən iyunun 24-dək olacaq. Erməni jurnalist bunu həmin vaxt Türkiyədə seçkilər və TANAP boru qaz kəmərinin açılışı ilə əlaqələndirir.

Əslində Ermənistan ordusunun həm Naxçıvan, həm də Qarabağ istiqamətindən təxribatlar törətməsinin məqsədli olduğu əvvəllər də vurğulanmışdı. Ermənistan adətən, Azərbaycanın iştirakçısı olduğu nəhəng layihələrin qarısını almaqdan ötrü ağalarından təlimatlar alır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ermənilər Naxçıvanda strateji yüksəkliyi itirdiklərini etiraf edirlər: “Nikol Paşinyan təpəni geri almaq məqsədilə ordusuna hücum əmri verə bilmir. Çünki o halda bu, 2016-cı ilin aprel hadisələrinin təkrarına səbəb olacaq. Paşinyan müharibəyə hazır deyil. Ermənistanın baş naziri bilir ki, əgər Naxçıvan istiqamətində əks-hücum əmri versə, bu, onun üçün sonun başlanğıcı olacaq. Azərbaycan ordusunun Naxçıvanda azad etdiyi yüksəklik faktoru Paşinyanın əleyhinə işləyir. Çünki bu, ciddi başlanğıca səbəb ola bilər. Onsuz da iki ölkə arasında sərhədlərin dəqiq xətti müəyyən deyil. Azərbaycan ordusu Naxçıvandakı uğurunu Dağlıq Qarabağda da təkrarlaya bilər. Bu, genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədilə mövqe döyüşləridir”.

Politoloq hesab edir ki, son əməliyyat Azərbaycan ordusu üçün psixoloji üstünlükdür: “Azərbaycan Ermənistanda və Dağlıq Qarabağda yaranan xaosdan öz məqsədləri üçün istifadə etməyə başlayıb. Ermənistan hakimiyyəti itkilərini və məğlubiyyətlərini şərh etmir. Məsələn, 2016-cı ildə Lələ təpə üzərindəki nəzarəti itirdilər, bu günə qədər nə bu təpədən, nə də məskunlaşdırılan Cocuq Mərcanlıdan danışırlar, sanki illər boyu Lələ təpə onların işğalında olmayıb. İndi də Naxçıvan istiqamətindən əraziləri əldən verdilər. Doğrudur, indi özlərindən nağıl quraşdırırlar ki, guya ”razılıq" əsasında geri çəkiliblər. Lakin buna kimsə inanmaz. Heç öz əhalisi də inanmır. Bu, o deməkdir ki, bir gün Dağlıq Qarabağ ətrafındakı rayonları da əldən versələr, üstəgəl, Şuşa, Laçın və Kəlbəcər üzərindəki nəzarəti itirsələr, üstündən ya sükutla keçməyə çalışacaqlar, ya da deyəcəklər, buralar heç əvvəldən də onların olmayıb. Bizə də elə bu lazımdır. İllər öncə adını qoyduğum yorucu müharibə davam edir".

E.Şahinoğlu Moskvada Əliyev-Paşinyan görüşünün təşkil olunacağına inanmır: “Dəvət Dünya Çempionatının açılışı ilə bağlıdır. Bu mənada inanmıram ki, Moskvada bu fürsətdən istifadə olunsun və geniş görüş təklif edilsin. Çünki Rusiya prezidentinin başı digər məsələlərə qarışıb. Amma İlham Əliyevlə Paşinyan arasında əl tutması, hətta ayaqüstü qısa söhbət ola bilər. Bununla yanaşı, geniş müzakirələrin aparılacağını düşünmürəm, çünki hələ tərəflər buna hazır deyillər”.

Bu arada Ermənistan hökumətinin “Moskvada Əliyevlə Paşinyanın görüşü nəzərdə tutulmur” açıqlaması da İrəvanın gerçək mövqeyini ifadə edir. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş planlaşdırılmır. Bu barədə “İntefax” agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib. “Nikol Paşinyan və İlham Əliyevin Moskvada görüşünə dair hazırda heç bir razılaşma yoxdur”, - deyə o vurğulayıb.

Maraqlı vəziyyət yaranıb, son itkilərədək Qarabağ danışıqlarına hazır olduğunu deyən Paşinyan indi şansı dəyərləndirməkdən, prezident Aram Sərkisyandan önə çıxıb, Azərbaycan prezidenti ilə görüşməkdən çəkinir. Bu, onun Qarabağ danışıqlarında təşəbbüsü ələ almaq üçün yaxşı fürsət ola bilərdi. İmtinanın səbəbi sözsüz ki, Naxçıvan və Qarabağ istiqamətindəki itkilərdir. Ermənistanın baş naziri hökumətə rəhbərlik etdiyi bir ay ərzində artıq məğlubiyyəti dadıb və danışıqlarda üstün mövqedə iştirak etmək şansını itirib. Çox güman ki, bu səbəbdən Paşinyan özünə gəlmək üçün “taym-aut” götürməyə qərar verib...
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...