19-02-2015, 11:58

Obama İslamı müdafiə etdi

Obama İslamı müdafiə etdi


"ABŞ İslam dini ilə deyil, dini təhrif edənlərlə mübarizə aparır"



Dünya İŞİD-ə qarşı koalisiyaya başçılıq edən Amerika prezident Barak Obama İslamı müdafiə etdyini bəyan edib.

Azerinfo.az-ın ANS PRESS-ə istinadən yaydığı məlumata görə, Obama Vaşinqtonda keçirilən ekstremizm və terroçuluqla mübarizə konfransında çıxış edərkən ABŞ-ın İslam dini ilə deyil, dini təhrif edənlərlə mübarizə apardığını deyib.

"Biz İslamla döyüşmürük, biz İslamı təhrif edənlərlə döyüşürük", - deyə o bildirib.

O, həmçinin deyib ki, din ona inananların cinayətlərinə görə cavabdeh deyil. Barak Obamanın sözlərinə görə, İŞİD terror qruplaşması kimi təşkilatların hərəkətlərinin dinə aidiyyatı yoxdur.

ABŞ prezidenti Suriya və İraqda 20 minə yaxın xarici döyüşçünün İŞİD sıralarında döyüşdüyünü açıqlayıb və dünya ictimaiyyətinin buna biganə qalmamağa çağırıb. "Dünya nəsə yaxşı təklif verməlidir. ABŞ İraqda İŞİD-lə mübarizə üçün hökümət koalisiyasına yardım edir. Lakin ekstremizmlə mübarizə təkcə müharibə yolu ilə aparılmamalıdır. Yerli icmalar da öz sözünü deməlidir, çünki məhz onlar ilk növbədə qurbanlara çevrilir" - deyən Obama, daha təsiredici mübarizə üsullarına ehtiyac olduğunu bildirib.

60-dan çox ölkənin qatıldığı konfrans 3 gün davam edib.