13-06-2018, 15:54 Oxunub: 276

Sosial şəbəkədə təhqirə görə istifadəçini üzr istədib, videosunu yayan icra başçısı həbs edildi

Sosial şəbəkədə təhqirə görə istifadəçini üzr istədib, videosunu yayan icra başçısı həbs edildi
















Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun saxlanıldığı barədə xəbər yayıb.


APA xəbər verir ki, ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib.


----------

09:52


Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb. Azxeber.com APA-ya istinadən xəbər verir ki, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.



İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.



Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.



T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.



E. Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib.





Qeyd edək ki, video-görüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib.
Tbilisidə kütləvi aksiyalar yenidən başlanıb — FOTO Tbilisidə kütləvi aksiyalar yenidən başlanıb — FOTO Dunya "Maqa Naxçıvanski" "Lotu Quli"dən video yayıb üzr istədi - VİDEO Hadise Sosial şəbəkədə qızının fotolarını görən ananın gözünü qan aldı: 13 yaşlı qızı canlı yayımda ... Sosial şəbəkədə qızının fotolarını görən ananın gözünü qan aldı: 13 yaşlı qızı canlı yayımda ... Hadise Tovuzun icra başçısının müavini Tovuzun icra başçısının müavini "facebook"da yayılan fotoya görə işdən qovuldu Bolge Marneuli azərbaycanlıları etiraz aksiyası keçirdi Marneuli azərbaycanlıları etiraz aksiyası keçirdi Gundem