24-06-2018, 13:00 Oxunub: 207

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir
















Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Prezident seçkilərində ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, Vətən Partiyasından Doğu Perincək, Səadət Partiyasından namizəd Təməl Karamollaoğlu və digər siyasi partiyaların nümayəndələri seçkilərdə qalib gəlmək uğrunda mübarizə aparacaqlar.

Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

MHP, CHP, İyi Partiya, Səadət Partiyası, BBP, hakim Ədalət və İnkişaf Partiyası, Xalqların Demokratik Partiyası, Demokratik Partiya və digər siyasi partiyalar parlament seçkilərində mübarizə aparacaqlar.

AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılır.
Seçkilərdə 56 milyon 322 min 632 seçici qeydiyyata alınıb. Seçki məntəqələrində 180065 seçki qutusu qoyulub.

Türkiyənin xaricində yaşayan ölkə vətəndaşları iyunun 7-dən 19-dək keçirilən səsvermələrdə səs veriblər. Ölkənin sərhədlərindən xaricdə qeydiyyata alınan seçicilər həmçinin bu gün Türkiyə sərhədindən kənardakı nəzarət buraxılış məntəqələrində saat 17-dək səs verə bilərlər. Seçkiləri xarici müşahidəçilər, KİV nümayəndələri də izləyəcək.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılacaq və 17:00-dək fəaliyyət göstərəcək. Səsvermələr başa çatdıqdan sonra namizədlərin topladıqları səslərin hesablanmasına başlanılacaq.
Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək Siyaset Ərdoğan və Baxçalı arasında tarixi görüş Ərdoğan və Baxçalı arasında tarixi görüş Dunya Ermənistanda parlament seçkilərinin qalibi məlum oldu Ermənistanda parlament seçkilərinin qalibi məlum oldu Dunya Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb Gundem / Siyaset YAP-ın deputatlığa namizədlərinin hamısı qeydə alınıb YAP-ın deputatlığa namizədlərinin hamısı qeydə alınıb Siyaset
Loading...