Gəncə sui-qəsdində xain təxribat: dindarları kim qızışdırır? - Pərdəarxası...
Dunya / Bolge
Oxunub: 867
6 iy 2018 | 13:10
Gəncə sui-qəsdində xain təxribat: dindarları kim qızışdırır? - Pərdəarxası...















Gəncədəki sui-qəsdlə bağlı gizli dairələr və “sehirli əllər” təxribat xarakterli virtual kampaniyaya cəhd edirlər

Hansısa qüvvələr şiəliyin inkişaf etdiyi mərkəzlərdən olan Gəncədə dindarları qızışdırmağa, iğtişaşa təhrik etməyə can atırlar.

Amma nə gəncəlilər bu təxribatlara uyur, nə də güc strukturları mürgülü deyillər. Əksinə, Gəncə camaatı ilə dövlət arasında bir vəhdətlik var.

Ona görə də təxribatçıların cəhdləri iflasa uğramaqdadır. Söhbət Gəncə merinə sui-qəsd edən Yunis Səfərovun xanımı kimi özünü təqdim edən birinin yutubda səs yazısından gedir.

Özünü Səfərovun həyat yoldaşı olduğunu iddia edən bu şəxs ərinin icra başçısından İmam Hüseynin qisasını aldığını bəyan edib. Bu haqda musavat.com yazıb.

“Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Çünki o, dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib”, deyə, qadın iddia edib.

O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi.

Həm evi var idi, maşını var idi, özü “yurist”lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun.

Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadı...

Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb... Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun...”

FİA.Az xəbər verir ki, nə həmin qadının fotosu var, nə ad-soyadı var. Şübhə doğurmur ki, hansısa qüvvələr şiələri, İmam Hüseyn əzadarlarını küçələrə çıxmağa sövq edir.

Paralel olaraq, Gəncə cavanları adından çağırışlar yayılır. Bəyan edilir ki, sui-qəsd edən Y.Səfərovun başına bir iş gələcəksə, aksiyalar başlanacaq.

Halbuki, Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları ayıq-sayıqdır, kriminogen vəziyyət nəzarətdədir.

Ən əsası isə gəncəlilərin nə aksiya keçirmək, nə dindarların meydana çıxmaq planları var. Bu, xain qüvvələrin sosial şəbəkələrdən istifadə edərək provokativ çağırışlarıdır.

Ona görə İmamzadə məscidinin axundu, QMİ-nin Gəncədəki nümayəndəliyi açıqlama verməli, Gəncə ŞİH-də məsul şəxslər mütəmadi olaraq məlumatlar yaymalıdırlar.

Ortada bir cinayət olduğu məlumdur, cani həbs edilib, istintaq gedir və detalları aydınlaşacaq.

Odur ki, məsələləri İmam Hüseynə, dinə bağlamaq, Taleh Bağırzadənin adını hallandırmaq cəhdləri ölkənin əsas şəhərlərindən biri olan Gəncəni qızışdırmağa hesablanıb.

Eləcə də Yunisin həyat yoldaşı olduğunu iddia edən qadının da kimliyi bəlli deyil. Görünən budur ki, kimlərsə bu sui-qəsdə mütləq siyasi və dini rəng verməyə çalışırlar. Bəlkə də bu qadın gerçəkdən onun xanımıdır. Lakin onu kimlərsə məqsədli şəkildə yönəldir.

Nə qədər pis birisi olsa da, bir dövlət məmuruna sui-qəsdi azərbaycanlıların müqəddəs kimi baxdığı, and yeri olan İmam Hüseyn əleyhissalamın adı ilə bağlamaq böyük qəbahət və təxribatdır.

Üstəlik, burada hazırda həbsdə olan Hacı Talehin də adı çəkilir və təhrikedici qüvvə kimi ona qarşı şübhələr yaradılır.

Ümumilikdə, mətbuat həssas olmalıdır, sosial şəbəkələrdə yazılanlara uymaq olmaz, səhih olmayan informasiyaları cəmiyyətə ötürmək fəsadlara yarada bilər.

Xatırladaq ki, Elmar Vəliyevə sui-qəsdlə bağlı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “BBC News Azərbaycan”a danışıb.

“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb” - deyə, Əli Həsənov vurğulayıb.

FİA.Az yazır ki, hadisə anı haqda musavat.com-da özəl bilgilər var. Yunis Səfərov qısaqol köynəkdə olub. Silahı qoluna sarıtdığı gipsin içərisində xüsusi qaydada gizlədib.

Gəncə İHB binası qarşısında Elmar Vəliyevin binadan çıxmasını gözləyib. Başçı tək bir mühafizəçi ilə - Qasım Aşbazovla binadan çıxıb.

Giriş qapısının önündə isə 4 mühafizə polisi olub. Yunis Səfərov başçıya kənardan və hündürdən səslənərək, sözü olduğunu bildirib. Polislər onu əhatəyə alıb. Elmar Vəliyev geri dönərək, "buraxın gəlsin", deyib. Yunis Səfərov qolu gipsdə, boynundan asılmış halda Elmar Vəliyevə yaxınlaşıb.

Gözlənilmədən, cəld hərəkətlə silahı qolundakı gipsdən çıxararaq, dalbadal Vəliyevə iki, mühafizəçiyə bir dəfə atəş açıb.
Güllələrdən biri başçının qaşını yalayaraq, keçib, digəri qarın boşluğuna isabət edib.

Qasım Aşbazova dəyən güllə isə ağız nahiyəsindən girərək, gözündən çıxıb. Daha sonra polislər Səfərovu yaxalayaraq, həbs ediblər...

İcra başçısına sui-qəsd etmiş Y.Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb.

Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib.

Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb.

Rusiyaya gedib qayıdana qədər onun bir hadisə ilə bağlı icra başçısı ilə qarşı-qarşıya gəldiyi, hətta hadisə zamanı icra başçısını ölümlə hədələdiyi haqda da iddialar var.

Sayt yazıb ki, başçının ətrafı, yerli məmurlar və əhali ilə münasibətləri həmişə yaxşı olmayıb. Bunu əsas səbəbi isə Elmar Vəliyevin kobud, əksər hallarda etik normalardan kənar rəftarı olub.

Ehtimallar var ki, Yunis Səfərovla qarşılaşdığı zaman da tərəflər arasında yaranan mübahisə və başçının ölümlə hədələnməsi də məhz bu səbəbdən olub.

Musavat.com onu da yazıb ki, Elmar Vəliyevlə sui-qəsdçinin konflikti ötən il Məhərrəm ayında baş verib.

Başçı kütləvi tədbirə qarşı çıxıb və həmin vaxt Yunis Səfərovla arasında söz davası olub. Başçının hədələnməsi də həmin vaxt baş verib...

Hələlik başçıya qarşı sui-qəsdin əsl səbəbi rəsmi olaraq açıqlanmayıb. Ona görə də cinayətin konkret olaraq hansı motivlə törədilməsi də bilinmir.

Bəzi mənbələr isə iddia edir ki, ölkədə enerji böhranının yaşandığı bir vaxtda Elmar Vəliyevə atəş açılması Azərbaycanda vəziyyəti daha da gərginləşdirmək məqsədilə törədilən təxribat da ola bilər.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi