Ukrayna böhranının pərdəarxası və Kiyevi nə gözləyir- ANALİZ
Dunya
Oxunub: 998
25 fev 2015 | 18:40
Ukrayna böhranının pərdəarxası və Kiyevi nə gözləyir- ANALİZUkraynada sülh razılaşmasının əldə olunması prosesi arxasında gətirdiyi ciddi ziddiyyətlər ilə sona çatdı. İndi belə bir sual yaranır. Bu razılaşmanı Ukrayna tərəfindən kim imzaladı?
Yanukoviçin devrilməsi ilə nəticələnən dövlət çevrilişindən bəri bir il geridə qalıb. Ekspertlər hesab edirlər ki, ölkədə hərbi çevriliş qaçılmazdır. Bu yalnızca vaxt məsələsidir, ssenarilər və hərbi çevrilişə yön verəcək qüvvələr mövcuddur. Ukraynada siyasi şərhçilər ölkədə baş verənlər arxasında Putinin və "Moskvanın agenti" adalandırdıqları digər şəxsləri görürlər. Hansı ki, bu şəxslər və xüsusən batalyon komandirləri silaha sarılıblar və Kiev hökuməti qarşısında haqqlarını müdafiə ediklərini bəyan edirlər. Bəzi ekspertlərə görə, Kiev hökuməti ağılsız və məsuliyyətsiz addımlar atmaqla öz qəbirqazanlarını hazırladı. Fevralın 20-si Maydanın il dönümü, eyni zamanda Üçüncü Maydanın başlanğıcı ola bilər. Ukrayna media orqanları da müharibəyə başlamaqla edilən ciddi səhvlərin olduğunu yazırlar. Poroşenkonun komandası qeyri-professionaldır. Ölkənin bank sistemi spekulyativ valyuta kursuna görə dağılıb və sürətlə artan inflyasiyanın qarşısını almaq mümükün deyil. Çünki dövlət bürokratları özlərini "vaxtkeçirənlər kimi görməyə başlayıblar. Yatsenyuk və Poroşenko arasında fikir ayrılığı getdikcə dərinləşməkdədir. Risk böyükdür və saatın əqrəbi hərbi çevriliş vaxtına doğru yavaş-yavaş yaxınlaşır.
Kiev hakimiyyəti məqsədli şəkildə batalyonları doldurmaq üçün Maydan aktivistlərini seçib. Onları cəbhəyə göndərən Kiev hakimiyyətinin məqsədi bu aktivistlərin cəbhədən geri qayıtmaması idi. Batalyonların komandirləri öz imtiyazlarının tanınması üçün parlament üzvü təyin ediliblər. Bu tarixdə nadirən rastlanan bir haldır. Faktiki olaraq ölkədə "paralel baş qərargah rəisliyi" mövcuddur. Azov batalyonunun komandiri, parlamentin üzvü neo-nasist Andriy Belitski öz tabeliyində olan silahlı heyət ilə Kiev küçələrə axışacağını elan edib.
Poroşenko hökuməti üçün bir çox təhlükəli şəxslərin arxasında məşhur taykunların dəstəyi var. Məsələn, yəhudi əsilli Ukrayna bizness oliqarxı Kolomoyski Poroşenko ilə ilk vaxtlar yaxın olsa da, indi aralarda ciddi analşılmazlıqlar yaranıb. Transkarpatiyanın sahibi Viktor Blaqoda isə hələ döyüşlərin getdiyi vaxt 128-ci Muxaçevo Qvardiyasının üsyançıların mühasirəsindən çıxa bilməyəcəyi halında sərt şəkildə müdaxilə edəcəyini bildirmişdi. Blaqodaya görə, əsgərlər prezidentin və ordu rəhbələrinin səriştəsizliyi ucbatından ölürlər.
Fevralın əvvələrində Aidar könüllü batalyonunun ləğv edilməsi qərarı batalyonun döyüşçü dəstələrinin Prezident Adminsitrasiyası binası qarşısına toplaşmasına səbəb olmuşdu. Aidar batalyonunun komandiri və Radikal partiyadan olan parlament üzvü Sergey Melniçyuk dəstəsi ilə birlikdə administrasiya binasına girmək istəmiş ancaq onun qarşısı hərbi polis tərəfindən alınmışdı. Onlar Verxovnaya Rada-dan prezidentin impiçmentə göndərilməsini, Milli Təhlükəsiz və Müdafiə Şurası rəhbərlərinin istefasını, eyni zamanda müdafiə nazirinin istefasını, müdafiə nazirliyinin auditini və baş prokurorun istefasını tələb etmişdilər. Onlar həm də, müəyyən sayda "anti-terror əməliyyatı üzrə peşəkar keçmiş hərbiçilərin ATƏT missiyalarına daxil edilməsini tələb edirdilər. Melniçyuk bildirirdi ki, Sçastye ərazisində döyüşlər getdiyi zaman Ukrayna qüvvələri batalyon üzərinə Grad və Smerç raketləri ilə 15-20 dəfə hücuma keçiblər.
Cəbhədə vuruşuan 40-dan çox batalyon mövcuddur. Kulçitski və Donbass batalyonları Uqleqorsk yaxınlığında bir-birilə toqquşmuşdular və nəticədə Donbass komandiri Semen Semençenko ağır yaralanmışdı. Keçmiş Milli Təhlükəsizlik vəı Müdafiə Şurası katibi, hazırda isə parlamentin vitse-spikeri olan Andrey Parubiy mümkün hərbi çevrilişin potensial liderlərindən hesab edilir. A.Parubiy bu ilin sonundan etibarən bir neçə dəfə sui-qəsd hədəfi olub. İzlər onun Dövlət Təhlükəsizlik Administrasiyası tərəfindən öldürülmək istənildiyini göstərir. Bu administrasiyanın sədri Valeri Heletey Poroşenkonun loyal müttəfiqlərindən biridir. Buna görə də, sui-qəsd aktına görə məhz ölkə prezidentinin məsuliyyət daşıyacağı bildirilib. Hökumət rejim dəyişikliyinin qarşısını almaq üçün təcili addımlar atıb və 25 min nəfərdən ibarət güclü hərbi polis gücü yaradılıb. Paytaxtda istehkamlar tikilib. Kiev polisinin rəhbəri Aleksandr Tereşçuka görə, 8 istehkam xüsusi hərbi qüvvələr və onların sahib olduğu mərmilər, əl bombaları ilə qorunmaqdadır. Qarnizonlara snayperlər göndərilib və körpülər xüsusi polis qüvvəsi ilə qorunur. Metro və digər bütün yeraltı keçidlərdə metal dedektorlar yerləşdirilib. Şəhər Müdafiə Şurası yüksək fövqəladə hazırlıq vəziyyətinə gətirilib. Valentin Nalivayçenko liderliyindəki Təhlükəsizlik Xidməti dövlət çevrilişinə cəhd edənlərə qarşı mübarizəyə başlayıb. O bildirib ki, bütün Ukrayna Qardaşlıq Batalyonu Rusiya və Rusiya xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir və Kiev yaxınlığında dövlət çevrilişi üçün hazırlanmış silahlar və digər partlayıcılar aşkar edilib. ÜmumUkrayna Qardaşlıq Batalyonunun rəhbəri Vyaçeslav Fursa Rusiyanın maraqlarına xidmət edən provokator adlandırılıb. Baş Qərargah Rəisi polkovnik-leytenant Mixaylo Çornobai da həbs edilib. Onun Rusiyanın agenti olaraq potensial hərbi çevrilişin mərkəzindəki fiqurlardan biri olduğu bildirilib. Ukrayna ordusunun bütün uğursuzluqlarına görə, günahkar seçilməyindən əlavə, Çornobay Life News və digər Rusiya kanallarına informsiya sızdırmaqda da ittiham edilir. CİA-in yetişdirdiyi kadr olan Nalivayçenko irəli sürdüyü ittihamların əslində özünün rəhbərlik etdiyi quruma da aid olduğunu başa düşmür. Heç bir ağıllı ukraynalı Təhlükəsizlik Xidmətini ciddiyə almır.
Kievdə getdikcə böyüyən bu xaos ortamında Poroşenko hökumətinin gördüyü tədbirlər kifayət etməyəcək. Yeni sülh planının qəbul edilməsi hərbi çevriliş tərəfdarları - "Maydan Birliyi üçün siqnal olacaq. Buna görə də, sülh planını imzalamasına rəğmən Poroşenko onu elan edə bilmədi və hətta Donbass regionuna muxtariyyət verildiyini belə rədd etdi. Halbuki, sülh müqaviləsinin 4-cü, 8-ci və 11-ci maddələrində Donbassa -"tanınmamış "Donetsk və Luqansk Xalq Respublikalarına" özəl muxtariyyət statusları verəcəyi, bu tanınmamış respublikalara öz hərbi milislərini saxlamaq haqqının veriləcəyini və bunun üçün bu ilin sonuna qədər Kiev hökumətini konstitusional islahat keçirəcəyi açıqca bəyan edilir. Əgər Poroşenko bu planı açıqca qəbul etsə o zaman Maydan Birliyi onu dərhal milli xəyanətdə ittiham edəcəklər. Əlbəttə ki, hərbi xuntanın hakimiyyət başına keçməsi "Donetsk və Luqansk Xalq Respublikası" və Ukraynanın böyük hissəsi üçün qəbulolunmazdır. Avropada, bu neo-nasist oyanışı ilə mübarizə aparmaqda ciddi çətinlik yaşayaraq çıxılmaz vəziyyətdə qala bilər. Hərbi xuntanın hakimiyyətinin effektiv olmayacağı rasional düşünən hər kəsə məlumdur. Ancaq, Ukrayna hazırda böyük bir irrasionallıq dalğasının zərbəsi altındadır. Ona görə də yeni dövlət çevrilişi qaçılmaz görünür.
Ancaq, bu son olmayacaq, belə nifrət oyandıran degeneratlar hakimiyyəti uzun müddət qoruya bilməzlər. Növbəti addım isə dövləti dağıtmağı qarşısına məqsəd qoyan hərbi izdihamı susdura biləcək nizamlı ordu tərəfindən atılacaq. Ukraynanın gələcəyi Ukrayna xalqının vəziyyəti dərk etməsindən və dövlətdən bütün ukraynalıların faydalana biləcəyi ədalətli islahatlar tələb etməsindən asılıdır.

Sübhan Padarsoy

Mənbə- Bakuinfo.Az
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO