ABŞ-dan İrəvana tərs şillə
Dunya
Oxunub: 1 257
26 fev 2015 | 11:50
ABŞ-dan İrəvana tərs şillə


Dövlət Departamenti girovları azad etməyi tələb edir

Region Qısa müddət ərzində ABŞ Dövlət Departamenti Ermənistan hökumətindən iki dəfə tələb edib ki, azərbaycanlı girovları azad etsin və onları Bakıya qaytarsın.

Rəsmi İrəvan yaxşı xatırlayır ki, Amerika hansısa banan respublikası deyil və tutulmuş azərbaycanlı girovlar barədə casusluq və terrorizm ittihamı haqqında naşı rejissor işi olan bu tamaşa tam iflasla başa çatdı. Buna baxmayaraq, ermənilər yenə də düşdükləri bu axmaq durumdan xeyirlə çıxmaq istəyirlər.

Azerinfo.az Ansprees-ə istinadən xəbər verir ki, İrəvanda hakimiyyət dairələrinin göstərişi ilə böyük mətbuat konfransı keçirilib və orada hansısa politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan çıxış edib (yəqin ki, o, institutun təsərrüfat işləri üzrə direktor müavinidir, əgər alim olsa idi siyasətlə deyil, elmlə məşğul olardı).

Beləliklə, özünü politoloq sayan bu təsərrüfat müdiri ABŞ Dövlət Departamentini tənqid etməyə başalayıb. Minasyanın fikrincə, amerikalılar girovlarla bağlı Ermənistan rəhbərliyinə deyil, qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi şəxslərinə müraciət etməli idilər. Halbuki, Minasyan yaxşı başa düşür ki, bu, mümkün deyil, çünki Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti bu qondarma işğal rejimini dövlət kimi tanımır.

Sonra Minasyan bir az da ağını çıxarıb. Politoloqun fikrincə, ABŞ Dövlət Departamentinin təmsilçisi Viktoriya Nuland Bakıda girovların azad edilməsinin vacibliyi barədə bəyanat vermişdi və bunu İrəvanda təkrar etməli olmuşdu. Minasyan bu faktı hansısa mifik diplomatik niyyətlə izah edir. O, həm də erməni "mirzələri"nə təskinlik verir və deyir ki, bu məsələnin dərinləşməsi gözlənilmir.

Təsərrüfat müdiri yəqin ki, bilərəkdən unudub ki, Nulanddan sonra girovların azad edilməsi ilə bağlı eyni tələblə ABŞ Dövlət Departamentinin başqa təmsilçisi Cen Psaki səsləndirib.
Əlbəttə, rəsmi İrəvan Minasyandan fərqli düşünür. Onlar başa düşürlər ki, Amerika ilə zarafat eləmək təhlükəlidir, Ağ Ev tələblərinə edilən hörmətsizlikdən inciyə bilər. Bunu nə Serc Sarkisyana, nə də onun başının dəstəsinə bağışlamazlar. Bu məsələdə ermənilərə heç kim, hətta rusiyalı dostları da yardım edə bilməzlər.

Amma görünür, erməni rəhbərlər bir az xoruzlanmaq istəyirlər ki, özlərini göstərsinlər. Amma artıq göz qabağındadır ki, ermənilər hətta İrəvandakı atom elektrik stansiyasını, demək olar ki, bütün Ermənistanı partlatmaq cəhdində günahlandırdıqları girovları evə buraxacaqlar. Çünki İrəvan ABŞ-ın daha bir tərs şilləsinə dözməyə qadir deyil.
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB