"Torpaq sahələrini saxtakarlıqla, qanunsuz olaraq özününküləşdriblər" - GİLEY
Dunya / Bolge
Oxunub: 865
19 iy 2018 | 15:51
"Torpaq sahələrini saxtakarlıqla, qanunsuz olaraq özününküləşdriblər" - GİLEY














Zərdab rayonu Dəliquşçu kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəlliflər Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənov və əmisi oğlu Vüsal Həsənovdan şikayətçidir:
“Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənovun onun əmisi oğlu Vüsal Həsənovun qanunsuz əməlləri barədə biz mətbuat vasitəsi ilə cənab prezident İlham Əliyevə və kənd təsərrüfatı naziri cənab İnam Kərimova müraciət edib, çox-çox xahiş edirik ki, bu korrupsioner qohumların cinayət əməllərini araşdırıb, onların barəsində ciddi tədbirlər görəsiniz.

Əslən Zərdab rayonunun Dəliquşçu kəndindən olan Eldəniz Həsənov Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiridir. Onun əmisi oğlu Vüsal Həsənov “Aqrolizinq”də şöbə müdiridir. Vüsal Həsənovun həyat yoldaşı Aytən Əzizbəyli həmin nazirlikdə vəzifədə işləyir. Aytən Əzizbəylinin dayısı Mikayıl Nuriyev isə Kənd Təsərrüfatı Nazirliyinin maliyyə şöbəsinin müdiridir.
Eldəniz Həsənovun qardaşı Hamiz Həsənov orta təhsilli olsa da, Zərdab Aqroliznq İdarəsinin müdiridir. Bu qohumlar Kənd Təsərrüfatı Nazirliyində böyük bir korrupsiya şəbəkəsi yaradıb, talançılıqla məşğul olurlar.
Bu korrupsiya şəbəkəsi yaratmış qohumlar Zərdab rayonunun Dəliquşçu kənd sakinlərinə qənim kəsiliblər. 20-dən çox ailəyə məxsus qanunu sənədli əkin və fərdi mənzil tikintisi üçün olan torpaq sahələrini saxtakarlıqla, qanunsuz olaraq özününküləşdriblər.

Mən Qarabağ müharibəsi veteranı, Zərdab rayonu Dəliquşçu kənd sakini Abdullayev Hafis Balaca oğluna məxsus 12 sot torpaq sahəm Eldəniz Həsənovun göstərişi ilə əlimdən qanunsuz olaraq alınıb, onun qardaşı Namiz Həsənovun adına sənədləşdiriblər. Hansıki, həmin torpaq sahəsini 2004-cü il tarixdə Dəliquşçu bələdiyyəsindən dövlət rüsumunu ödəyərək qanunu qaydada almışdım. Orda böyük bağ salmışdım ki, imkan olan kimi oğlum üçün ev tikdirərəm. Ancaq Kənd Təsərrüfatının şöbə müdiri Eldəniz Həsənov kəndə gələn zaman həmin torpağa gözü düşdüyü üçün, əlimdən qanunsuz olaraq aldırıb, qardaşının adına sənədləşdirmişdir.
Bütün kənd sakinləri Eldəniz Həsənovu mülkədar kimi tanıyır. Bu haqsızlıq mənə çox pis təsir göstərdi. Ürəyimdən cərrahiyyə əməliyyatı keçirdim. Mən Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak edən zaman Eldəniz Həsənov gizlənmişdi. İndi Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində özünü hegemon kimi aparır.

Mən Zərdab rayonu Dəliquşçu kənd sakini Mehrəliyev Araz Qardaşxan oğlu bildirirəm ki, atam Qardaşxan Mehrəliyev 2001-ci il tarixdə Dəliquşçu bələdiyyəsindən heyvandarlığın inkişafı məqsədi ilə 10 hektar torpaq sahəsini 15 illik müqavilə əsasında icarəyə götürmüşdü. Həmin torpaq sahəsində 18 nəfərdən ibarət ailəmiz zəhmətlə əkib-becərib, heyvandarlıqla məşğul olub dolanırdıq. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov və “Aqrolizinq” ASC-nin əməkdaşı Vüsal Həsənovun göstərişi ilə həmin torpaq sahəsi 2014-cü il tarixdə əlimizdən qanunsuz olaraq alınaraq, Namiz Həsənovun adına sənədləşdirilmişdir. Baxmayaraq ki, həmin icarə müqaviləsində qeyd edilən şərtlərə əməl etmişik, hər il icarə pulunu vaxtlı-vaxtında ödəmişik.
Atam Qardaşxan Mehrəliyev bu haqsızlığa dözə bilməyib vəfat etdi. İndi həmin 10 hektar torpaq sahəsində Eldəniz Həsənov və Vüsal Həsənov özlərinin ferma təsərrüfatı üçün taxıl və yonca əkdirilər.
Bu korrupsioner şəbəkənin Dəliquşçu kəndində on min başdan çox iri və xırda buynuzlu heyvan saxlanılan böyük fermaları var. Onların bu qanunsuz əməllrindən bütün camaat əziyyət çəkirlər.

Mən Zərdab rayon sakini Mirəliyev Cəlal Sırac oğlu, 2006-cı il tarixdə Zərdab rayonunun Qoşa oba kəndindən fərdi mənzil tikintisi üçün 7 sot torpaq sahəsini bələdiyyə sədri Xələf Hacıyevdən almışdım. Orada bağ saldım və mənzil inşa etdirməyə başladım. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov qanunu torpaqğımı saxtakarlıqla qanunsuz olaraq əlimdən aldırıb, oğlu Əli Həsənovun adına sənədləşdirdi. Həmin 7 sot torpaq sahəmin yanında əlavə olaraq 1 hektar torpaq sahəsini də digər oğlu Farizin adına sənədləşdirib, böyük bir bağ salmışdır. Həmin 1 hektar torpağı hasarlayıb 4-5 yerdən qapı qoydurmuşdur ki, kənardan baxan elə bilsin, bu torpaq sahəsi bir neçə nəfərə məxsusdur. Ancaq bu 1 hektar fərdi mənzil tikintisi üçün alınmış torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənova məxsusdur. Mənim ailəmə qarşı edilən bu haqsızlığa görə əsəb xəstəliyi tapdım, iki dəfə infark keçirdim.

Mən Zərdab rayonu Dəliquşçu kənd sakini Meralıyeva Məhluqə Niftalı qızı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənovun və əmisi oğlu Vüsal Həsənovun qanunsuz əməllərinin araşdırılıb, tədbirlər görülməsini Prezident cənab İlham Əliyevdən və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirəm. Eldəniz Həsənov bizim ailəyə məxsus torpağa qanunsuz olaraq sahiblənib, qardaşının adına sənədləşdirib. O kimdir ki, Dəliquşçu və ətraf kəndlərin sakinlərinin torpaqlarını qanunszuluqla əllərindən alıb, özününküləşdirib. Nə üçün bu faktlar araşdırılmır ?
Biz bu müraciəti böyük ümüdlə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova edirik. İnanırıq ki, Kənd Təsərrüfatı Nazirliyində korrupsiya şəbəkəsi yaratmış Eldəniz Həsənovun, onun əmisi oğlu Vüsal Həsənovun kasıb, dinc, zəhmətkeş insanlara qarşı etdikləri qanunsuz əməllər araşdırılıb barələrində ciddi tədbirlər görüləcək.

Eldəniz Həsənovun qardaşı Hamiz Həsənovun ali təhsili yoxdur, ancaq qardaşının və əmisi oğlunun himayəsi ilə Zərdab “Aqrolizinq” İdarəsinin müdiri vəzifəsinə təyin olunub. Həmin “Aqrolizinq”ə məxsus texnikaların çoxunu isə qardaşı Namiz Həsənova veriblər ki, oda Eldəniz Həsənova və Vüsal Həsənova məxsus fermer təsərrüfatında işlədilir. Kənddə taxıl biçdirilməsi üçün teknika qıtlığı olsa da, Həsənovların fermer təsərrüfatlarında “Aqrolizinq”ə məxsus texnikalar gecə-gündüz işləyir.
Eldəniz Həsənovun və əmisi oğlu Vüsal Həsənovun Bakı şəhərində çoxlu sayda mənzilləri, mülkləri, ticarət obyektləri, bahalı avtomobilləri var. Onların bu var-dövlətdən gözləri doymayıb, Zərdab rayonun Dəliquşçu və digər kəndlərində camaata məxsus halal qanuni torpaq sahələrini əllərindən qanunsuz yollarla alıb, özününküləşdirmişlər. Onlar bu pulları dövlət büdcəsini talamaqla əldə etmişlər. Onların fəaliyyəti ciddi araşdırılarsa, ağır cinayət əməlləri tam subut olunacaq. İnanırıq ki, yeni təyin olunmuş Kənd Təsərüfatı naziri cənab İnam Kərimov bu müraciətimizə diqqət ayırıb, təcili ciddi tədbirlər görəcək.
Hörmətli Prezident!
Hörmətli İnam Kərimov!
Sizdən çox -çox xahiş edirik, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənovun onun əmisi oğlu Vüsal Həsənovun cinayət əməllərini araşdırıb, onların barəsində ciddi tədbirlər görəsiniz”.
Qeyd edək ki, məktuba aşağıdakı kənd sakinləri imza atıb:
Abdullayev Hafis Balaca oğlu;
Mehraliyev Araz Qardaşxan oğlu;
Mirəliyev Cəlal Sırac oğlu;
Mehralıyeva Məhluqə Niftalı qızı.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb