Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun özbaşınalığı - VİDEO
Dunya / Bolge / Video
Oxunub: 1 570
26 iy 2018 | 11:02
Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun özbaşınalığı - VİDEO











Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov Fərman Hasil oğlu tərəfindən

ŞİKAYƏT

Keçən dəfə mənim şikayət video çıxışımdan sonra Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov mənə təzyiq etməyə başladı qardaşları üstümə hücum etdilər.Bu adam o qədər azğınlaşıb ki, qanunları belə saya salmır.Həttda Akif Kərimovun Müskürlü kəndində yaşayan qardaşlarıda özlərini kəndxuda kimi aparırlar.Qeyd edim ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi həmin su arxının açılmasına dair qərar çıxardı. Həmin qətnamənin isə icrasına Akif Kərimov maneəçilik yaradır.

Bilririəm ki, Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Müskürlü bələdiyyəsinin torpaqğını qanunsuz oaraq başqa şəxsə atmışdır. Nəticədədə bizim ailənin istifadə etdiyi su arxı ləğv edilmişdir.Bu səbəbdən susuzluğa görə ailə üzvülərim xəstə düşmüş, təsərrüfatım məhv olmuşdur.

Mən 1989-cu il tarixdə Müskürlü kəndində sovetlər dönəmində torpaq alıb ev inşa etdirib ailəmlə birlikdə yaşayıram.Həmin vaxtdanda istifadə etməyə suyu arx vasitəsi ilə həyətimə gətirmişdim. 30 ilə yaxın müddətdə həmin su arxından istifadə etmişəm.Qonşuluqda olan 6 sot boş torpaq sahəsini Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun əmisi oğlu və yeznəsi Vahid Kərimov alıb Ucar rayon sakini Qurbanov Vüsal Fərman oğluna satmışdı.Həmin torpaq sənəddə 6 sot olsada Vahid Kərimov bizim istifadə etdiyimiz su arxı olan 2 sot torpaq sahəsinidə ora qataraq qohumu Akif Kərimovun köməkliyi ilə ora sənəd almışdır.Bu isə açıq-aşkar cinayət əməlidir ki, Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun rəhbərliyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəhbərliyi bunu etmişdilər.

Bu korrupsiya cinayətinin nəticəsində mən və ailə üzvülərim sudan istifadə edə bilmirik.Hnası ki, Göyçay rayon Məhkəməsinin 09 dekeabr 2016-cı il tarixli qətnaməsi ilə həmin sözügedən 2 sot torpaq sahəsinin Vüsal Fərman oğlu Qurbanov tərəfindən zəbt edilməsi təsdiq edilmişdir. Həmin zəbt edilmiş torpaq sahəsinə daxil edilmiş su yolunun açılması qət edilmişdir.Məhkəmənin qətnaməsinin icrasına isə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov təsir göstərir imkan vermir.

Mənim istifadə etdiyim su arxının keçdiyi 2 sot torpaq sahəsinin Müskürlü bələdiyyəsinə məxsus olmasına dair bələdiyyə sənədi və yaradılmış komissiyanın aktı var.Həmçinin Müskürlü bələdiyyəsinin sədri Qorxmaz Bəyalıyev bunu video müraciətində də qeyd edir.Buna görə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov bələdiyyə sədri Qorxmaz Bəyalıyevi şantaj edir ona təzyiq göstərməyə çalışır.Korrupsiyaya qurşanmış Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun bu əməlləri araşdırılmalı və barəsində ciddi tədbirlər görülməlidir.


Qarşı tərəf mövqe bildirdi

   Bu günlərdə Göyçay rayonunun Müskürlü kənd sakini Həsrətov Fərman Hasil oğlutərəfindən redaksiyamızın elektron poçtuna şikayət ərizəsi göndərilmişdi. Müraciət müəllifi qeyd edir ki, yaşadığım evin qonşuluğunda olan 6 sot boş torpaq sahəsini Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun əmisi oğlu və bacısının həyat yoldaşı Vahid Kərimov alaraq, həmin torpaq sahəsini Ucar rayon sakini Qurbanov Vüsal Fərman oğluna satmışlar. Bundan əlavə, həmin sahəyə aid sənəddə torpaq sahəsi 6 sot olsa da, Vahid Kərimov bizim istifadə etdiyimiz və su arxı keçən 2 sot torpaq sahəsini də ora qataraq, yaxın qohumu Akif Kərimovun köməkliyi sayəsində həmin sahələrə sənəd əldə edə bilirlər. Şikayətçi onu da vurğulayır ki, belə bir işlərdə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov yaxın qohumlarına lazımi dəstək verir. Hətta, adları çəkilən şəxslər onun rəhbərliyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsindən sənəd də əldə edə biliblər. Şikayətçi ünvanladığı müraciətində onu da vurğulayır ki, çıxarılmış məhkəmə qətnamələrinin icraasına Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov heç cür imkan vermir.

     Sadalanan ittihamlarla bağlı KİV haqqında Qanunun tələblərini əsas tutaraq qarşı tərəflə əlaqə saxladıq. O halda ünvanladığımız sualları cavablandıran Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov bildirdi ki, “Fərman Həsrətovun səsləndirdiyi ittihamlar şər-böhtandan başqa bir şey deyil. Çünki, ortada qarşı tərəfin iddia etdiyi kimi heç bir məhkəmə qətnaməsi yoxdur və mən bir ədlliyyə işçisi olaraq, heç zaman belə bir məsələlərə müdaxilə etməmişəm. Çünki, mən hər zaman qanun-qaydanı gözləyən, onun tələblərinə əməl edən şəxs olmuşam. Belə bir səbəblər üzündən də, 26-iyul 2018-ci il tarixdə Azerinfo.az saytında yerləşdirilmiş, amma əvvəlcədən araşdırılmamış
“Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun özbaşınalığı-VİDEO” başlıqlı açıqlamanın dərcinə görə, qarşı tərəfdən üzrxahlıq edirik. Onu da bildirək ki,ünvanlanan müraciətlərin araşdırılmadan dərc olunması, KİV haqqında Qanunun tələblərinə də ziddir. Ona görə də, çoxsaylı oxucularımızdan bütün bunları nəzərə almağı xahiş edirik.


                                                                       Azerinfo.az
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO