Suriyanın İdlib rayonunun əhalisi Ərdoğana müraciət etdi: - “Biz Osmanlının bir parçası olmuşuq, türk əsgərini göndərin…”
Dunya / Hadise
Oxunub: 736
28 iy 2018 | 17:30
Suriyanın İdlib rayonunun əhalisi Ərdoğana müraciət etdi: - “Biz Osmanlının bir parçası olmuşuq, türk əsgərini göndərin…”















Suriyada Əsəd rejiminin aramsız hücumlarına məruz qalan, müxaliflərin yerləşdiyi İdlib rayonunun 153 nəfərlik idarə məclisi Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.

Avropa.info xəbər verir ki, 2016-cı ildə İdlib sakinləri tərəfindən seçilən idarə məclisi Türkiyəyə “bizi xilas edin” çağırışı ünvanlayıb.

Müraciətdə PKK, Rusiya, Əsəd və İran dəstəkli militanların cənub və qərb istiqamətlərindən hücum hazırlıqlarına başladığı bildirilir.

“PKK, Rusiya, Bəşər Əsəd və İran dəstəkli milislər cənub və qərb istiqamətlərində hücum hazırlıqlarına davam edir. Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edirik. Hazırda İdlibdə 3 milyon 489 min vətəndaş yaşayır və xahiş edirik bizə yardım edin. İdlib üzərində oynanan oyunlar ancaq türk əsgərinin təhlükəsizliyə əl qoyması və idarə etməsi ilə pozular.

Suriya bundan əvvəl Osmanlıya tabe olan torpaq parçası idi və biz bunu unutmamışıq. Türkiyənin bizi unutmayacağına inamımız tamdır. Türk hökuməti və türk xalqı ilə hədəfimiz, əqidəmiz eynidir” – müraciətdə belə deyilir.

Qeyd edək ki,Suriyada dikatoru Bəşər Əsəd, İdlibliləri və Mülki Müdafiə (Ağ Dəbilqəlilər) işçilərini öldürməklə təhdid edib. Əsəd, Rusiyanın TASS xəbər agentliyinə verdiyi müsahibədə, “İdliblilər ya təslim olacaq, ya da öləcəklər” ifadəsini işlədib.

Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Əbdürrəhman Mustafa isə Şərq Quta, Rakka və Humusta baş verən deportasiya hadisələrinə bənzər bir hadisənin İdlibdə də baş verəcəyindən narahat olduqlarını bildirib.

“Rusiya və İranın İdlibə qarşı təhdidlərindən görə narahatıq. Bunun yeganə həlli Türkiyənin İdlibə təminatçı kimi girməsidir. Türkiyə faktiki olaraq Suriya ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə onsuz da var” – Əbdürrəhman Mustafa belə deyib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO