Balakəndə sakinlər nədən giley edir? - İcra hakimiyyətindən isə deyirlər ki...
Dunya / Bolge
Oxunub: 773
30 iy 2018 | 18:19
Balakəndə sakinlər nədən giley edir? - İcra hakimiyyətindən isə deyirlər ki...














Balakən sakinləri illərdir su üzünə həsrət qalıblar. Xüsusilə də yaz və payız aylarında, yağışların çox yağdığı dövrdə krantlardan su əvəzinə, sözün əsl mənasında, palçıq gəlir. Sakinlərə verilən su nə təmizlənir, nə də ki, sterilizə olunur. Ümumiyyətlə, şəhərin su və kanalizasiya sisteminin köklü surətdə dəyişdirilməsinə ehtiyac var.

Bu problem sözügedən bölgənin sakinlərinin illərdir həllini gözlədiyi məsələdir. İlin əksər vaxtlarında suyun lilli gəlməsi artıq adi hal alıb. Şəhərin su təmizləyici qurğularının işlək vəziyyətdə olmaması, mövcud sistemin əhalinin tələbatını ödəməməsi, su təmizləyici aqreqatların yoxluğu vəziyyətin acınacaqlı hal almasına gətirib çıxarıb. Əsasən də yağmurlu havalarda Balakənin sularında "inci saflıq"dan əsər-əlamət qalmır.

Susuz qalan rayon sakini problemləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıblar.

Sakin Sədaqət Məmmədli bunları deyib: "Balakən şirin su qaynaqları ilə zəngindir, çayları bol suludur. Buna baxmayaraq, bir həftədir krantlarımızdan su əvəzinə palçıq gəlir. Əhaliyə Balakən çayının suyunu verirlər. Bu su çox zərərlidir. Hələ 1978-ci ildə Balakən çayının suyunun əhaliyə verilməsi qəti qadağan edilib. Amma biz bu gün bu suya möhtac qalmışıq".

Digər rayon sakini Tamella Yusifova isə qeyd edib ki, suyun lilli gəlməsi ilə yanaşı əksər hallarda suları tamamilə kəsilir: "Palçıqlı su verirlər, bu da azmış kimi, iki gündən bir suyu kəsirlər. Su gələndə də palçıq boruları tutur. Sonra da düşürük simlərlə, nasoslarla boruları açmaq dərdinə. Suyumuz 10 gündür heç gəlmir, çünki boruları aça bilmirik. Bu istidə susuz qalmaq isə dəhşətdir".

Rayon sakini Zahid Mehdiyev də su sarıdan əziyyət çəkənlər sırasındadır: "Sular lillidir, üstəlik tez-tez kəsilir. Bu azmış kimi, utanmadan millətdən bu suya görə pul da yığırlar. Pulu verməyəndə də suyu kəsirlər".

Baləkən Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nurullah İbrahimov məsələ ilə bağlı Sputnik Azərbaycan-a verdiyi açıqlamada yaranmış vəziyyətdən xəbərdar olduqlarını bildirib. Qeyd edib ki, hazırkı vəziyyətdə bu problemin həlli qeyri-mümkündür.

"Sözügedən bölgədə su-kanalizasiya xətti köhnə olduğu üçün mövcud problem hələ bir müddət də yaşanacaq. Balakəndə illərdir su təchizatı və kanalizasiya sistemlərində problem var. Sular, yaz və payız aylarında yağışların çox yağması ilə əlaqədar daha çox lillənir. Bu da ona görədir ki, su təmizləyici qurğular işlək vəziyyətdə deyil" – şöbə müdiri deyib.

Onun sözlərinə görə, dağdan gələn suda problem olduğu üçün Balakən çayından drenaj yolu ilə su götürülür: "Balakən çayı yağış yağanda lilli olur. Bununla bağlı müraciət etmişik, artıq bu məsələ dövlət proqramında öz əksini tapıb. Yəqin ki, yaxın vaxtlarda problem öz həllini tapacaq".

Su həyat mənbəyidir. Sözsüz ki, suyun bu cür çirkli olması böyükdən tutmuş kiçiyədək hər kəsin sağlamlığına ciddi təhlükədir. Çirkli sudan istifadə edən insanlarda müxtəlif xəstəliklərin yaranması qaçılmazdır.

Xatırladaq ki, Balakən Azərbaycanın şimal-qərb qapısıdır. Bura hər il milyonlarla xarici və yerli turist gəlir. Barəsində danışdığımız bölgədə yerli turizmin inkişafı üçün hər cür şərait var. Sudan başqa… Su tapılmayan bölgədə turizm sektorunun inkişafını gözləmək isə ağılsızlıq olar!
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi