“Paşinyanın addımları Qarabağın itirilməsilə nəticələnəcək” - Rusiyalı ekspert
Dunya
Oxunub: 694
30 iy 2018 | 20:16
“Paşinyanın addımları Qarabağın itirilməsilə nəticələnəcək” - Rusiyalı ekspert
















Qatı ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edərək bildirib ki, onu da keçmiş prezidentlərin taleyi gözləyir.
AzVision.az xəbər verir ki, “Svobodnaya Pressa” qəzetinə müsahibə verən Yevseyevin fikrincə, Paşinyan qərb stulunda oturmaqla Ermənistanın beynəlxalq arenadakı mövqeyini dəyişmək niyyətindədir. Lakin buna cəhd edərkən mövcud reallıqları görməzlikdən gəlir və belə bir şəraitdə Rusiyanın hələ də Ermənistanın təhlükəsizliyini təmin etməsini və əvvəlki ölçüdə dəstək verməsini istəyir ki, bu da tamamilə absurd və qəbuledilməzdir.

“Serj Sarkisyan iki stulda əyləşmişdi. Nikol Paşinyan isə başlıca olaraq, qərb stulunda əyləşmək istəyir. Amma bununla belə, Rusiyadan müəyyən imtiyazlar - ucuz təbii qaz, güzəştli şərtlərlə silah almaq istəyir. Və tələb edir ki, Rusiya Ermənistanı müdafiə etsin, onun təhlükəsizliyini qorusun. Əgər istəyirsən ki, səni Qərb dəstəkləsin, onda qoy Dağlıq Qarabağ bölgəsində də səni Qərb qorusun. Qoy Türkiyə qarşısında sənin təhlükəsizliyinlə NATO-nun üzv dövlətləri məşğul olsunlar. Əgər Qərblə daha sıx əməkdaşlığa niyyətlisənsə, təhlükəsziliyinin qayğısına da Qərbdəki tərəfdaşların qalsınlar”, – deyə Yevseyev bildirib.

Rusiyalı ekspert Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun 2008-ci ilin mart qırğınında ittiham edilməsinə də münasibət bildirərək, bunu Rusiyaya qarşı təxribat kimi qiymətləndirib. Onun sözlərinə görə, Paşinyanın bu davranışları birtərəflidir və Ermənistan konstitusiyasına ziddir: “KTMT-yə üzv olan dövlətlərin əksəriyyəti təşkilatın baş katibi postuna Ermənistandan bir nümayəndənin təyin edilməsinə ciddi şəkildə qarşı çıxırdılar. Xüsusən də Qazaxıstan. Nəticədə uzun müddət bu post boş qaldı. Xaçaturov yalnız böyük çətinliklərdən sonra 2017-ci ildə baş katib təyin edildi. Amma indi Ermənistan rəhbərliyi Rusiya ilə məsləhətləşmədən Xaçaturovu dövlət çevrilişində ittiham edir. Və bütün bunlar Paşinyanın Brüsseldəki NATO sammitinə qatılması, alyansın üzvlərini Ermənistana siyasi dəstəkdən əlavə, lazımi maddi kömək göstərməməkdə ittiham etməsi fonunda baş verir. KTMT-də onsuz da bir çox problemlər var və aydındır olur ki, Ermənistan rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa çalışır.”

Yevseyev Konstitusiyanı pozaraq keçmiş prezidenti həbs edən Paşinyana xəbərdarlıq edib, bildiib ki, o da nə zamansa Koçaryanın yerində ola bilər. “İstənilən hadisə təkrarlana bilər. Əgər Paşinyan Serj Sarkisyanı təzyiq yolu ilə hakimiyyətdən uzaqlaşdıra bildisə, gələcəkdə ona qarşı da analoji vəziyyət yaranmayacaq ki? Oliqarxlarla mübarizə aparmadığı, əksinə bir qrup oliqarxı başqaları ilə əvəzlədiyi aydınlaşanda Paşinyan da eyni bumeranqı alacaq” ,- deyə rusiyalı ekspert bildirib.

Yevseyev yekunda xüsusilə vurğulayıb ki, cəmi bir neçə aydır Ermənistana rəhbərlik edənlər hansı şəraitdə olduqlarını dərk etmədən qısa müddət ərzində özlərinə böyük zərbə vurublar, ən çox da Dağlıq Qarabağ münaqişəsi baxımından: “Onlar ümumiyyətlə anlayırlar ki, necə bir şəraitdədirlər? Azərbaycan Qarabağda hərbi əmliyyatların bərpasına hazırlaşır. Naxçıvan bölgəsində vəziyyət gərginləşir. Türkiyə də ora aktiv şəkildə cəlb olunur. Ermənistanın sərhədlərində vəziyyət getdikcə daha da pisləşir. Ermənistanı ciddi problemlər gözləyir, hətta o dərəcədə ki, Qarabağı itirə bilər. Əgər fikirləşirlərsə ki, təhlükəsizlik zonasını verməklə Dağlıq Qarabağı saxlamaq mümkün olacaq, hərbi ekspert kimi buna ciddi şübhəm var. Bunun ardınca Qarabağ da bütünlüklə Azərbaycana veriləcək”.

Yevseyev onu da vurğulayıb ki, Qarabağ münaqişəsində Paşinyan hökuməti Rusiyadan heç bir kömək gözləməsin və məsələni dramatikləşdirməsin, çünki bu, Moskvanın problemi deyil. “Ermənistan özü-özünə problem yaradır və nəticələri barədə düşünmür. İrəvan atdığı addımların nələrə gətirib çıxaracağını anlamalıdır.” – deyə rusiyalı ekspert bildirib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...