Xaçmazda sakinləri dağa-daşa salan kimdir? - GİLEY
Dunya / Bolge
Oxunub: 895
8 avq 2018 | 21:55
Xaçmazda sakinləri dağa-daşa salan kimdir? - GİLEY















Xaçmaz rayonu Mollabürhan kəndinin bir qrup sakini “Şimal xəbərləri”nə ərizə ilə müraciət edib. Onlar yazırlar ki, yaşadıqları ərazi Qudyalçayın kənarında yerləşir. Əvvəllər çayın üç yerindən kəndə suvarma suyu verilirdi. Lakin SİB yaranandan sonra həmin bəndlər bağlanıb. Səbəb də su pulunun yığıla bilməməsi olub. Lakin SİB də problemi həll edə bilmir. Əhali ilə heç bir müqavilə bağlamayıb, növbəlilik prinsipi də yoxdur. Sakinlər bildirirlər ki, SİB tərəfindən suyun hər min kubmetri 50 qəpiyə alınır, əhaliyə isə 11,5 AZN-yə satılır. Nə arxlar təmizlənir, nə də vaxtında su verilir. Bir neçə il öncə H. Əliyev adına fond kənddə iki subartezian quyusu qazılması üçün külli miqdarda vəsait ayırıb. Lakin hər iki quyu SİB-in sədri Süleyman Kərimovun şəxsi təsərrüfatında vurulub. Onlar da indiyədək işləmir. Çünki su quyularını ümumi su quyularına qoşmaq mümkün deyil. Bundan əlavə, dəyəri yüz min manatlarla olan quyulardan biri SİB rəhbərinin Qəçrəş palasadakı şəxsi təsərrüfatında vurulub. Baxmayaraq ki, beş evdən ibarət olan bu yaşayış məntəqəsində çoxsaylı təbii bulaqlar var. Kəndliləri narahat edən bir məsələ də budur ki, müqaviləsiz su pulunun yığılması nə dərəcədə düzgündür. Bundan başqa su pulu hər gün yığıldığı halda qəbzlər rəhbərliyin istədiyi gün və istədiyi məbləğdə yazılır. Nəzarətçi Nurulla Abdurrahmanov sakinlərə bildirir ki, onların 50-450 manat borcları var. Hansı ki, qarşılıqlı üzləşmə aparılmadan müxtəlif rəqəmlər ortalığa çıxıb. Nəzarətçi iddia edir ki, Mollabürhan kəndinin SİB-ə ümumilikdə 18 000 manat borcu var.

Kənd sakinləri SİB rəhbərliyini və nəzarətçini artıq su pulu almaqda, vergi məsələsində, yerli orqanları isə onların fəaliyyətinə göz yummaqda ittiham edirlər. Onlar iddia edirlər ki, nəzarətçiyə artıq pul verilməsə su vermir.

Kənd sakinlərinin müraciəti ilə bağlı Xaçmaz rayon suvarma sistemləri idarəsinin baş mühəndisi Xaləddin Məlikovla əlaqə saxladıq. Həmsöhbətimiz bildirdi ki, rayonda 15 SİB fəaliyyət göstərir, onlar seçkili orqanlardır. İdarə yalnız ümumi nəzarət həyata keçirir. “Biz müxtəlif mənbələrdən suyu götürüb min kubmetrini 50 qəpiyə SİB-lərə satırıq. Birliklər suyu satmaqda sərbəstdirlər, fərqli qiymətlər ola bilər. Əhalidən qəbzsiz pul yığmaq olmaz.” X. Məlikov onu da əlavə etdi ki, Mollabürhan kəndinə komissiya göndəriləcək.

Maraqlıdır, 50 qəpiklik suvarma suyu hansı əsaslarla əhaliyə 11,5 AZN-yə satılır? Mollabürhan sakinləri bir neçə ildir ki, yerli SİB-dən narazılıq edirlər. Lakin şikayətlərinə məhəl qoyulmur. Bəs sakinlərin nəzarətçinin iddia etdiyi 18 000 manat borcu haradan yaranıb? Müqavilə bağlanmadığı halda kim sübut edə bilər ki, vətəndaşlar birliyə bu qədər borcludurlar? Axı müqavilə niyə bağlanmır? Nə üçün kəndlilər nağd şəkildə pul ödəyirlər? Yığılan vəsaitlərdən nə qədər vergi və sığorta ödənişi həyata keçirilir? Ümumiyyətlə, gözdən uzaq qalmış SİB-lərin fəaliyyətindəki hərc-mərcliyə nə vaxt son qoyulacaq? Açıq suallardır. Bizcə, aidiyyatı dövlət qurumları hərəkətə keçməli, kəndliləri dövlətdən incik salan bəzi SİB-lərin maliyyə fəaliyyətini araşdırmalıdırlar.
“Şimal xəbərləri”
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi