Elxan Usubov Şəkini necə xarabaya çevirir... - İTTİHAM VAR
Dunya / Bolge
Oxunub: 845
20 avq 2018 | 20:56
Elxan Usubov Şəkini necə xarabaya çevirir... - İTTİHAM VAR















İcra başçıları xırda mağazalardan tutmuş iri torpaq sahələri, obyektlərin satışına və istifadəsinə qədər bütün sahələrə əl qoyurlar.
Araşdırdığımız məlumatlara görə İDDİA OLUNUR ki, Şəki şəhərinin icra başçısı Elxan Usubovun belə icra başçılardandır. Belə ki, Azərbaycanın tarixi şəhərlərindən sayılan, ilin bütün fəsillərində xarici qonaqları olan Şəki şəhəri həmişə hökümətin diqqət mərkəzində olub. Şəhərin tarixiliyinin qorunması istiqamətində dəfələrlə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Statistik rəqəmlərə görə, son üç ildə Şəki şəhərinə təxminən 10 milyon manatdan çox maliyyə vəsaiti ayrılıb. Amma gəl ki, bu pulların hara və necə xərcləndiyi bəlli deyil.
5 ilə yaxın Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olan, rayondakı problemləri bir az da dərinləşdirən Elxan Usubov 2011-ci ildə Şəki şəhərinə icra başçısı təyin olundu. Elə Şəkinin ağır günləri də bundan sonra başlayıb.
Rayodakı sahibkarlardan daxil olan məlumatda deyilir ki, rayondakı abadlıq-quruculuq işləri üçün pul verməkdən beziblər. Dövlət büdcəsindən ayrılan vəsaitin hara xərcləndiyi bəlli deyil.
Məlumatda qeyd olunur ki, Elxan Usubov rayonun idarəsini müavini Həsən Həsənova həvalə edib.

H.Həsənovun isə “kəsdiyi başa” zaval yoxdu. Şəhərin bütün tarixi binalarının zirzəmilərini satıb. Zirzəmiləri alanlar isə burada qazıntı işləri aparıb mağaza tikiblər. Nəticədə isə tarixi binalar təhlükəli vəziyyətə düşüb.
Bundan başqa icra başçısının göstərişi ilə, müavin Həsən Həsənov tez-tez sahibkarlarla görüşür rayondakı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi adı altında pul istəyir. Bundan imtina edən sahibkarlar isə incidilir.
Ən ciddi məqam isə Şəkinin bələdiyyə sədrinin neçə seçilməsi, onun icra başçısına nə qədər yaxın olması məqamlarıdır. Belə ki, E.Usubov müavini Həsən Həsənovun köməkliyi ilə özünun yaxın qohumu olan Elşad İbadovu Şəkiyə bələdiyə sədri seçdirib. Təbii ki, bu seçim icra başçısına və Həsən Həsənova böyük imkanlar açır.
Iicra başçısı rayonda böyük “Sünbül” çörəkbişirmə sexi tikdirib. Sex faktiki olaraq Elşad İbadovun adınadır, amma başçıya məxsusdur. Çörək zavodu tikiləndən sonra rayonda bu bizneslə məşğul olan sahibkarların işi əməlli-başlı zəifləyib. Çünki icra başçısı bütün dükan və market sahiblərinə çörəyi ona məxsus sexdən almağı tapşırıb.
Ümumiyyətlə, başçının biznes obyektlərinin bir çoxuna məhz bu adam nəzarət edir. İcra hakimi onu bələdiyyə sədri vəzifəsinə qoymaqla müəyyən planlarını həyata keçirmək niyyətindədir. Həmçinin rayondakı dayaqlarını mökləmləndirir.
Beləliklə, icra başçısı Elxan Usubov böyük pullar qazansa da, tarixi Şəki şəhəri yavaş-yavaş itib-batır.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO