Çörək bahalaşdı - Ermənistanda
Dunya
Oxunub: 612
27 avq 2018 | 14:15
Çörək bahalaşdı - Ermənistanda














Erməni lobbisi də daha baş nazirin islahat potensialına inanmır; Avropa Erməni Assosiasiyaları Forumunun sədri: "Onun hökuməti çox tez yıxılacaq”; Qərbdən böyük para uman Paşinyan isə "Rus NATO-su”nun baş katibi olmaq istəyir – nonsens?
2018-ci il 8 may "məxməri inqilabı” ilə silkələnən işğalçı Ermənistan hələ də özünə gələ bilməyib. Ölkədə siyasi qeyri-müəyyənlik davam etməkdədir. "Qarabağ klanı”nın 20 il davam edən talançı və istibdad rejiminin çökdüyü elan edilsə də, yerində daha yaxşısının qurulması yönündə real iş getdiyi də müşahidə olunmur.
Sabah - avqustun 17-də inqilabçı baş nazir Nikol Paşinyanın yeni postu tutmasının 100 günü tamamlanır. Ancaq onu hakimiyyətə gətirmiş narazı kütlənin əsas gözləntiləri doğrulmamış qalır. Söhbət hər şeydən öncə əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırmaqdan, iş yerləri açmaqdan və ölkədən kütləvi köçü səngitməkdən gedir.

Əksinə, belə görünür ki, vəziyyətin daha betər istiqamətdə inkişaf edəcəyindən yana narahatlıq var. Məsələn, artıq aparıcı erməni mediası bir neçə dəfə yazıb ki, Rusiya Qərbə can atan Paşinyan hökumətini cəzalandırmaq üçün il sonu Ermənistana satdığı təbii qazın qiymətini qaldıracaq. Bu isə avtomatik şəkildə elektrik enerjisinin və zəruri ərzaq məhsullarının da bahalaşmasına gətirəcək.

*****

Sözsüz ki, daxildəki revanşist qüvvələr, ilk növbədə də "Qarabağ klanı” və onlara bağlı oliqarxlar da fürsət gözləyir ki, Paşinyanın ayağı büdrəsin. Gələn məlumatlara görə, qalmaqallı həbslərdən və eks-prezident Robert Köçəryanın azadlığa buraxılmasından sonra bu qüvvələr daha da ruhlanıb. İstisna deyil ki, onlar Kremlin "dirijor çubuğu” ilə tezliklə hökuməti gözdən sala biləcək sabotaj xarakterli addımlar atacaqlar.

Yeri gəlmişkən, Paşinyan baş nazirliyinin 100-cü gününü Azadlıq meydanında mitinqlə qeyd eləməyə hazırlaşarkən məlum olub ki, Ermənistanda un bahalaşıb. Bu barədə "Qraparak” qəzeti yazıb.

"Çörək sexi olan iş adamlarından biri deyib ki, dünəndən (srağagündən - red.) bir kisə unun (50 kq) qiyməti 1 dollar bahalaşıb. Əgər sahibi deputat Samvel Aleksanyan olan un zavodu bir neçə gün öncə 50 kiloluq un kisəsinin 22 dollara satırdısa, artıq 23 dollara satır. Nəzərə alsaq ki, adıçəkilən zavod bazarda inhisarçı mövqeyə sahibdir, o zaman zəncirvari prinsip üzrə unun qiyməti başqa zavodlarda da artacaq. Bu da o deməkdir ki, tezliklə çörək bişirən yerlər də ya çörəyi bahalaşdıracaq, ya da onun çəkisini azaldacaq”, - deyə nəşr qeyd edib.

Çörək isə 1 nömrəli zəruri ərzaq məhsulu sayılır. Beləcə, inqilab eləmiş ermənilərin dolanışığı yaxşılaşmaq əvəzinə, pisləşməyə, yaşayış minimumu qalxmaq əvəzinə, enməyə üz tutub. Bu, 100 gün üçün Paşinyana ciddi sürprizlərdən sayıla bilər. Çünki baş verənlər onun ictimai reytinqinə zərbədir.

*****

Yaranmış durumun başlıca səbəblərindən biri də ötən 100 gündə Paşinyan hökumətinin Ermənistan üçün ciddi maliyyə qaynaqları və sərmayəçilər tapa bilməməsidir. Bu yöndə həm baş nazirin, həm də prezident Armen Sərkisyanın səyləri nəticə verməyib. Məsələ ondadır ki, Qərbin qərar verən mərkəzləri də, xaricdəki imkanlı erməni lobbisi də maliyyə dəstəyi qarşılığında yeni erməni hökumətindən dərin islahatlar aparmağı, köhnə sistemi kökündən sökməyi və Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağı tələb edir. Bu isə asan məsələ deyil.

Bunun qeyri-mümkünlüyünü artıq Qərblə yanaşı, diasporda da anlamağa başlayıblar.

"Mən bu mitinqin məqsədini anlamıram. Nikol Paşinyan mitinqlər vasitəsilə, Serj Sərkisyana nifrət dalğasında hakimiyyət zirvəsinə qalxıb. İndi də o, eyni yolu gedir - hansı yol ki, mənim fikrimcə, çox pisdir”. "Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am portalına müsahibəsində Avropa Erməni Assosiasiyaları Forumunun sədri, Serj Sərksiyanın qatı əleyhdarlarından olmuş Aşot Qriqoryan Paşinyanın 100 günlə bağlı sabaha təyin etdiyi mitinqi dəyərləndirərkən söyləyib.

Qriqoryan sərt tənqidlərinə davam edərək deyib: "Gəlin səmimi olaq: ölkədə öz həyatında müsbətə doğru iqtisadi dəyişiklik hiss edən varmı? Məncə, yox. Gerçəyi gizlətmək olmaz axı. Ziyalıların 90 faizi artıq tərəddüd içindədir ki, nədir bu baş verənlər, yeni hökumətdən gözləntilərimiz, inqilabdan sonra dərhal baş verməli olan iqtisadi bum nə oldu bəs? Bu xüsusda siz hər yerdə şübhə, inamsızlıq görə bilərsiniz. Təəssüf ki, mən də həmin qrupa aidəm - hansı qrup ki, hesab edir ki, gözləntilər nəinki doğrulmayıb, aydan-aya adamlar bir az da məyus olacaqlar. Və təxminən inqilaba kimi olan vəziyyətə bənzər vəziyyət yaranacaq. Artıq gördüyümüz kimi, bu inqilab yox, hakimiyyət dəyişikliyi olub - dəhşətli, antimilli Serj Sərkisyan rejimi böyük ümidləri olan gənc adamlar tərəfindən devrilib. Ancaq bu adamlar ümidlərdən başqa heç nəyə - nə bacarığa, nə təcrübəyə, nə də peşəkarlığa malik deyillər”.

Diaspor rəhbərinin sözlərinə görə, eyforik vəziyyətdə olan indiki hakimiyyət heç bir iradı qəbul eləmək, öz ünvanına obyektiv tənqidi dinləmək iqtidarında deyil. "Belə şəraitdə bu cür hakimiyyət adətən tez yıxılır və iqtidara gerçəkdən də nələrisə etməyi bacaranlar gəlir”, - deyə o əlavə edib.

*****

Paşinyan isə bu arada Rusiyadan uzaqlaşmaq əvəzinə, "Rus NATO-su”nun - KTMT-nin baş katibi olmaq istəyir. Srağagün keçirilən KTMT-nin Daimi Şurasının son iclasında Ermənistan nümayəndəsi təklif edib ki, qurumun nizamnaməsi dəyişdirilsin və yeni nizamnaməyə əsasən onun baş katibi postunu baş nazir tutsun.

Bu da sizə indi qərbçi Paşinyanın Rusiyadan uzaqlaşmaq əvəzinə, ona daha da yaxınlaşmaq üçün elədiyi növbəti reverans, jest. Bunun üstündən Qərbdən və lobbidən "islahatlar” üçün böyük para istəməyin yeri qalırmı?..

müsavat.com
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...