Spirtli içkini az içmək də orqanizm üçün zərərlidir — Yeni tədqiqat
Dunya / Hadise
Oxunub: 614
28 avq 2018 | 11:53
Spirtli içkini az içmək də orqanizm üçün zərərlidir — Yeni tədqiqat
















Alkoqollu içkilərin insan orqanizminə təsiri ilə bağlı yeni tədqiqatın müəllifləri qəti nəticəyə gəliblər: spirtli içkilərin hər hansı dozası insan orqanizminə zərər verir və hökumətlər insanlara bu zərərli vərdişdən birdəfəlik çəkinməyi tövsiyə etməlidir.
Bu qəti rəyin müəllifləri ABŞ-ın Vaşinqton Universitetinin tədqiqat qrupuna daxil olan alimlərdir. Aparılan geniş tədqiqatın “Lancet” tibb jurnalında dərc olunan nəticələrinə görə, 2016-cı ildə alkoqollu içkilər 2,8 milyon insanın ölümünə səbəb olub.

Tədqiqatın nəticələrinə görə, gündə 1-2 qədəh pivə, yaxud şərab içməyin sağlamlıq üçün təhlükəsiz olması barədə fikirlər də yanlışdır. “Elmi nöqteyi-nəzərdən sübut olundu ki, spirtli içkilərin təhlükəsiz dozası yoxdur”, - deyən tədqiqat müəllifləri bu yanaşma tərzinə qəti mövqelərini bildiriblər.

Alimlər ABŞ-ın Sağlamlığın Qiymətləndirilməsi İnstitutunun 1990-2016-cı illərdə dünyanın 195 ölkəsində apardığı tədqiqatların nəticələrindən də istifadə ediblər. Bu müddətdə aparılan 529 tədqiqat nəticəsində alkoqollu içkilərdən istifadə edən 28 milyon insanın sağlamlığının pozulması faktları qeydə alınıb. Gündə bir qədəh qırmızı şərabın ürək-damar və şəkərli diabet xəstəliklərinə faydalı olması barədə fikirlər də bu tədqiqat zamanı təkzib olunub. Hətta spirtli içkilərin onkoloji xəstəliyə tutulma ehtimalını artırması, xüsusilə qadınlarda döş xərçənginin yayılmasında mənfi rol oynadığı da müəyyən edilib. Belə ki, Britaniyada hər 13 onkoloji xəstəlikdən birinin alkoqol mənşəli olduğu üzə çıxıb. Gənclərdə isə vərəm xəstəliyinin böyük bir hissəsinin, habelə yol qəzaları və intiharların çoxunun spirtli içkilərlə əlaqəli olduğu məlum olub.
Tədqiqatlar onu da göstərib ki, dünyada hər üç nəfərdən biri – 2,4 milyard insan müəyyən fasilələrlə spirtli içkilərdən istifadə edib. Alkoqollu içki içənlərin dörddəbiri qadınlar, 39 faizi isə kişilərdir. Ən çox spirtli içki istifadəçiləri Danimarkadadır. Bu ölkədə qadınların 95,3 faizi, kişilərin isə 97,1 faizi alkoqollu içki içir. Ən az spirtli içki içilən ölkələr isə Pakistandır (0,8 faiz).

Tədqiqatın rəhbəri, professor Emmanuella Cakidounun sözlərinə görə, bəzi ölkələrdə alkoqollu içki istifadəçilərinin sürətlə artması sağlamlıq problemləri ilə yanaşı, iqtisadi və sosial çətinliklərə də səbəb ola bilər. “Hökumətlərin bu sahədə sərt nəzarət tədbirləri həyata keçirməsi həyati əhəmiyyət daşıyır. Bütün dünyanın bu cür tədbirlərə və alkoqoldan xilas olmaq üçün sağlamlıq proqramlarına ehtiyacı var. Bu tədbirlərə spirtli içkilər üzərində vergilərin artırılması, satış saatlarının məhdudlaşdırılması, reklamların qadağan edilməsi daxildir”, - deyə professor hökumətlərə tövsiyələrini açıqlayıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO