Qazaxda işçilərin haqqını yeyən var... - GİLEY
Dunya / Bolge
Oxunub: 772
31 avq 2018 | 13:18
Qazaxda işçilərin haqqını yeyən var... - GİLEY














"Bəyaz-Bərəkət” çörək sexində bişən bir çox təamların keyfiyyətsiz olduğu, istehsal prosesində tələb olunan sanitar-gigiyenik tələblərə əməl olunmadığı bildirilir.

Redaksiyamıza yeni daxil olmuş məlumatda, Qazaxda fəaliyyət göstərən və "Bəyaz-Bərəkət” çörək sexi kimi tanınan şəbəkənin fəaliyyətinə dair istehlakçl narazılıqları öz əksini tapıb. Qeyd edək ki, bu şəbəkənin sahibi Rüfət Bədəlov adlı iş adamıdır.

Mediaxeberleri.az xəbər verir ki, çörəyin başına min bir oyun açan "Bəyaz-Bərəkət” çörək sexinin sahibi Rüfət Bədəlovun əməllərinin nə üçün gizli saxlanılması da hələ ki sual altındadı. Bu obyekt ona rəhmətlik atası Cahangir Bədəlovdan qalsa da, Rüfət Bədəlov həmin obyekti atası kimi işlədə bilmir. Dövlətin deyil, öz qanunlarını əsas götürür. Hazırda adı çörək zavodu kimi adlanan müəssisədə anti – sanitariya hökm sürür. Halal bərəkət zibilli avtomobillərə necə gəldi atılır, sanitar-gigiyena qaydalarına əməl edilmir.

Orada zəhmət çəkib alın təri tökənlərin əməyi gözgörəsi istismar edilir. İşçilərlə əmək müqaviləsi yerində deyil. Bu da küllü miqdarda cərimə deməkdir. Təəssüflər olsun ki, aidiyyəti orqanlar bununla maraqlanmır, haqq-hesablarını elə çörək zavodunun giriş hissəsindəcə alıb gedirlər. Belə deyilsə, onlar nə üçün bu özbaşınalığa son qoymayırlar?Qanunvericilikdə nəzərdə tutulmayıb. Zavodda vergidən yayınma halları açıqca hiss olunur. Halbu ki, dövlət özünü qeyri-neft sektoru ilə yaşamağa uyğunlaşdırdığı halda Rüfət Bədəlov kimi insanlar vergidən yayınmaqla birbaşa cəmiyyətə ziyan vururlar.

İlk növbədə diqqəti çəkən cəhət burada işləyən personalın xarici görkəmlərinin heç də gigiyenik tələblərə uyğun olmamasıdır. Belə ki, qida sektorunda işləmələrinə baxmayaraq qadın işçilərin başları örtüksüzdür. Həmçinin işçilər müxtəlif ev geyimlərində olmaqla üst paltarlarının kifayət qədər çirkli olmaları ilə diqqəti çəkirlər. Bir qədər də diqqətlə baxdıqda isə nisbətən yaşlı xanım işçilərin əlcəksiz əllərində tutulmamış dırnaqlar nəzərə çarpır. Bu isə məlum olduğu kimi müxtəlif infeksiya daşıyıcıları üçün ən əlverişli şərait deməkdir.

Müəssisənin fəaliyyəti ilə bağlı daha bir xoşagəlməz məqam da müştərilərə satılan məhsullarla bərabər kassa çeklərinin təqdim olunmamasıdır. Bu vəziyyətin isə iki fəsadı vardır. Birincisi kassa çeklərinin təqdim olunmaması müəssisə rəhbərlərinin vergi ödəmələrindən yayınma hallarına yol verdiklərinə dəlalət edir. Digər tərəfdən isə istehlakçı "Bəyaz-Bərəkət” çörək sexindən çıxan hər hansı keyfiyyətsiz məhsulu müəssisəyə qaytarmaq fikrinə düşərsə, bu zaman onun əlində kassa çekinin olmaması müəssisə rəhbərliyinə həmin məhsulu danmaq üçün gözəl imkan yaradır.

Zavodda böyük tikintilərə də start verilib. Görünür, Rüfət Bədəlovun zavodu "Bakıdakı çörək zavodununu gətirdiyi gəlir” dən də çox gəlir verir. Bu da ağıla batan deyil. Demək bunun bir yolu var ki, Bədəlov Qazax sakinlərinə deyil, özünə oğurluq yolu ilə gözəl şərait yaradır.

Onu da bildiririk ki, Rüfət Bədəlovun istehsal etdiyi çörəyin çəkisi də yerində deyil. Bu adam açıqca standarta uyğun çörək deyil, bublik istehsal edir.


Bununla belə müəssisəyə gətirilən un məmulatlarının mənşəyi, saxlanma və nəql edilmə şəraiti, keyfiyyət sertifikatının mövcudluğu barədə heç bir məlumat təqdim edilmir. Xüsusilə yağda bişirilən un məmulatlarının hazırlanması zamanı yağların iki-üç gün ərzində təkrar istifadəsi də insan sağlamlığı üçün təhlükəli bir haldır...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik. \\teref.az\\
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası