SABUNÇU İCRA HAKIMIYYƏTI ILƏ ƏLIL VƏTƏNDAŞA NECƏ FIRILDAQ GƏLIB
Dunya / Bolge / Video
Oxunub: 1 327
1 sen 2018 | 14:15
SABUNÇU İCRA HAKIMIYYƏTI ILƏ ƏLIL VƏTƏNDAŞA NECƏ FIRILDAQ GƏLIB
















Bakının Sabunçu rayonunun Şuşa qəsəbəsi sakini Məhəmmədov Namiq Əhməd oğlu redaksiyamıza müraciət edərək oğluna fərdi ev tikintisi üçün rayon İcra Hakimiyyətindən icazə alarkən aldadıldığını, pulunun mənimsənildiyini bildirmişdir. Onun sözlərinə görə, bu məqsədlə müraciət etdiyi RİH mənsublarından Ömər müəllim ondan 3 (üç) min manat pul tələb etmişdir. Lakin bu qədər pul onda olmadığından, öz həmkəndlisi Zaurla məsləhətləşmiş, o da öz növbəsində qaynatası ilə məsləhətləşib bir söz deyəcəyini vəd etmişdir. Daha sonra Zaur öz qaynatası ilə məsləhətləşmiş, Namiq Məhəmmədova həmyerlisi əslən Ağdamdan olan Qabil Quliyev adlı bir Qarabağ əlilinin köməklik göstərə biləcəyini demişdir. Qabilin nömrəsini öyrənən Namiq ona zəng etmiş, Qabil ona Maştağa qəsəbəsində polilinikada olduğunu söyləmiş, ertəsi gün üçün görüş təyin etmişlər. N.Məhəmmədov bildirir: «Telefon danışığımızın ertəsi gün səhər saat 9:00-da Qabillə təyin etdiyimiz yerdə görüşdük. Qabil evə baxmaq istədi. Apardım evimizə, oturub çay içdi. Nə qədər pula gücüm çatdığını soruşdu. Mən 1500 (bir min beş yüz) manata gücüm çatdıını dedim. Gündüz saat 15:00-da pulu da götürüb bir yerdə İcra Hakimiyyətinə getdik. Orada məndən aldığı pulla Ömər müəllimin kabinetinə girdi. On beş dəqiqədən sonra çıxıb dedi ki, icazə alıb, sabahdan işə başlaya bilərəm. Mən ona inanıb ertəsi gündən ustaları dəvət etdim. İki gün keçməmiş ustalar arakəsmələri qurduqları vaxt sahə müvəkkili və Polis Bölməsinin Mehman adlı əməkdaşı gəlib tikintinin dayandırılmasını, icazə sənədinin göstərilməsini tələb ediblər. Mənə məlumat verildikdə işdəydim, sahə müvəkkilinin telefon nömrəsini aldım və evə qayıtdım. Evə çatdıqda Qabili bizdə gördüm. Oturub çay içdik, xörək yedik. Qabil mənə dedi ki, 50 (əlli) manat versəm, polisə verib məsələni həll edə bilər. Əlli manatı ona verdim, sonra da taksi tutub 5 (manat) da əlavə gediş haqqı ödəyib öz zənnimcə sahə müvəkkilinin yanına yolladım. Hara getdiyini bilmədim. Üstündən təxminən bir saat keçəndən sonra İcra Hakimiyyəti nümayəndələrindən Abbas müəllim gəlib işi dayandırmağı tələb etdi. Dedim axı mən icazə almışam. Dedi yox, o Qarabağ əlili gəlib İcra Hakimiyyətində haray-həşir salıb, işi korlayıb». N.Məhəmmədov bildirir ki, o vaxtdan nə evin tikintisini davam etdirə bilir, nə də puldan xəbər-ətər yoxdur. Qabil ondan gizlənir. Araşdırma aparırkən N.Məhəmmədovun yerlisi Zaurun qaynatası ilə əlaqə saxlayıb təfərrüatları dəqiqləşdirməyə çalışdıq. Öyrəndik ki, həmin şəxs həmkarımız jurnalist İbrahim Qubadoğludur. O, yeznəsinin xahişi ilə Namiqə köməklik etmək istəyib, lakin müəyyən səbəblərdən edə bilməyib. O vaxtadək Qarabağ əlili kimi tanıdığı Qabili ona isnad verib ki, veteran nüfuzundan istifadə edib köməklik göstərə bilər. Çünki bildiyi qədərilə, Sabunçu rayon rəhbərliyi şəhid ailələrinə, müharibə əlillərinə hörmət edir, müraciətlərinə həssas yanaşır. İbrahim müəllim Namiqin dediklərini qismən təsdiqlədi və bildirdi ki, Qabilin aldığı pulu tam həcmdə vəzifəli şəxsə çatdırıb-çatdırmadığına əmin deyil. Bildirdi ki, Qabili düz adam hesab edirmiş. Lakin N.Məhəmmədovu aldatdıqdan sonra o da Qabilin yaşadığı ünvana gedib, evdə tapmadığına, zənglərə cavab vermədiyinə görə zənnində yanıldığını bilib. Araşdırıb, öyrənib ki, Qabilin Qarabağ müharibəsi əlili olması şübhəlidir. Üstəgəl, o, dələduzluqla bərabər tutulan əməllər törədib, hətta əvvəlllər narkotik üstündə məsuliyyətə də cəlb olunub. «Deryaz.az» saytı olaraq, biz də öz növbəmizdə araşdırma apararaq öyrəndik ki, Qabil Bilgəhdə qonşuluqda yaşadığı «Qocalar Evi» kimi tanınan Müharibə və Əmək Əlilləri üçün pansionatın direktoru Qətibə Əsədovanın dəfələrlə maddi köməkliyindən faydalansa da, daha artığına nail olmaq üçün müəssisə rəhbəri barədə kütləvi informasiya vasitələrinə böhtan xarakterli yalan məlumatlar ötürürmüş. Onu tanıyanlardan ünsiyyətdə olduğumuz bəzi şəxslər bildirdilər ki, Qabil Qarabağ əlili adı ilə sui-istifadə edərək, eyni yolla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başqa analoji müəssisələrinin rəhbərlərini də təngə gətirib, nazirlərin qəbul qrafikini izləyərək, onlarla görüşüb, ehtiyacdan gileylənir, maddi yardım almağa nail olur. Həmçinin bildirdilər ki, Qabil işi keçsin, sözü ötsün deyə, sinəsində ölkə başçısının, vitse-prezidentin və başqa nüfuzlu dövlət xadimlərinin şəkillərini gəzdirərək görüşdüyü vəzifəli şəxslərin «gözünə soxur»
Qabil tərəfindən aldadılmış, etibarından sui-istifadə edilmiş şəxslər ondan hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər. Yəqin bu yolla onun Sabunçu RİH-lə əlaqələrinin təfərrüatları da üzə çıxar.
Mövzunu davam etdirəcəyik
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO